beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elm bir xəzinədir; açarı soruşmaqdır.

Bismillahir Rəhmanir Rəhim
Elm bir xəzinədir; açarı soruşmaqdır. Allah sizə rəhmət etsin, soruşun; çünki soruşmaqla dörd kimsə mükafat götürər: Soruşan, cavab verən, dinləyən və onları sevən.
İnsanda bir orqan vardır. Əgər o sağlam isə bütün bədən sağlam olar; əgər o pozulsa bütün bədən pozular. Diqqət yetirin! O, ürəkdir.
İnsanoğlu Allaha qarşı qurban günündə qurban kəsməkdən daha sevimli bir iş etməmişdir.
Sözlərin ən doğrusu Allahın kitabıdır. Həyat tərzlərinin ən gözəli Məhəmməd(s. a. v) en həyat tərzidir. İşlərin ən şərliləri sonradan uyduranlardır. Hər sonradan uydurulan şey bidətdir. Hər bidət pozğunluqdur və hər pozğunluq da Cəhənnəmdədir.
Şübhəsiz ki məndən sonra ümmətimdən Qurani Kərim 'i oxuyan bir qisim insanlar olacaq. Lakin onların oxuduğu boğazlarını keçməyəcək. Onlar eynilə oxun yaydan çıxdığı kimi dindən çıxacaqlar, sonra da təkrar ona dönməyəcəklər. O kəslər, insanların və heyvanların ən şərliləri pisləridir.
Bu dörd şey kimə verilsə, dörd nemətdən məhrum qalmaz: Özünə bağışlama diləmək (xüsusiyyəti) verilən, bağışlanmaqdan məhrum qalmaz. Şükr etmək (xüsusiyyəti) verilən, nemətin çoxalmasından məhrum olmaz. Tövbə etmək (xüsusiyyəti) verilən, tövbəsinin qəbul olunmasından məhrum olmaz . Dua etmək (halı) verilən də razılıq edilməkdən məhrum olmaz.
Bu 6 şeyi davamlı edəcəyinizə dair mənə söz verin; mən də cənnətə girəcəyinizə zamin olum: Danışdığında həmişə doğru söyləyin, Söz verdiyinizdə hamı/həmişə sözünüzdə durun, Sizə güvənildiyində bu etibarı əsla istismar etməyin, Namusunuzu vasvasılıqla qoruyun, Gözlərinizi haramdan çəkinin. Haramın hər cüründən çəkinin.
Ulduzlar (dənizlərdə yolunu itirənlərin) boğulmaqdan əməndə qalmalarına (xilas olmalarına) vəsilədir; mənim Əhli Beytim isə ümmətimin ixtilafdan əməndə qalmalarına vəsilədir. Buna görə Ərəbdən bir qəbilə onlarla müxalif çıxsa ixtilafa düşər və şeytanın hizbində iştirak edər.


Tarix: 06.06.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar