beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz qılmayan şəxsə şeytanın cavabı..

Keçmiş zamanlarda bir nəfər
Ərəbistan çöllərində təkbaşına
uzaq bir səfərə çıxıbmış. Şeytan
onu yolundan azdırmaq üçün
təğyiri-libas olub insan
qiyafəsində onun qarşısına çıxır
və deyir:
- Salam, ey dost. Görürəm,
təkbaşına harasa səfər edirsən.
İstəyirsənsə, sənə yol-yoldaşı
olaram. Mənim də yolum sən
getdiyin tərəfədir.
Həmin şəxs çox sevinir və şeytanın
təklifini qəbul edir. Bu minvalla iki
yoldaşı uzun-uzadı yollarına
davam edirlər. Nəhayət qaş qaralır,
axşam düşür. Birdən şeytan
yoldaşına deyir:
- Mən səninlə dostluq etmək
istəmirəm!
Adam bunun səbəbini
soruşduqda Şeytan dillənir:
- Səhərdən səni müşahidə edirəm.
Səni bir dəfə də olsun namaz qılan
görmədim. Mən insan qiyafəsinə
girmiş şeytanam. Səni yolundan
azdırmaq üçün belə etdim.
Baxdım ki, səni azdırmağa ehtiyac
yoxmuş. Mən ALLAHA yalnız bir
dəfə səcdə etməyib Ona asi
oldum. Bu əməlimə görə də ALLAH
məni qiyamətə qədər lənətlədi.
Sən isə gündə beş dəfə ALLAHA
səcdə etməyə tənbəllik edirsən.
Ona görə də səninlə olmağımla bir
daha ALLAHIN lənətinə düçar
olmaqdan qorxuram və səninlə
dostluq etməkdən imtina edirəm.
Sənin vəziyyətin mənimkindən
betərmişki!


Tarix: 06.06.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar