Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayətül kürsi

İmam Məhəmməd Baqir (ə) buyurub: "Hər kim Ayətül-kürsini bir dəfə oxusa, Allah min dünya və min axirət bəlasını ondan uzaqlaşdırar. Dünya bəlalarından ən azı fəqirliyi, axirət bəlasından isə qəbr əzabını onda uzaqlaşdırar".

Allahın Rəsulu buyurub: "Hər kim Ayətül-kürsini hər namazdan sonra oxusa, onunla cənnət arasında ölümdən başqa bir şey qalmayacaq".
Bismillahir Rəhmanir Rəhim

**********
Əllahu la ilahə illa huvəl həyyul qəyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil ərz, mən zəlləzi yəşfəu indəhu illa biiznih, yələmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyin min ilmihi illa bima şa, vəsiə kursiyyus-səmavati vəl ərz, və la yəuduhu hifzuhuma, və huvəl əliyyul əzim.
La ikrahə fid-din, qəd təbəyyənər-ruşdu minəl ğəyy, fə mən yəkfur bit-tağuti və yumin billahi fəqədistəmsəkə bil urvatil vusqa, lənfisamə ləha, vəllahu səmiun əlim.
Əllahu vəliyyulləziynə amənu yuxricuhum minəzzulumati ilən-nur, vəlləziynə kəfəru əvliyauhumuttağutu yuxricunəhum minənnuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiyha xalidun.


**********


Tərcüməsi
Rəhman və Rəhimli olan Allahın adı ilə

Allah...Ondan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!
(Bəqərə sur., 255)


Tarix: 08.06.2013 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Maraqlı melumatlar
loading...