beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Din donuzu niyə haram etdi ?

İslam dini nəyinsə halal və ya haram olmasını Allahın əmrinə bağlayır. Allah nəyi halal buyurmursa, müsəlman da onu rədd etməlidir. Müsəlmanların müqəddəs kitabı Quranda yazılıb: "Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir" (Bəqərə surəsi,173).

İslam alimləri donuz ətinin qadağan edilməsinin özünün hikməti olduğunu bildirirlər. Məsələn, donuz ətinin çox yağlı olduğundan yeyildiyi zaman bu yağın insanın qanının tərkibinə keçdiyini və qanın tərkibində artıq miqdarda olan bu yağın arteriyanın daralmasına, qan təzyiqinin yüksəlməsinə və miakard infarktına səbəb olduğunu, həmçinin donuz yağının tərkibində “sitoksin” adlı zəhərli maddənin orqanizmə daxil olduqda uşaqlarda linfa düyünlərinin iltihabına və şişməsinə, nəticədə uşağın boğazının anormal şəkildə şişərək, sanki donuza bənzəməsini, elə buna görə də bu xəstəliyin “donuz xəstəliyi” (skrofuloz) adlandığını deyirlər. Bununla yanaşı donuz ətində bol olan kükürdün orqanizmə artıq miqdarda daxil olduğu təqdirdə qığırdaq, əzələ və sinirlərə yerləşərək oynaqlarda iltihab, kirəclənmə və bel yırtığı kimi müxtəlif xəstəliklərə səbəb olduğunu, kükürdlə yanaşı ətdə olan böyümə hormonunun çox olması və bunun da burun, çənə, əl və ayaq sümüklərinin anormal şəkildə böyüməsinə, bu fəsadlardan əlavə donuz ətinin tərkibində olan histamin və imidazol adlı maddələrin müxtəlif dəri xəstəliklərinə səbəb olmasını da bildirilər.

Donuz ətindən insana yoluxan xəstəliklərdən biri də trixin xəstəliyidir. Donuzlar bu xəstəliyə trixinli siçan yeməklə və trixinli donuz gübrəsi yeməklə yoluxurlar. Trixin donuzlar üçün ağır bir xəstəlik olmasa da insanlarda təhlükəli və öldürücü təsirlərlə nəticələnə bilir. İslam alimləri elə buna görə də bu xəstəliyə xristianlarda rast gəlindiyini bildirirlər.

Donuz qurdların və onların yumurtalarının əsas daşıyıcısıdır. O çox vaxt donuz əti sevənləri SOLİTER adlı parazitlə(lentşəkilli qurdla) mükafatlandırır. Bu qurdlar donuz əti yeyən insanların bağırsağında tapılır. Bu qurdların hissələri digər orqanlara keçib onları zədələyirlər. ABŞ və Kanadanın hər 6 sakinindən biri bu xəstəliyə tutulur. Bu parazitlər digər canlılarda deyil, yalnız donuz ətində olur.

Yəqin ki, bunlar bir çoxlarımızda donuz ətinə ikrah hissi oyada bilər. Tövrat da 42 heyvanın ətini yeməyi haram buyurub. Yəhudilər də müsəlmanlar kimi donuz ətini yeməyi haram hesab edirlər. 2010-cu ildə Edi Landau adlı aşpaz ivrit dilində haram heyvanın ətindən bişirilən xörək reseptlərindən ibarət kitab yazdı. Bunun qarşılığında o, həmyerlilərindən çox sayda etiraz dolu məktublar aldı. Amma bunu da qeyd etmək lazımdir ki, xristian kilsəsinin nümayəndələri Əhdi Ətiq qaydalarına görə müəyyən günlər donuz əti yemirlər.

Kolbasalara donuz piyi vurulmursa, həmin məhsul standarta uyğun deyil

Azərbaycan da daxil olmaqla bir sıra islam ölkələri yeyinti sahəsində "Halal" standartını tətbiq edir. Ancaq Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Apa-ya müsahibəsi zamanı bildirmişdi ki, ölkəmizdə belə bir standart qəbul olunmayıb. Rəsmən halal standartı yoxdursa, məhsulun üzərində belə bir standarta uyğun istehsal edilməsi barədə qeydin qoyulması da doğru deyil: "Kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır. Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. O zaman da həmin məhsulun buraxılmasına biz imkan vermirik. Belə olan halda həmin kolbasa necə halal ola bilər?".


Tarix: 07.06.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Maraqlı melumatlar