beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kərimlə Təvəssül!

Qurani-Kərim Allahın yaratdıqlarındandır,buna görə də Quranla təvəssül və Qurana and verib diləmək Allahın yaratdığını vasitə qərar verməkdən ibarətdir.
Əhli sünnət alimlərindən olan imam Əhməd İmran bin Hasindən nəql edərək belə deyir-"Bir gün hekayə söyləyən bir kişinin yanından keçirdim.İmran sözünə başlayaraq belə dedi-"Biz Allahdanıq və Ona doğru qayıdacağıq.Allahın Rəsulundan (s) eşitdim ki,belə deyərdi-"Quran oxuyun və Quranı vasitə qərar verərək Allah Təaladan diləyin".(Əhməd bin Hənbəl,"Müsnəd",həmçinin bu hədisi Əl Təbərani və Əl Beyhəqi öz hədis kitablarında nəql edir).
Quranın vasitə qərar verilməsi bu kitabın Allah dərgahında izzət və hörmətə malik olması üçündür.Həmin bu sifətlər əziz İslam peyğəmbəri (s) və onun pak və məsum Əhli beytində (ə) mövcuddur.İbn Tavus əl Hilli "Əl iqbal" kitabında Əhli beytdən nəql etdiyi rəvayətdə belə deyir-"Qədr gecəsində Quranı açıb belə demək müstəhəddir-"Ey mənim Allahım,Səni nazil olmuş Qurana və içindəkilərə and verərək diləyirəm.Bu kitabda Sənin böyük ismin,gözəl adların,insanı qorxuya salan və ümid verən ayələr var.Məni Cəhənnəm odundan azad olunmuşlardan qərar ver!"(Seyid ibn Yavus əl Hilli,Əl-iqbal).


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar