beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişinin Həyat Yoldaşında Bəyəndiyi 98 Keyfiyyət, (

1.Gizlində və aşkarda Allaha və Onun elçisinə (s) itaət göstərməli və öz əməlisalehliyi ilə başqalarına nümunə olmalıdır.
2.Ərinin yoxluğunda onun namusuna və mal-dövlətinə sadiq qalmalıdır.
3.Əri ona baxdıqda öz zahiri və daxili gözəlliyi ilə onu özünə cəlb etməlidir. Çünki qadın öz görünüşündə nə qədər zərif, incə və cazibədar olsa, ərinin ona bağlılığı da bir o qədər möhkəm olar.
4.Ərinin izni olmadan evdən bayıra çıxmamalıdır.
5.Daima ərinə təbəssüm bəxş etməlidir.
6.Tez-tez ərinə təşəkkür etməli, eyni zamanda onun səbəbinə bu evlilik nemətini dadmasına və ana olmasına görə Allaha şükürlər etməlidir.
7.Ərindən nəsə bir şey istədikdə bunun üçün münasib bir vaxt seçməlidir.
8.Gözəl əxlaq sahibi olmalıdır.
9.Açıq-saçıq vəziyyətdə evdən kənara çıxmamalıdır.
10.Mübahisə zamanı səsini ərinin üstünə yüksəltməməlidir.
11.Ərinin yoxsulluğuna səbir, zəngilliyinə şükr etməlidir.
12.Ərini qohumcanlı olmağa sövq etməlidir.
13.Xeyirli işlərdə ərinə nümunə olmalıdır.
14.Doğruluğu və dürüstlüyü ilə tanınmalı, yalandan həmişə uzaq olmalıdır.
15.Övladlarını Allaha və Onun elçisinə (s) məhəbbət üzərində tərbiyə etməli, tez-tez onlara ataya hörmət bəsləməyin, ona itaət göstərməyin zəruriliyini aşılamalıdır.
16.Əsəblərini cilovlamağı bacarmalıdır.
17.Başqalarını lağa qoyub istehza etməməlidir.
18.Təkəbbürdən, eqoizmdən uzaq olaraq təvazökar olmalıdır.
19.Evdən bayıra çıxdıqda yad kişilərə gözünün ucu ilə belə baxmamalıdır.
20.Dünya malına həris olmamalı, daha çox axirət üçün – Tanrı ilə görüş günü üçün yaşamalıdır.
21.Gizlində və aşkarda ümidsizliyə qapılmayaraq Allaha təvəkkül etməlidir.
22.Dini vacibatları vaxtı-vaxtında icra etməlidir.
23.Ərinin ailə başçısı və onun ağası olmasını sözdə və əməldə etiraf etməlidir. Allah-taala Qurani-Kərimdə ərin ağa olmasını belə vurğulayır: «...Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar...». (Yusuf, 25.)
24.Ərinin onun üzərindəki haqqının onun əri üzərindəki haqqından böyük olmasını sözdə və əməldə etiraf etməlidir.
25.Yol verdiyi səhvlərin etiraf edilməsində tərəddüd etməməli, əksinə, xətalarını boynuna almağa tələsməli və buna gətirib çıxaran səbəbləri izah etməlidir.
26.Daimə Allahı zikr etməli, dilindən Allah sözünün əksik olmamalıdır.
27.Anus yolu ilə cinsi təmas istisna olmaqla ərinin istədiyi şəkildə cinsi əlaqəyə girməsinə etiraz etməməlidir.
28.Tələbləri ərinin imkan xaricinə çıxmamalı, ona ağırlıq gətirməməli və aza qane olmalıdır.
29.Cavanlığı, gözəlliyi, savadı və iş qabiliyyəti ilə özünü ərindən üstün tutmamalıdır. Unutmaq lazım deyil ki, bu keyfiyyətlərin hər biri müvəqqətidir.
30.Bədəni, geyimi və görünüşündəki təmizkarlığı və səliqəsi.
31.Allaha və Onun elçisinə (s) zidd olan əmrlər istisna olmaqla ərinin bütün göstəriş və tapşırıqlarını canla-başla yerinə yetirməlidir.
32.Verdiyni ərinin üzünə vurmamalıdır.
33.Nafilə (könüllü) orucu tutarkən ərindən izn almalıdır.
34.Ərinin yoxluğunda ondan icazəsiz məhrəm insanları evə almamalıdır.
