beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytana Uymayın !

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
İnsanlarda, gözəl xüsusiyyət və qabiliyyətlərdən başqa, arzu edilməyən bəzi xasiyyətlər də var, bunlardan biri də həsəddir. Həsəd başqasının sahib olduğu neməti, mövqeyi, üstün xüsusiyyəti qəbul edə bilməmək, ondan alınıb yox olmasını istəməkdir. Dilimizdə "qısqanclıq" dediyimiz həsəd, İslam əxlaq və ədəbində pis və çirkin xasiyyətlərdən biri sayılır.

Qibtə isə adamın bir başqasının sahib olduğu yaxşılıq və gözəlliklərə nemət və fəzilətlərə özünün də sahib olmasını arzu etməsidir. Bu vəziyyət dinimizcə məqbuldur. Necə ki, Rəsulullah Əfəndimiz belə buyurmuşdur. "Tək iki adama qibtə edilər. Biri Allahın mal verib haqq yolda xərcləməyə müvəffəq etdiyi adam, digəri də Allahın elm verib onunla əməl edən və bunları başqasına öyrədən kimsədir."

Həsədin haram qılınması və pis qarşılanmasının səbəbi həsəd aparanın bilvasitə olaraq Allahın təqdirinə qarşı olmasıdır. Çünki insana hər cür neməti, mövqeyi, üstünlüyü və xeyiri verən Allahdır. O halda bir başqasının sahib olduğu nemətlərə həsəd etmək, ilahi bölünməyə qarşı bir məmnunsuzluq və bir cür razı olmamaqdır. İnsan bilməz ki… Bəlkə haqqında xeyirli olan yaşadığı haldır. Qurani Kərimdə belə buyurular: "Allahın sizi bir-birinizə üstün etməsinə həsəd etməyin. "
Hz. Peyğəmbər (s.ə.v) də, "Həsəd etməkdən çəkinin. Çünki atəşin odunu yandırıb bitirdiyi kimi, həsəd də yaxşılıqları yeyib bitirər" buyurar. Allah hər quluna nemətlər və nəsiblər vermişdir. Başqalarında olana göz tikmək, onun həsrətini çəkərək ömür keçirmək yerinə, hər kəsin əlindəkinə öz əməyiylə qazandığına qənaət etməsi, qiymətini bilməsi, qulluğa daha layiq bir davranışdır.


İslam alimlərinin, bir növ ruhi xəstəlik qəbul etdikləri həsəd duyğusu, başqalarının özündən üstün vəziyyətdə olmasına dözməməkdən qaynaqlanar. Bu hal adamı böhrana salar və bədbəxt edər. Qısqanclıq qonşular, qardaşlar, yoldaşlar həmkarlar arasında daha çox olur. Bu xəstəliyi özündə görən adam Allaha yönələrək, ayədə öyrədildiyi kimi "Qısqandığı vaxt qısqanc adamın şərindən Allaha sığınaram" deməlidir. Həsəd edən adam şairin də dediyi kimi əslində özünə zərər verər.

Həsəddən xilas olmağın ilk çarəsi Allahın verdiklərinə qənaət etməkdir. Çünki qənaətin könülə verdiyi zənginlik nə bitər nə də tükənər. Necə ki Allah Rəsulu (s.ə.v) "Qənaət bitməz tükənməz bir xəzinədir" buyurar.
Xütbəmizi Qurani Kərimdən bir dua ilə bitirək: "Allahım! Bizi və bizdən əvvəl gəlib keçmiş imanlı qardaşlarımızı bağışla. Möminlərə qarşı ürəklərimizdə kin buraxma. Rəbbimiz şübhəsiz ki sən, çox şəfqətli, çox mehribansan. "


Tarix: 06.06.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar