beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)ŞƏKİR - ŞƏKUR

əş-Şəkir – Allah Özünü Şəkir və Şəkur deyə İsimləndirmişdir. Şükr edənləri də bu iki İsimlə adlandırıb onlara Öz sifətini vermiş və onları bu İsimlə isimləndirmişdir. Allah şükr edən qullarından razı olur. «Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə Allah razı qalan (ŞƏKİR) və biləndir». (əl-Bəqərə 158). «Əgər şükr etsəniz sizdən razı olur». (əz-Zumər 7). Şükr edənlərin kainatda az olması, onların seçilmiş qullar olduğu da bəllidir. «Lakin qulları içində şükr edən azdır». (əs-Səbə 13). Peyğəmbər (s.a.v)ayaqları şişənə qədər namaz qılmış və ona: «Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Sən nə üçün bu qədər ibadət edirsən?» deyildikdə. O: «Allaha şükr edən bir qul olmayımmı?» deyə buyurdu .
(Buxari «Təhəccüd» 6, Müslim «Sifətul Munafiqun» 2819. )

Peyğəmbər (s.a.v): «Ey Muaz! Vallahi səni sevirəm. Beləki hər fərz namazından sonra bu duanı et: «Allahummə Əinni Alə Zikrikə Və Şukrukə Və Husni Ibədətikə – Allahım! Səni zikr etmək, Sənə şükr etmək və Sənə gözəl ibadət etmək üçün mənə yardım et»
(Əbu Davud «Vitr» 26, Nəsai «Səcdə» 60, Musnəd 2/299. )]

əş-Şəkur – Azacıq təşəkkürə çox qarşılıq verən İsmi Qurani Kərimdə 4 yerdə keçməkdədir. «Həqiqətən Allah bağışlayandır və qədirbiləndir! (ŞƏKUR)». (əş-Şura 23). Şükür mərtəbəsi ən ucadır. Bu mərtəbə Riza – mərtəbəsinin üztündədir. Riza şükrün içərisində yer almaqdadır. Şükr rizasız olmaz. Şükr imanın yarısıdır. İman iki qismə ayrılır. Yarısı şükr və yarısı da səbrdir. Uca Allah qullarına şükrü əmr edər və şükrün ziddinə olan şeyləri isə qadağan edər. Şükr edən kimsələri tərif edər, onlara ən gözəl mükafatı verər. «Mənə şükr edin, nankorluq etməyin». (əl-Bəqərə 152). «Allah şükr edənləri mükafatlandıracaqdır». (Ali İmran 144). «O, halda Ona ibadət edin və Ona şükr edin. Ona qaytarılacaqsınız». (əl-Ənkəbut 17). Şükr qəlb üçün bir sevgi və yönəlməkdir. Dil üçün bir tərif və həmddir. Bədən orqanları üçün isə itaət və görəvdir. Peyğəmbər (s.a.v) buyurdu: «İnsanlara təşəkkür etməyən Allaha şükr etməz»
(Tirmizi 1955. )

Davud (aleyhissələm) buyurur: «Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim». Allah: «İndi Məni tanıdın və Mənə şükr etdin ey Davud! Çünki şükr etməyin də Mənim bir nemətim olduğunu bildin». Başqa rəvayətdə: «Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa da belə gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə yenə də mənə verdiyin nemətin haqqını belə vermiş olmaram»
(İmam Əhməd «Kitabu Zuhd» 361,362. )


Tarix: 05.05.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar