beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeganə Örnək Həzrət Peyğəmbər (s.a.v.)

Ə Örnək Həzrət Peyğəmbər (s.a.v.)

Zəmanəmizdə bir çox insan imansızlıq və əxlaqsızlıq fəlakətində məhv olub gedərkən, seldə üzən kötüklər kimi dövrün mənfi modalarına özünü qapdırmışkən, şirin dillə yaxınlaşıb İslamın nəzakət, zərafət və gözəlliklərini göstərmək, xüsusilə də onların misilsiz nümunəvi şəxsiyyət olan Həzrət Məhəmməd Mustafanın (s.a.v.) könül dünyasıyla tanış etmək möminin böyük bir iman və vicdan borcudur. Mən də bunu özümə bir borc bildim və sizlərlə paylaşdım.....

Tarixdə ən xırdalıqlarına qədər həyatı tədqiq edilə bilən yeganə insan Həzrət Məhəmməd Mustafadır (s.a.v.). Onun demək olar ki, hər sözü, hərəkət və duyğuları bir-bir qeyd edilərək tarixə nəqş edilmişdir. Demək olar ki, 1400 ildən bəri qələmə alınan bütün İslami əsərlər bir kitabı və bir insanı izah etmək üçün yazılmışdır: Qurani Kərim və Həzrət Məhəmməd (s.a.v.).

ALLAH-Təala Qurani Kərimdə belə buyurur:

“And olsun ki, sizdən ALLAHa və axirət gününə inananlar və ALLAHı çox zikr edənlər (möminlər) üçün Rəsulullahdan üsveyi-həsənə (ən mükəməl bir örnək) vardır.” (əl-Əhzab, 21)

ALLAH Rəsulu (s.a.v.) Abdullah və Əminənin (valideynləri) yetimi olaraq zəiflərə və kimsəsizlərə nümunədir. Rəsuli-Əkrəmin (s.a.v.) həyatı saf və parlaq bir güzgü kimidir. Hər insan onda öz surətini və ruhunu, içini və çölünü, sözünü və əməlini, əxlaqını və ədəbini seyr edib halını necə olduğunu müəyyənləşdirə bilər. Bu güzgüdə gördüklərinə görə əxlaqını islah edib əyriliklərini düzəltmək hər bir mömini vəzifəsidir.

Bu cümlənin altını cızaraq deyə bilərəm ki, Yetkinlik yaşına çatmış bir gənc Rəsullahın (s.a.v.)gəncliyini diqqətlə incələyərək özünə ən doğru yol xəritəsini çəkə bilər


Tarix: 08.06.2013 / 13:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar