beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazı Tərk Edənin Axirətdəki Cəzası..

Beş vaxt fərz namazdan hər hansı birini inkar etmək dörd məzhəbə görə küfrdür.

İnkar etmədən tənbəllikdən ötəri namazı tərk edən kimsə, fasiq və üsyankardır.

Namazı bu şəkildə -üzrsüz- tənbəllikdən ötəri tərk edən kimsə, Hənəfi məzhəbinə görə, tövbə edib namazı etməyə başlayana qədər həbs edilir.

Maliki və Şafii məzhəbinə görə, üzrsüz olaraq namazı tərk edən kimsə üç gün tövbə etməsi üçün möhlət verilər. Bu üç gün içərisində tövbə edib namaz qılmazsa "kafir olduğu üçün deyil", hədd cəzası olaraq öldürülər.

İmam Əhməd b. Hənbələ görə namazı üzrsüz tərk edən kimsə "kafi olar" və kafir olduğu üçün öldürülər
( Vehbe Zuhayli, əl-Fıkhu'l-İslami, 1/502-505).

Bu fərqli görüş sahiblərinin özlərinə görə dəlilləri vardır. Tək bunu söyləmək lazımdır ki, namazı -inkar etmədən- sırf tənbəlliyindən ötəri tərk edən kimsənin kafir olmayacağını söyləyən Hənəfi, Maliki və Şafisilərin dəlilləri daha qüvvətlidir və bu görüş daha doğrudur.

İslamda namazın əhəmiyyəti və təryindəki zərərlərin böyüklüyünü izah edilməyə ehtiyac duymayacaq qədər açıqdır. Bu mövzuda bir çox ayə və hədislər vardır. Aşağıdakı ayə bunlardan biridir.

"Onlar mütləq cənnətlərdə günahkarların vəziyyəti haqqında, öz aralarında danışarlar. O günahkarlara: "Nə idi bu cəhənnəmə sizi sürüyən?" deyə soruşular. Onlar belə cavab verərlər: Biz namaz qılanlardan deyildik. Kasıbları doyurmaz, onların ehtiyaclarıyla maraqlanmazdıq. Batil sözlərə inananlarla birlikdə biz də inanardıq. Bu hesab gününü yalan sayardıq. Ölüm bizi tutana qədər həmişə belə idik."(Muddessir, 74/40-47).


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar