beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR AİLƏSİ - ƏHLİ-BEYT

PEYĞƏMBƏR AİLƏSİ - ƏHLİ-BEYT

Məlum olduğu kimi, sevimli peyğəmbərimiz Hz. Məhəmməd ilahi vəhy ilə Qurani-Kərimi bəşəriyyətə çatdırmaqla yanaşı, həm də ilahi buyruqları insanlara öyrədən bir şəxs olmuşdur. O, Quran ayələrindən irəli gələn namaz, oruc, zəkat və s. bu kimi şəriət məsələlərini, eləcə də fərdi və ictimai etik qaydaları insanlara öyrətmiş, öz saf həyatı ilə əməli olaraq bəşəriyyətə ən gözəl nümunə olmuşdur. Peyğəmbər dönəmində yaşayan müsəlmanlar qarşılarına çıxan problemləri həll etmək, dinlə bağlı məsələləri, şəriət hökmlərini öyrənmək üçün çətinlik çəkmədən sevimli peyğəmbərimizin yanına gəlib öz sualları ilə ona müraciət edirdilər. Peyğəmbər də onların suallarını lazımınca cavablandırırdı.

Sevimli Peyğəmbərimiz dünyasını dəyişdikdən sonra isə, şübhəsiz ki, müsəlmanlar onları maraqlandıran dini məsələləri öyrənmək üçün artıq bu imkandan məhrum olmuşlar. Və təbii ki, onlar bundan sonra dini məsələləri elə şəxslərdən öyrənməli idilər ki, həmin şəxslər kamil iman sahibi olmaqla bərabər, ilahi biliklərin dolğun biliciləri olsunlar. Məlum olduğu kimi, Peyğəmbər zamanında yaşayan müsəlmanların hamısı bu xüsusiyyətlərə malik olmamışlar. Ümumiyyətlə, Hz. Peyğəmbərin dövründə İslamı qəbul etmiş ilk müsəlmanlar aşağıdakı qruplardan ibarət olmuşlar:

. Həm kamil imana, həm kamil ilahi biliklərə sahib olanlar (bu şəxslər Hz. Peyğəmbərə ən yaxın, daim onunla birlikdə olan şəxslərdir);

. Saf imanlı, lakin elm cəhətdən zəif olanlar (bu şəxslər səmimi-qəlbdən İslam dininə iman gətirmişlər, lakin savadsızlıq və elmsizlikdən hələ də yaxa qurtara bilməmişlər);

. İslam dinini qəbul etmiş, lakin hələ tam əminliklə kamil imana sahib olmayan, qəlblərinə iman daxil olmayan şəxslər. (Onlar İslam dinini qəbul edərək müsəlman olmuşlar, lakin mənəvi halları hələ də qəlblərinə imanın tam olaraq daxil olmasına yol verməmişdir. Allah-Təala Qurani-Kərimin əl-Hücurat surəsinin 14-cü ayəsində bu qəbildən olan insanlara dair buyurmuşdur:

Bədəvi ərəblər «Biz iman gətirdik!»-dedilər. De ki: «Siz iman gətirmədiniz! Ancaq «Biz İslamı qəbul etdik!»-deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...»)

. Müxtəlif səbəblərə görə zahirdə İslamı qəbul etmiş, imanlı şəxs kimi tanınan, lakin qəlbən küfr içində olan, elmli, bilikli, məkrli şəxslər. (Allah-Təala Qurani-Kərimin əl-Ənfal surəsinin 60-cı ayəsində belələrini «...sizin tanımadığınız, bilmədiyiniz Allahın düşmənləri...» adlandırır. Ümumilikdə, Allah Quranda onlara «münafiq» adını vermişdir. Münafiqlər həqiqətdə küfr əhli olub, öz küfrlərini gizlədərək zahirdə özlərini müsəlman kimi, mömin kimi aparmışlar. Lakin əllərinə imkan düşən kimi, öz məkrli niyyətlərini həyata keçirərək İslam dininə zərbələr endirmişlər. Bu dəstə insanlar dinimiz üçün ən təhlükəli düşmənlər olmuşlar.)

. Müxtəlif səbəblərə görə zahirdə İslamı qəbul etmiş, imanlı şəxs kimi tanınan, lakin qəlbən küfr içində olan elmsiz, biliksiz şəxslər. (Münafiqlərin bu dəstəsi əsasən elmli münafiqlərə xidmət edən və onların əlində bir alət olan şəxslər olmuşlar.)

elə bir cəmiyyətdə, şübhəsiz ki, zahirən İslamı qəbul etmiş hər bir kəsə Peyğəmbər bu öhdəliyi tapşıra bilməzdi. Tarixin şahid olduğu kimi, heç də bütün səhabələr ömürlərinin sonunadək öz həyatlarını iman çırağında sürməmişlər. İmam əl-Buxari öz «Səhih» əsərində (c.7, səh. 209) və İmam Muslim «Səhih» əsərində (bab əl-hauz) Peyğəmbərdən bu hədisi nəql etmişlər:

Səhabələrim Qiyamət günü sol tərəfə aparılacaqlar. O zaman mən «Hara?»-deyə soruşacağam. «And olsun Allaha, atəşə!» - deyə cavab veriləcəkdir. Mən, «Ey Rəbbim, bunlar mənim səhabələrimdirlər» - deyəcəyəm. «Bunların səndən sonra nə etdiklərini sən bilmirsən!» - deyə cavab veriləcəkdir. O zaman mən «Məndən sonra dəyişənlərə heyflər olsun!» - deyəcəyəm. Onlardan, sürüdən qopub itən dəvə misalı kimi, yalnız bir neçəsi qurtulacaqdır».

əbii ki, sevimli Peyğəmbərimiz din işlərini özündən sonra bu beş qrupdan məhz birinciyə həvalə edərək dünyasını dəyişmişdir. O, ömrünün son çağlarında, Vida həccində müsəlmanlara xitabən belə buyurmuşdur:

Mən aranızda iki dəyərli əmanət qoyub gedirəm. Onlardan biri Allahın Kitabıdır ki, insanların fikir və düşüncələrini hidayət edir və bəşəriyyətin səadət yolunu işıqlandırar... Digəri isə, mənim Əhli-beytimdir. Əhli-beytim barəsində Allahdan qorxun!» (3 dəfə təkrar edir)

«Səhih Muslim», Bab - Fədailu Əli, c.7, səh.4)

llahın rəsulu Vida həccindən qayıdarkən, Qədir Xum adlanan yerdə hamıya dayanmaq göstərişini verdi. Peyğəmbərin göstərişilə onun qərar verdiyi yer təmizləndi. Sonra Allahın rəsulu xütbə oxuyaraq bizə buyurdu:

Allah məni Özünə çağırdı və mən Onun çağırışına cavab verdim. Həqiqətən, mən aranızda iki dəyərli əmanət qoyub gedirəm. Onlara sarıldığınız zamanadək məndən sonra əsla yolunuzu azmazsınız. Onlar Allahın kitabı və mənim itrətim - Əhli-beytimdir. Bu ikisi Kövsər hovuzu üzərində təkrar olaraq mənə qayıdacaqlarına qədər əsla bir-birindən ayrılmazlar. Baxın, görün məndən sonra onlarla necə davranacaqsınız?..»

«Mustədrək əl-hakim», c.3, səh.109 / digər variantda, c.3, səh.148).

eləliklə, Peyğəmbərimiz Quranla yanaşı, öz ailəsini - Əhli-Beytini müsəlmanlara əmanət etmişdir ki, Peyğəmbərdən sonrakı dönəmlərdə yaşayan müsəlmanlar qarşıya çıxan məsələlərdə onlara müraciət edərək suallarına cavab tapsınlar. Belə ki, məhz Peyğəmbər ailəsi hamıdan çox Peyğəmbərlə birlikdə olmuş, onun tərbiyəsilə tərbiyələnmiş, verdiyi biliklərlə elmlənmişlər. Peyğəmbər Əhli-Beyti iman cəhətdən elə bir ülvi məqama yetişmişlər ki, Allah-Təala onlar haqda Quranın 33-cü surəsinini 33-cü ayəsində buyurmuşdur:

...Siz ey Əhli-beyt (Peyğəmbər ailəsi)! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istər!»

irmizi öz «Sünən» əsərində («Təfsir əl-Quran» bölməsi, hədis 3129) bu ayənin təfsirində Əhli-Beytin kimlərdən ibarət olmasına dair Umm-Sələmədən aşağıdakı hədisi nəql edir:

mm-Sələmənin evində ayə nazil olan zaman Peyğəmbər Fatiməni, Həsəni, Hüseyni çağırıb əbasına bürüdü və Əlini belinin arxasına bürüdü və dedi:

Allahım, bunlardır mənim Əhli-beytim və mənə xas olanlar! Onlardan günahı yox et və onları pak et!» Umm-Sələmə dedi: «Mən də onlarlayammı?» Peyğəmbər dedi: «Sən yerində qal, sən xeyirdəsən».

mam Əhməd bin Hənbəl özünün «Musnəd Əhməd» əsərində («Kitab əş-Şamiyyin», hədis 374) qeyd edir ki, Peyğəmbər Əlini, Fatiməni, Həsəni, Hüseyni öz əbasına bürüdü və sonra bu ayə tilavət olundu: «Siz, ey Əhli-Beyt, (peyğəmbər ailəsi)! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istər!» və dedi: Bunlardır mənim Əhli-Beytim və Əhli-Beytim daha mustəhəqdir.

əlumdur ki, Peyğəmbərin vəfatından sonra sağlığında ikən Peyğəmbəri görmüş bir çox müsəlmanlar (səhabələr) Peyğəmbərdən müxtəlif dini məsələlərə dair bir çox hədislər söyləmişlər. Belə hədislərdən elələri də vardır ki, onlar digər söylənilən hədislərlə, hətta bəzən Quran ayələrilə belə ziddiyyət təşkil etmişlər. Belə olduğu halda Peyğəmbərin buyurduğu kimi, müsəlmanların vəzifəsi Quranın və Əhli-Beytin bizlərə Peyğəmbərdən söylədikləri hədisləri qəbul edib, məhz onları əsas tutmaq, onlara əməl etməkdir. Məhz belə olduqda, biz əsla yolumuzu azmarıq. Belə ki, Peyğəmbər özündən sonra din işləri kimi ilahi vəzifəni kimə gəldi deyil, məhz özünün yetişdirdiyi itrətinə - Əhli-Beytə tapşırmışdır. O, özündən sonra din işlərinə rəhbərlik - imamlıq etmək üçün Əhli-Beyt imamlarını təyin edərək buyurmuşdur:

Onlara (Quran və Əhli-Beytə) sarıldığınız zamanadək məndən sonra əsla yolunuzu azmazsınız!»

ütün bunlardan bəlli olur ki, əgər Peyğəmbərdən bir-birinə ziddiyyətli hədislər söylənilərsə, Qurani-Kərim və Əhli-Beyt imamlarının söylədiklərinə müvafiq olan hədislər doğru və məqbul, onlara zidd olanlar isə qeyri-məqbul sayılacaq. Başqa sözlə, hədislərin doğru olub-olmamasının meyarı Qurani-Kərim və Əhli-Beyt imamlarının rəvayətlərilə uyğun olub-olmamasıdır. Bu cəhətdən hər bir müsəlmanın vəzifəsi sevimli Peyğəmbərimizin bizlərə əmanət etdiyi Quran və Əhli-Beytə möhkəm sarılmaq, bu əmanətləri lazımınca qoruyub saxlamaqdır.

eləliklə, Peyğəmbər özündən sonra ümməti arasında din işlərində rəhbərliyi bütün səhabələrə deyil, Əhli-beytə tapşırmışdır. Peyğəmbərimiz hər dövr üçün ümmətə rəhbərlik edəcək bu şəxslərə itaət etməyi müsəlmanlara vacib buyurmuşdur. Müsəlman ümmətinə dini rəhbərlik - imamət, dini rəhbər isə imam adlanır.

mam Əhməd bin Hənbəl öz «Musnəd Əhməd» əsərində (Musnəd əş-Şamiyyin, hədis 1627) Peyğəmbərdən bu hədisi nəql etmişdir:

Kim imamsız dünyadan köçərsə, cahiliyyət dövründə ölən kimidir».

eyğəmbərdən sonra ümmətə din işlərində rəhbərlik edəcək şəxslərin kimliyi haqqında mötəbər İslam mənbələrində çoxlu hədislər rəvayət edilmişdir. İmam Hakim ən-Nişaburi özünün «Mustədrək əl-Hakim» əsərində (c. 4, səh. 501) aşağıdakı hədisi nəql etmişdir:

Bir nəfər Əbu Əbdurrəhmandan (Abdullah bin Məsuddan) soruşdu: «Ey Əbu Əbdurrəhman! Siz Peyğəmbərdən (s) soruşdunuzmu ki, səndən sonra kim xəlifə olacaq?» Abdullah təəccüblə cavab verdi ki, mən İraqa gələndən səndən başqa bir kimsə bu sualı soruşmamışdı. Bəli, biz Peyğəmbərdən (s) soruşduq və o, bizə belə cavab verdi: «Məndən sonra 12 nəfər - Bəni İsrail nümayəndələrinin sayı qədər gələcəkdir».

Musnəd Əhməd»də (c. 5, səh. 92) Cabir bin Samuradan nəql edilir:

Peyğəmbər buyurmuşdur: Məndən sonra 12 xəlifə gələcəkdir, onların hamısı Qureyş nəslindəndir».

Səhih Muslim»də (kitab əl-İmarə, hədis 3393-3398) nəql edilir: «Din (İslam) davam edəcəkdir, o saatadək (qiyamətədək), ta 12 nəfər sizlər üçün xəlifə olacaqdır və onların hamısı Qureyşdəndir».

u hədis imam əl-Buxarinin «Səhih»ində də (kitab əl-Əhkam, hədis 6682) sevimli Peyğəmbərimizdən nəql edilmişdir.

eyx Süleyman əl-Qunduzi özünün «Yənabi əl-məvəddə» əsərində (səh. 413, 117) aşağıdakıları nəql edir:

Nəsəl adlı bir yəhudi Peyğəmbərə yaxınlaşıb bir sıra digər suallarla yanaşı, ondan sonra canişini haqqında sual etdi. Peyğəmbər (s) buyurdu: «Məndən sonra Əli bin Əbu Talib və sonra mənim iki övladım Həsən və Hüseyn, Hüseyndən sonra isə onun nəslindən doqquz nəfər olacaqdır». Yəhudi dedi: «Onların adlarını söylə». Peyğəmbər (s) buyurur: «Hüseyn bu dünyanı tərk edəndə onun oğlu Əli, ondan sonra onun oğlu Məhəmməd, ondan sonra oğlu Cəfər, Cəfərdən sonra Musa, Musadan sonra oğlu Əli, Əlidən sonra oğlu Məhəmməd, Məhəmməddən sonra oğlu Əli, Əlidən sonra oğlu Həsən, Həsəndən sonra oğlu Məhəmməd əl-Məhdi olacaqdır. Onlardır 12 imam».

İbn Macə özünün «Sünən» adlı əsərində (kitab əl-cihad, hədis 2850) Peyğəmbərdən aşağıdakı hədisi nəql etmişdir:

Kim mənə itaət etsə, Allaha itaət etmişdir, kim mənə qarşı çıxsa Allaha qarşı çıxmışdır. Kim imama itaət etsə, mənə itaət etmişdir və kim imama qarşı çıxsa mənə qarşı çıxmışdır».

yni hədis «Musnəd Əhməd»də də (kitab-Baqi Musnəd əl-Mukəssirin, hədis 7125 və 9708) Peyğəmbərdən nəql edilmişdir.

ördüyümüz kimi, Peyğəmbər din işlərində rəhbərliyi, din məsələlərinin təhrif olunmadan gələcək nəsillərə çatdırılması öhdəliyini aşkar hədisləri ilə öz Əhli-Beytinə, Əhli-Beyt imamlarına tapşırmışdır. Bizim vəzifəmiz isə, Peyğəmbərimizin buyruğuna əməl etmək və onlara sarılmaqdır. Rəbbimiz Əhzab surəsinin 36-cı ayəsində buyurur:

Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişi və mömin bir qadına öz işlərində başqa yol seçmək yaramaz. Allaha və Onun peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır».

elə isə, bir müsəlman olaraq bu məsələdə də bizim vəzifəmiz Allahın və Peyğəmbərin buyruğuna uyğun olaraq Peyğəmbərdən sonra Quran və Əhli-Beytə sarılmaq və bununla da Peyğəmbər yoluna sadiq qalmaqdır.


Tarix: 03.01.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1050 Bölmə: Maraqlı melumatlar