35.Əsla başqasını ərinə nümunə gətirməməlidir. Bu hal ailənin mövcudluğuna olan ən böyük təhlükədir.
36.Son dərəcə həyalı olmalıdır.
37.Əri istədiyi zaman onunla yaxınlıqdan əsla imtina etməməlidir.
38.Üzürlü səbəb olmadan ərindən boşanmağı tələb etməməlidir. Çünki şəriət tərəfindən bu qadına haram buyurulmuşdur.
39.Ərinin tələb və əmrlərini hətta öz valideynlərinə belə təqdim etməkdən çəkinməməlidir.
40.Özünü kişilərə bənzətməkdən tamamilə uzaq olmalıdır.
41.Ərinə cinsi yaxınlıq duasını unutduğu zaman xatırlatmalıdır.
42.Cinsi münasibət barədəki aralarındakı sirrləri yaymamalı və öz həmcinslərinə qətiyyən bu barədə danışmamalıdır.
43.Ərinə qətiyyən əziyyət verməməlidir.
44.Əri ilə əylənməli və ya mazaqlaşmalıdır.
45.Cinsi əlaqə başa çatdıqdan sonra hər ikisi birgə qüsl almalıdır. Bu hal tərəflər arasındakı sevgi bağlarını daha da möhkəmləndirir. Aişə (Allah ondan razı olsun!) bu barədə belə deyərdi: “Allahın elçisi (s) ilə mən cənabət qüslü ( Cinsi əlaqədən sonra alınan qüsl)zamanı bir qabdan su götürərdik. Əllərimiz bir-birinə toxunardı”.
46.Ərinin izni olmadan onun pulundan xərcləməməlidir.
47.Ərində xoşagəlməz bir keyfiyyət gördüyü zaman buna dözməsi tövsiyyə olunur. Çünki onda başqa elə gözəl keyfiyyətlərə rast gələ bilər ki, boşandıqdan sonra başqasında belə keyfiyyətlər tapa bilməsin.
48.Qadın görünməsi ayıb olan əzalarını ərindən başqa heç kəsə göstərməməlidir.
49.Ərinin ən çox xoşladığı yeməyi bişirməlidir.


50.Ərinin və övladlarının hüquqlarını və malını qorumaqla ərinin Allaha itaət göstərməsində maraqlı olmalı, əri dini ayinlərin icrasını unutduğu zaman ona xatırlatmalı, tənbəllik etdikə onu vadar etməli, qəzəbləndikdə isə razı salmağı bacar-malıdır
51.Qadın ərinin onun üçün nə qədər mühüm olmasını, ərinin ona hava-su kimi lazım olmasını ona hiss etdirməlidir. Çünki kişinin psixologiyası belədir ki, arvadının ona möhtac olduğunu hiss etdikdə, özü ona daha da yaxın olmağa can atır. Lakin istər maddi, istərsə də mənəvi cəhətdən kişi özünün ar-vadı üçün lazımsız olduğunu anladıqda özü ondan soyumağa başlayacaq.
52.Ərinin vaxtilə yol verdiyi səhvləri onun başına vur-mamalı, əksinə, birgə yaşamış olduqları gözəl xatirələri yada salmağa çalışmalıdır.
53.Qadın ərinin ailəsinə öz sevgisini, məhəbbətini, ehti-ramını göstərməli, bunu ərinə hiss etdirməli, ərinin yanında və yoxluğunda onlar üçün dualar etməli, ərinə onun ailəsi ilə tanış olmasına necə də şad olduğunu bildirməlidir. Çünki qadının ərinin ailəsinə qarşı sayqısızlığı və soyuqluğu həm onlar, həm də əri ilə öz arasında müəyyən problemlərə səbəb olur ki, bu da çox vaxt birbaşa ailənin dağılması ilə nəticələnir.
54.Qadın daima ərinin ən çox sevdiyi yeməyə, geyimə və hərəkətlərə üstünlük verməlidir.
55.Əri evdən çıxdığı zaman onunla ən gözəl sözlərlə vi-dalaşmalı, onu qapının ağzına kimi ötürməlidir. Çünki qadın bu yolla ərinə olan diqqət və bağlılığını nümayiş etdirmiş olur.
56.Axşam işdən evə döndükdə isə onu gülər üzlə, “Xoş gəldin” deməklə qarşılamalı, iş yorğunluğunu üstündən qaldırmağa can atmalıdır.
57.İstər hərəkətləri ilə, istərsə də sözü ilə ərinə olan sevgis-ini biruzə verməlidir.
58.Ərini ona əy yaxın insanlardan, hətta öz atasından belə üstün tutmalıdır.
59.Əri danışdığı zaman susmalı, ona fürsət tanımalı və onu axıra kimi dinləməyi bacarmalıdır. Bu halda ər arvadının ona qarşı diqqətli olduğunu düşünməyə başlayacaqdır.
60.Eyni səhvi ikinci dəfə təkrarlamamalıdır. Çünki qadının yol vermiş olduğu səhvlərdən nəticə çıxarmaması ərinin gözündə hörmətdən düşməsinə səbəb ola bilər.
61.Qadın möminlik keyfiyyətləri istisna olmaqla hər hansı bir yad kişini əsla ərinin qarşısında tərifləməməlidir. Çünki bu kimi hallar ərin xoşagəlməz qısqanclığına və beləliklə müəyyən ailədaxili problemlərin yaranmasına gətirib çıxara bilər.
62.Ərinin sirrini qətiyyən açmamalı, necə deyərlər, əmanətə xəyanət etməməlidir.
63.Əri yanında ola-ola curnal oxumaq, radio dinləmək kimi əlavə məşğuliyyətlərə yer verməməli, ərinə bütün varlığı və ruhu ilə onun yanında olmasını hiss etdirməlidir.
64.Bacardığı qədər az və mənalı danışmalı, necə deyərlər, “Danışmaq gümüşdürsə, susmaq da qızıldır” prinsipinə riayət etməlidir.
65.Vaxtını sərfəli işlərə sərf etməli, dedi-qodudan, boş-boğazlıqdan, göz gəzdirməkdən və qeybətdən uzaq durmalıdır.
66.Özündə olmayan hər hansı bir şeylə öyünməməlidir.
67.Quranın qiraətinə üstünlük verməli, elmi kitabların mütaliəsinə maraq göstərməlidir.
68.Evdən bayıra çıxdıqda bər-bəzəkdən, ehtirası oyadan ətriyyatdan uzaq olmalıdır.
69.Allahın və onun elçisinin dininin təbliğatçısı olmalı, ilk öncə ərini, sonra ailəsini, sonra isə çevrəsindəki insanları bu yola çağırmalıdır.
70.Ərinin fikirlərinə hörmətlə yanaşmalıdır. Bu, ailədə qar-şılıqlı hörmətin bir nümunəsidir.
71.Əri çölə çıxdığı zaman onun əyin-başına geyiminə, paltarının ütüsünə diqqət yetirməlidir. Çünki ərin səliqəsiz, ütüsüz və çirkli paltarla bayıra çıxması başqalarında onun arvadının pinti və bacarıqsız olması fikrini yaratmış olacaq.
72.Bütün qəyyumluq hüquqlarını ərinə verməlidir.
73.Faldan, falçılıqdan və falçılardan, o cümlədən sonradan dinə gətirilmiş yeniliklərdən (bidətlərdən) uzaq olmalıdır. Nəzərə almaq lazımdır ki, bu kimi işlər insanı dindən çıxarır.
74.Ərinə şəxsən özü qulluq etməli, özü yemək gətirməli, çay süzməlidir. Bunun üçün xadimə saxlamağı düşünməməlidir.
75.Qadını öz biçimindən çıxararaq islami dəyərlərə xələl gətirən modadan uzaq olmalıdır.
76.Əri ona qəzəbləndiyi zaman tez bir müddətdə onu sakitləşdirməlidir ki, bu tərəflər arasındakı müəyyən xoşagəlməz fəsadlara səbəb olmasın. Necə deyərlər, bir od olanda biri də yaş olmalıdır.
77.İlk öncə əri, sonra isə digər insanlarla qarşılıqlı ünsiyyət qurmağı bacarmalıdır.
78.Qadın öz rəfiqələri və çevrəsindəki həmcinslərinə gözəl nümunə olmalı, onlar arasında geyimi, danışığı, ləyaqəti və əxlaqı misal göstərilməlidir.
79.Şəriətin buyuruduğu hicablardan örtməli, nazik tül örtüklərdən imtina etməlidir.
80.Geyimində, görünüşündə və bəzlənməsində sadəliyini qoruyub saxlamalıdır.
81.Ailədə müəyyən problemlər yarandıqda belə heç kəsin, hətta öz valideynlərinin onun ailəsinə müdaxilə etməsinə imkan verməməlidir.
82.Əri hansısa bir səbəbə görə səfərə çıxdıqda ona sağ-salamat qayıtmağı arzu etməli, yoxluğunda ona daha da sadiq olmalı, əri ona telefon açdıqda əsla bəd xəbərlərlə onun ovqatını korlamamalı, əksinə, ona arxayınlıq gətirən xəbərlər verməli, zarafatlaşmalı, ərini evinə dönməyə tələsdirən xoş sözlər söyləməlidir.
83.Ümumi və xüsusi işlərində ərindən məsləhətlər almalıdır.
84.Ərinin hislərinə hörmətlə yanaşmalı, onun xətrinə dəyəcək hər hansı söz və hərəkətdən uzaq olmalıdır.
85.Ərini bütün varlığı ilə sevməli, sevgisinin sədaqətini ona bildirməlidir. Çünki xoş sözlərdən uzaq olan evlilik həyatı ailə səadətinin yan keçdiyi bir həyata bənzəyir.
86.Əri ilə fikir mübadiləsi etməlidir.
87.Füsunkar zinətlərlə bəzənib bədəninin gözəlliklərini ərindən başqa digər kişilərə nümayiş etdirməməlidir.
88.Əri ona hədiyyə verdikdə təşəkkür etməli, hədiyyəni bəyənməsini və şad olmasını biruzə verməli, hətta hədiyyə ucuz və onun zövqünə uyğun olmasa belə bunu ona əsla hiss etdirməməlidir. Çünki bu sevinc kişi üçün qadın məhəbbətinin isbatıdır. Əgər qadın zövqünə münasib olmadığına görə hədiyyəni qəbul etməsə və bu azmış kimi buna görə ərini məzəmmət etmiş olsa, bu hal tərəflər arasında soyuqluğa, kin-küdurətə və nifrətə gətirib çıxarmış olar.
89.Qadın həssas, daxilən pak və yüksək əxlaqa sahib olmalıdır. Çünki qadın nə qədər əxlaqlı və nə qədər mömin olsa, bir o qədər də insanların sevgisini və hörmətini qazanmış olar.
90.Ərinin psixoloji keyfiyyətlərini, temperamentlərini öyrənməyə çalışmalı, nəyə sevindiyini, nəyə kədərləndiyini, nəyə qəzəbləndiyni, nəyə güldüyünü və nəyə ağladığını bilməlidir. Çünki qadının ərinin bu keyfiyyətlərinə bələd olması bir çox ailədaxili problemlərin yaranmasına mane olan faktorlardandır.
91.Ərinə nəsihətlər və tövsiyyələr verməli, ona doğru yolu göstərməli, ər də öz növbəsində bu nəsihətləri qəbul etməlidir. Allahın elçisi (s) bizlər üçün təqlid olunası bir nümunədir. O da öz növbəsində müəyyən məqamlarda zövcələrinin tövsiyələrini qəbul edər və onlara uyğun addım atardı.
92.Tələsməsi lazım olan məqamlarda gecikməməli, gecikməli olduğu məqamlarda isə tələskənlik göstərməməlidir.
93.Öz eyb və nöqsanlarını görməli, onları islah etməyə çalışmalı və ərinin bu barədə olan iradlarını qəbul etməlidir. Bu haqda Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun!) sözünü yada salmaq lap yerinə düşərdi: “Mənə nöqsanlarımı göstərənə Allah mərhəmət göstərsin!”
94.Tam mənası ilə ərinə hörmət göstərməli və onu daim təqdir etməlidir.
95.Öz şəxsiyyətinə hörmət qoymalı, nə geyimində, nə danışığında, nə də hərəkətlərində heç kəsi təkrar etməməlidir.
96.Bütün sahələrdə xəyalpərəst deyil realist olmalıdır.
97.Şəriətin qoyduğu hüdudlar çərçivəsində əri ilə gəzintiyə çıxmalı, ailəsinə sevinc və səadət gətirməyə can atmalıdır.
98.Şirin söz qəlbin açarıdır. Qadın hər dəfə ərinə mənalı şirin sözlər söylədikdə, xüsusi ilə də ər bu sözlərin sevgi dolu bir qəlbin dərin guşələrindən gəldiyni duyduqda ona olan məhəbbəti birə-beş artır və bu qadın onun həyatının ən sevimli qadınına çevrilir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 264 Bölmə: Maraqlı melumatlar