beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytan,Cin,Mələk

Cin
Cinlər maddi olmayan və metafizik varlıqlardır. Cinlər müxtəlif şəkillərə girə bilən, əcaib (insanlar tərəfində qeyri-adi sayılan) davranışları olan, tüstüsüz bir oddan yaradılmış varlıqlardır. Onlar arasında da insanlar kimi həm mömin, həm də kafir olanları var.
Cinlər məsuliiyət baxımından insanlara bənzəyirlər və onlar kimi ibadət məqsədi ilə yaradılmışdır. İnsanlar kimi ALLAHa mütəxab olan iradə sahibi varlıqlardır. Onlara da İlahi əmrlər gəlmişdir, Ona görə də onlar da bu əmrlərə riayət etməklə vəzifəlidirlər.
Cinlər qeybi bilməzlər.
Cinlərə əlaqəli vurğulanacaq ən önəmli bir məsələdə budur. Cinlər xəyalımızda canlandıra bilməyəcəyimiz varlıqlardır. Ona görə də onları əsl mahiyyəti ilə görə bilməyimiz mümkün deyildir. Biz ancaq onları dərk edə biləcəyimiz qədər görə bilərik. Cinlər insan sürətində görünə bildikləri kimi, digər canlıların cildinə girmə qabiliyyətinə də malikdirlər. Peyğəmbərimiz (s.a.v) müxtəlif hədislərdə evlərdə görünən ilanlara işarət elərək əvvəlcə, “Cinsənəsə çölə çıx!”- deməyi tövsiyə etmiş, əks halda isə öldürməyi tövsiyyə etmişdir. Bu da həmin həqiqəti təsdiqləyən bir dəlildir. Nəticə olaraq deyə bilərik ki, əgər cinlərə vücud verilsəydi, bizim kimi olardılar.
Şeytan
Şeytan verdiyi vəsvəsələrlə daima insanları doğru yoldan azdırmağa çalışan, oddan yaradılmış, azğın və təkəbbürlü varlıqdır.
“QURAN”da əvvəlcə şeytandan iblis deyə bəhs edilir. Bir zamanlar mələklər arasında yer verilən ilk və ən böyük şeytan olan “İblis” sonradan təkəbbürünə məbluğ olaraq, ALLAHA qarşı çıxan bir üsyançıya çevrilmişdir.
Şeytan Cenabı haqqın “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?”-sualına məntiqsiz bir şəkildə belə demişdir: “Mən ondan (yəni Adəm əleyhissəlamdan) daha üstünəm çunki, Sən məni oddan onu isə palçıqdan yaratdın.” (Əl-Əraf/12). Şəxsinə aid yönləri ilə heç bir zatı dəyər və qiyməti olmayan bu lənətlənmiş varlığın bir çox hikmətə əsasən yaradılmış olduğuna şübhə yoxdur.
Sərçəyə hücun edən sırğı quşu necə ki, sərçənin uçmaq qabiliyyətinin inkişafına istər istəməz səbəb olur, eləcə də şeytanlar istəmədən insanlarin mənəvi yüksəlişinə səbəb olurlar.
İmtahan dünyasında insanın bəzi istedad və qabiliyyətləri şeytana qarşı apardığı mücadələrindəki müvəffəqiyyətləri nəticəsində ortaya çıxaraq cənnətə layiq hala gəlir. ALLAHIN onlara verdiyi istedadları şeytanın təlqin və istəkləri yönündə istifadə edənlər isə cəhənnəm qazanırlar.
İnsan şeytanla mübarizə apara bildiyi nisbətdə ALLAH yanında məqbul və müvəffəq sayılır.

Mələk
Mələklər nurdan yaradılmış varlıqlardır. Onlar yeməzlər,içməzlər,onlarda kişilik və qadınlıq yoxdur.
Mələklər ALLAHIN sevimli qullarıdır.Onlar ALLAHIN bütün əmrlərini sözsüz yerinə yetirirlər və günah işləmirlər.
Mələklər nurdan yaradılmış lətif bir varlıqlar olduqları üçün ,biz onları görə bilmirik. Ancaq mələklərin var olduğuna inanırıq,çünki mələklərin var olduğunu ALLAH-Təala Qurani-Kərimdə xəbər vermiş, Peyğəmbər Əfəndimiz də mələkləri görmüş və bizə bildirmişdir.
Mələklər: yerdə, göydə, ətrafımızda və heər yerdə olurlar. Saylarını ancaq ALLAH bilir.
Böyük mələklər və onların vəzifələri:
1) Cəbrayıl: Mələklərin ən böyüyüdür. Onun vəzifəsi ALLAHLA peyğəmbərlər arasında elçilik etmək, ALLAHIN kitablarını peyğəmbərlərə gətirməkdən ibarətdir. Kitabımız Qurani-Kərimidə Peyğəmbərimizə gətirən Cəbrayıldır.
2) Mikayıl: Onun vəzifəsi təbiət hadisələrinin idarə olunması ilə əlaqədardır. (Yağış yağması,külək əsməsi,əkinlərin bitməsi və s.)
3) İsrafil: Onun vəzifəsi qiyamətin qopması və insanların öldükdən sonra yenidən dirildilməsi ilə əlaqədardır.
4) Əzrayıl: Onun vəzifəsi ömrü sona çatan insanların canını almaqdan ibarətdir.
Bu 4 böyük mələkdən başqa, digər mələklərdən bəziləri aşağıdakılardır:
Kiramən Katibin: bunlar 2 mələkdir.Biri insanlarən sağında,digəri isə solunda olur.Sağındakı insanın etdiyi yaxşı işləri,solundaki isə pis işləri yazır.Beləliklə hər insana aid yaxşılıqların və pis işlərin yazildığı “Əməl dəftəri” meydana gəlir.
Münkir və Nəkir: Bunların vəzifəsi öldükdən sonra qəbirdə insanları sorğu-suala çəkməkdən ibarətdir.
Ridvan: Cənnətdəki mələklərin başçısıdır.
Malik: Cəhənnəmdə işləyən mələklərin başçısıdır.
Bunlardan başqa bizi pis hərəkətlərdən qoruyan,yaxşı işlər görməyə istiqamətləndirən mələklər də vardır. Dünyada yaxşılıq və gözəlliyin misalı mələk,yaramazlıq və çirkinliyin nümunəsi isə şeytandır. Mələk insanı yaxşılığa,şeytan isə pisliyə çağırır.
Məsələn,qarnı ac və köməyə möhtac olan bir yoxsulla qaşıilaşdığımız zaman ,ona yazığımız gəlir və sanki bir səs də bizə: “Bu kasıb adama kömək et” deyə səslenir. Bu mələk səsidir.
Bu vaxt sanki başqa bir səs də qulağımıza: “Ona kömək eləsən pulun azlar, nəyinə lazımdır axı!”-deyə səni fikrindən daşındırmağa çalışır,bax bu isə şeytanın səsidir.
Peyğəmbərimiz (s.ə.s) belə buyurur:
“Həm şeytan, həm də mələk insanın qəlbinə bəzi şeylər gətirirlər.Şeytanın işi pis işlər görməyə çağırmaq,insanı haqq yoldan uzaqlaşdırmaqdır. Mələyin işi isə haqqa,yaxşı işlərə çaığrmaq və pis işlər görməkdən çəkindirməkdir.
Kim ki, ürəyində onu yaxşılığa çağıran bir səs eşidərsə, bilsin ki, bu mələyin səsidir. Dərhal həmin səsə qulaq assın və ALLAHA şükr etsin.
Kim ki, ürəyində onu pis işlər görməyə çağıran bir səs eşidərsə ,bilsin ki, bu şeytanın səsidir. Dərhal ondan uzaqlaşsın və ALLAHA pənah aparsın.(bu sözü desin: Əuzu billəhi minəş şeytanir racim)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar