beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə üçün Insan Bəzən Həqiqətdən Qaçır?

İnsan azacıq diqqət yetirməklə heç bir şübhəyə qapılmadan həqiqəti özü görə bilir.O, bəzən həyat boyu keçirdiyi keşməkeşlərə o qədər giriftar olur ki,öz güc və şüurunu həyat mübarizəsi yolundakı çarpışmalara sərf edir və onun asudə vaxtı qalmır,nəticədə həqiqət haqqında düşüncələrə yetişmək üçün fürsət tapmır.Ona görə də insan həqiqətdən qafil olur və yaxud təbiətin zahiri və aldadıcı cazibələri ilə aldanaraq öz nəfsi istəklərini ödəməyə,
ömrünü şən keçirməyə meyllənir və maddi dünya həyatının çərçivəsində məhdudlaşır.Maddi həyatın və nəfsin doğurduğu əxlaqi sapınmalar insanın ali və mənəvi həqiqətə bağlanmasına əngəl törədir.Təbii olaraq belə bir vəziyyətdə insan həmin həqiqətin ardınca getmir,onu araşdırmaqdan vaz keçir və nece deyərlər,həqiqətdən qaçır
.


Həmin vəziyyətə görə,Qurani-Kərim məxluqun yaranışı və varlıq təbəqələri arasında olan nizamlı düzən barədə müxtəlif tərzdə bəhs edir və onların izahı üçün çoxlu həyati misallar və dəlillər gətirir.Çünki adamların çoxu,
xüsusilə də təbiətin zahirinə aldananlar və xoşbəxtliyi təkcə maddi həyatın ləzzətinə bağlanaraq onu eyş-işrətlə keçirməkdə görənlər maddi və hissi aləmə o qədər aludə olurlar ki,fəlsəfi düşüncə gücündən və dəqiq əqli-nəzəri mühakimə qüdrətindən məhrum qalırlar.Allah-təala kəlamında buyurur:
-"Öz həvayi-nəfsinə uyub pərəstiş edənlər barədə nece fikirləşirsən?Elə güman edirsən ki,onları islah və tərbiyə edə bilərsən?Elə bilirsən ki,onlar eşidir və dərk edir?Onlar dördayaqlı heyvan kimidir,nə haqqın sözünü eşidir,
nə də başa düşürlər,bəlkə dördayaqlı heyvandan betər haqq yolunu azmışlar"( Furqan:44)

Əlbəttə, insanın həqiqəti görən gözü açılsa,haqqın ardınca yönəlmək duyğusu işə düşərsə,həqiqətlər bir-birinin ardınca onun qarşısında cilvələnər.O, haqq və həqiqəti taparkən onları bağrına basar və hər gün gerçək insani xoşbəxtliyə doğru daha bir addım atar.

Gəlin bizdə bu xoşbəxtliyə doğru bir addım ataq...


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Maraqlı melumatlar