beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏMİN ZÜLMƏTİ VƏ HƏDSİZ QARANLIĞI

Həqiqətən, Cəhənnəm elə bir zülmət və qaranlıq diyarıdır ki, bu diyar öz sakinlərini kömürə çevirmiş, onların üz və dərilərini tam qaraltmışdır. Onun nə qaynar kömürü söndürülər, nə də atəşi ətrafa nur saçar.

Bu barədə Əbu Hüreyrədən rəvayət olunan bir hədisi qeyd etmək daha maraqlı olardı. Beləiklə Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Cəhənnəm min il alovlandı və ağardı, sonra yenə min il alovlandı və bu dəfə qızardı, daha sonra yenə min il alovlandı və bununla da qaraldı. İndi o zülmət bir gecə kimi qaradır». Hədisi Tirmizi və İbn Macə rəvayət etmişdir.


Tarix: 04.05.2013 / 12:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 51 Bölmə: Maraqlı melumatlar