beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-RAUF

ər-Rauf – «Sənin Rəbbin şəfqətli (RAUF) və mərhəmətlidir (RAHİM)». (ən-Nəhl 7). Həlimi deyir ki: «Rauf – qullarına acıyan, onlara asanlıq istəyən deməkdir. Uca Allah qullarına qaldıramayacaqları ibadətlər və yüklər ilə yükləməmişdir. Xəstəlik, qocalıq və zəiflik kimi hallarda onlara bir çox ibadətləri asanlaşdırmışdır. Hətta edə biləcəkləri bir çox şeyləri onlara yükləməmişdir. Allah şəfqət və mərhəmət sahibidir».

Hər müsəlman Allahdan başqa mütləq şəfqət sahibi olmadığını, onun şəfqətinin biz insanların şəfqəti kimi olmadığını bilməlidir. Allahın qullarına bol nemətlər verməsi, onları cürbəcür təhlükələrdən qoruması Onun qullarına olan şəfqəti və mərhəmətidir. Bəzən də müsibət verərək onları içində olduqları qəflətdən ayıltması da Onun şəfqət və mərhəmətidir. Bu bəla və müsibətlər kənardan belə görünə bilər, lakin bunlar onlar üçün bir şəfqət və mərhəmətdir. Bu üzdən insanın başına bir müsibət gəldikdə: «Allah bu müsibətlə ona mərhəmət etdi» deyə deyilir. Allahın bu ismini bilən kimsə Allahın ona şəfqət və mərhəmət etdiyi kimi o, da nəfsinə acımalı, ona gücündən artığını yükləməməlidir. Nəfsə acımaq nə deməkdir? Allahın əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək və təhlükələrdən onu qorumaq. Nəfsinə acıyıb şəfqət göstərdiyin kimi başqa insanlara da acımalı və onlara da şəfqət əlini uzatmalısan. Beləcə də şəfqətli bir qəlbə sahib olur və hər iki dünyada da Allahın şəfqət və mərhəmətinin səni əhatə etməsinə nail olmuş olursan.


Tarix: 05.05.2013 / 13:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar