beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsəbləşən zaman nə etməli?

İblis lənətliyin insanı ən çox saldığı tələlərdən biri qəzəb tələsidir. Qəzəb insan vücudundakı nuru söndürər, Allahı narazı edər.

Müasir tibb əsəbi insanlar üçün çox sayda müalicə yolları təklif edirlər. Bəs Quranda və hədislərdə necə bu haqda bir şey yazılıbmı?

Onlardan bir neçəsinə müraciət edək:

1. Çalışaq başqalarının səhvlərini görməməzliyə vuraq.

“(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün)”. (“Şura” 37).

2. Təqvalı olmaq.

“Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin. (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 133-134).

O zaman ki, insan həyatda xoşagəlməz hadisələrlə rastlaşır, onların qarşısında bu əməllərə qarşı reaksiya göstərir. Bu reaksiyalardan biri də əsəbilik və qəzəbdir.

Əsəbiliyin başqa dərmanları.

Bu zikri tez-tez demək əsəbiliyi yatızdırar: اعوذ بالله من الشیطان الرجیم» (“Əuzu billəhi minəş-şeytanir-racim”)

İnsan qəlbindəki qəzəbi şeytan alovlandırar. Əsəbiliyin kökünü kəsmək üçün şeytanı uzaqlaşdırmaq lazımdır. Bu zikr şeytanı uzaqlaşdırmağa yardım edər.

Başqa bir zikr isə: « لاحول و لا قوه الا بالله العلی العظیم

(“Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”)

Hədislərin birində İblis Həzrət Musaya (ə) deyir: “Qəzəbdən çəkin və əsəbləşən zaman bu zikri de. Onun nəticəsində qəzəbin yatar”.

Həzrət Peyğəmbərə (s) salavat göndərmək.

Əsəbiliyi müalicə etməyin yolarından biri də çoxlu salavat göndərməkdir.

Səcdə etmək.

Əsəbiliyi müalicə etməyin yollarından biri də budur ki, əsəbi olan zaman üzünü yerə qoyub Allaha səcdə edəsən. Həzrət Peyğəmbər (s) buyurur: “Qəzəb insan qəlbində olan bir qığılcımdır. Məgər görmürsünüz ki, gözü qırmızı və damarları şişmiş olar? O kəsdə ki, bu cür vəziyyət müşahidə olunarsa, üzünü yerə qoysun (Allaha səcdə etsin). Hər kim belə edərsə, Allah dərgahına pənah aparsın. Ondan şeytanı dəf etməsini istəsin”.

Vəziyyəti dəyişmək.

Məsumların hədislərində deyilir ki, əgər insan əsəbləşən halda oturubsa, ayağa qalsın, əgər ayaq üstədirsə, otursun. Ya da uzansın, ya həmin yerdən uzaqlaşsın. Özünü başqa işlə məşğul etsin. Halı dəyişmək əsəbi yatızdırar.

Dəstəmaz və ya qüsl almaq.

Əsəbi olan insan soyuq su ilə dəstəmaz alsa və ya qüsl etsə, qəzəbi yatar. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən biri əgər əsəbləşərsə, dəstəmaz alsın, qüsl alsın. Çünki qəzəb - atəşdəndir”.

Yunisiyyə zikrini demək.

"لا اله الا انت سبحانک انی کنت من الظالمین

Bu zikr Yunisiyyə zikridir və hər bir ruhi dərdin əlacıdır. Bu zikrdə Allaha pənah aparırıq. Onu təsbih edir və öz səhvlərimizi etiraf edirik.

Əgər bu deyilənləri etsək, şübhəsiz, faydalanmış olarıq.


Tarix: 05.06.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Maraqlı melumatlar