beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazda Bəyənilməyən əməllər (məkruhlar)

Namazda bəyənilməyən əməllər (məkruhlar)

1. Yuxarı baxmaq;

2. Səbəbsiz yerə başı döndərmək;

3. Namazdan yayındıran şeylərə baxmaq;

4. Əlləri belə qoymaq;

5. Səcdədə dirsəkləri yerə qoymaq;

6. Gözləri yummaq;

7. Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər etmək (qaçınmaq, tərpənmək və s.);

8. Ortalığa yemək qoyulduğu zaman;

9. Eyni rəkətdə Fatihəni təkrar oxumaq;

10. Sidiyi, havanı zorla saxlayaraq ayaqyoluna getməmək.

11. Namazdan qabaq pencəyin və ya köynəyin qollarını çırmalamaq;

12. Çiyni açıq namaz qılmaq;

13. Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, habelə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq;

14. Namaz qılanın qabağında sütrənin olmaması; (Əhli Sünnədə)

15. Niyyəti ürəkdə deyil, dillə ifadə etmək;

16. Rükuda olarkən belin və qolların düz olmaması;

17. Sıraların tam şəkildə düzəldilməməsi, namaz qılanlar arasında boşluğun olması;

18. Səcdə zamanı başla dizlər, həmçinin dirsəklərlə bel arasında məsafə (boşluq) qoymamaq.

19. Camaat namazında imamdan qabaq hərəkət ermək.

20. Rüku və səcdədə Quran oxumaq.

21. Məsciddə yer seçib daima yalnız o yerdə namaz qılmaq.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar