beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini Hekayə.....

Qiyamət qopmuşdu.
Qeyri-adi bir izdiham vardı. Hər yer insanlarla dolu idi.
Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdi.
Sanki ürəyi yerindən çıxacaqdı, soyuq tər basmışdı...
Dünyada ikən qiyamət, sorğu-sual və tərəzi haqda çox şey eşitmişdi....
Ancaq məhşər meydanını belə dəhşətli təsəvvür etmirdi...
Hamını sırayla oraya gətirdilər.Sorğu-sual başlandı.Növbə onunki idi...
Hər suala cavab verdikcə təri sel kimi axırdı.Uzun sürən hesabdan sonra hökm oxundu...
Hökmü eşidəndə dəhşətə gəldi. "Cəhənnəm!"
Qışqırdı: Ola bilməz! Mən ömrüm boyu RƏBBimə itaət etmişəm.
Axı mənim yerim "Cənnət"-dir...
Bəs mənim oruclarım, namazlarım, zəkatlarım?!
Birdən 2 mələk gəldi və onu itələyib cəhənnəmə atdılar.
O artıq alovun qarsalayıcı istisini üz-gözündə hiss edirdi...
Qəflətən ağsaqqallı, nurani bir qoca peyda oldu.
Əlini uzadıb, onu cəhənnəmdən çıxardı.
O, çıxarkən rahat bir nəfəs aldı, üst-başını çırpdı...
RƏBBinə: "Ey RƏBBim! Sən mərhəmətlilərin ən mərhəmətlisisən"- deyə şükür etdi..
Sonra qocadan soruşdu: Sən kimdən?
-Mən sənin namazlarınam..
-Bəs nə üçün əvvəlcədən deyil də, mən cəhənnəmə düşəndən sonra gəldin?
-Yadındamı, sən həmişə məni axıra saxlayırdın?...
Birdən tər içində oyandı, "Çox şükür yuxu imiş"..
Azan oxunurdu, İşa namazını qılmaq üşün ayağa qalxdı...


Tarix: 05.06.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar