beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zühurdan sonra dünya necə olacaqdır?

Zühurdan sonra dünya necə olacaq? Cavab: Maddi həyatın zühurdan əvvəlki həyatla heç bir fərqi olmayacaqdır. İnsanların doğulması və ölməsi eyni olacaqdır. İnsanların istedad və xüsusiyyətləri fərqli olmayacaqdır. Belə ki, insanlar zühurdan sonra da dünyalarını dəyişəcəklər. Allah buyurur: "Hər kəs ölümü dadacaqdır” ("Ali-İmran”, 185).



Bəli, mümkündür ki, elm və texnologiyanın inkişaf etməsi və insan ölümünə şərait yaradan amillərin, yəni müharibələrin, xəstəliklərin olmaması insanların ömrünü uzadacaqdır. Ancaq nəhayətdə hamı öləcəkdir.

Zühurdan sonrakı həyatı belə təsvir etmək olar:
1. İnsan tərbiyə edən İslamın gözəl qanunlarını həyata keçirtmək, Allah kitabına və Peyğəmbər (s) sünnətinə əməl etmək, bidətləri aradan qaldırmaq.

2. Elmin inkişaf etməsi. İmam Sadiq (ə) buyurur: "Bilik 27 hərfdir. Bütün peyğəmbərlərin gətirdiyi onun ancaq iki hərfi olmuşdur. İndinin insanları bu iki hərfdən başqa hərflə tanış deyildirlər. O zaman ki, Qaim (ə.f.) qiyam edəcək, yerdə qalan 25 hərfi də açığa çıxaracaqdır. İnsanların arasında inkişaf edəcək və yayılacaqdır. O iki hərfi də zəmimə edəcək və 27 hərfi insanların arasında inkişaf etdirəcəkdir”.

3. Mənəviyyatın və dinin inkişaf etdirilməsi və yayılması.

Quran təlimləri. İmam Əli (ə) buyurur: "Sanki Əhli-Beyt (ə) davamçılarımı görürəm ki, Kufə məscidində yığışıblar. Çadır quraraq, Quranı nazil olduğu kimi insanlara təlim verirlər”.

Hikmət təlimi. İmam Muhəmməd Baqir (ə) buyurur: "Məhdinin (ə.f.) zamanında sizə o qədər hikmət və bilik təlim veriləcəkdir ki, evdə olan bir qadın Allahın kitabı və Peyğəmbərin (s) sünnətinə əsasən hökm (rəftar) çıxaracaqdır”. Yenə buyurur: "Onun zamanında sizə hikmət təlim veriləcəkdir”.

İbadətə diqqət: İmam Əli (ə) buyurur: "İnsanlar Məhdinin (ə.f.) zamanında ibadətə və dinə üz tutacaqlar. Namazı camaatla qılacaqlar”.

4. Əxlaqın, bəyənilmiş xüsusiyyətlərin inkişaf etdirilməsi və rəzil xüsusiyyətlərin aradan qaldırılması. İmam Əli (ə) buyurur: "O zaman ki, bizim Qayimimiz qiyam edəcək, bəndələrin bir-birinə olan kinləri qəlblərindən silinəcəkdir”. İmam Muhəmməd Baqir (ə) buyurur: "O zaman ki, bizim Qayimimiz qiyam edər, əlini insanların başına qoyar və əxlaqlarını kamala çatdırar”.

5. Müxtəlif sahələrdə əmin-amanlıq: Allah buyurur: "Qorxularını əmin-amanlığa çevirəcəyini vəd etmişdir”. ("Nur” 55).

İmam Sadiq (ə) "Səbə” surəsinin 18-ci ayəsi haqqında buyurmuşdur: "Biz Əhli-Beytin (ə) Qaimi ilə birlikdə deməkdir”.
6. Sağlam iqtisad. İmam Sadiq (ə) buyurur: "Məhdi (ə.f.) dövlətində riba aradan gedəcəkdir”. İmam Baqir (ə) buyurur: "Məhdi (ə.f.) hökumətinin zamanında yer üzərində viranələr qalmayacaqdır, abadlaşacaqdır”.

Məhsul bol olacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Çaylar su ilə dolacaqdır. Bulaqlar qaynayacaq, daşacaqdır. Torpaq bir neçə dəfə çox məhsul verəcəkdir. Qoyun, quzu çoxalacaqdır”.

7. Bədənin və psixologiyanın sağlamlığı. İmam Muhəmməd Baqir (ə) buyurur: "Hər kim Qaimi dərk edərsə, əgər hansısa xəstəliyə tutularsa, şəfa tapar. Əgər gücsüz olarsa, güc əldə edər”.

Nəticədə demək olar ki, Quran ayələrinə əsasən dünyanın gələcəyi İslam dini ilə olacaq və hakimiyyətdə haqq dini olacaqdır. ("Tövbə” 32,33). Dünyanın hamısı saleh bəndələrin ixtiyarında olacaqdır. ("Ənbiya” 105). Allahın hüccəti və saleh möminlər hökumətə və xilafətə çatacaqlar. Bu zaman Allahın rizayətini qazanacaq din bərqərar olacaqdır. Əmin-amanlıq hakim olacaqdır. Zülm və fəsadın nişanələri aradan gedəcəkdir. Həqiqi ibadət ümumi şəkildə yerinə yetiriləcəkdir. ("Nur” 55).


Tarix: 03.06.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Maraqlı melumatlar