beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərə (ə) hörmətsizliyin nəticəsi

Ütbə Əbu Ləhəbin oğlu idi. O da atası kimi Peyğəmbərlə (s) düşmənçilik edərdi.

“Nəcm” surəsinin Peyğəmbərə (s) nazil olduğunu eşidən Ütbə dedi:

“Mən bu surəni qəbul etmir və ona inanmıram.” O, Peyğəmbərin (s) Meracından bəhs edən bu surəni məsxərəyə qoyub inkar edərdi. Peyğəmbər (s) ürək ağrısı ilə ona belə nifrin etdi: “Ey Allahım! Onu öz yırtıcı heyvanlarından birinə həvalə et.”
Çox keçmədən Ütbə ticarət karvanıyla “Şam” şəhərinə səfər etməli oldu. Bir az yol gedəndən sonra yırtıcı bir şirin karvana tərəf gəldiyini görən Ütbənin canına vəlvələ düşür. Səfər yoldaşları ona deyirlər:

“Biz ki, sənin yanındayıq. Bəs nədən qorxursan?”
“Məhəmməd (s) mənə nifrin etmişdir. And olsun Allaha, göylər Məhəmməddən (s) doğru danışan başqa birinin üzərinə kölgə salmamışdır.”

Şir onu tapmasın deyə səfər yoldaşları öz yüklərini onun ətrafına toplayırlar. Buna baxmayaraq şir yüklərin üstünə çıxıb pəncəsiylə onları dağıtmağa başlayır. Amma şirin əlinə keçmədən Ütbənin ürəyi partlayıb elə oradaca ölmüşdü. (“Tərcümei şərhi-təcrid”, (Ağai Şüərani) səh. 498.)
Mənbə islamazeri.az

"Allahumme selli ela Muhemmedin ve ali Muhemmed


Tarix: 06.06.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar