beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üçüncü məsələ: Rəvayətçilərin tarixi təhrif etmək üçün istifadə etdikləri üsullar!

1. Uydurma və yalanlar:
Onlar hər hansı hadisə haqda rəvayət uydurmaqla məşğul olurdular. Məsələn, onlar bir rəvayət uydurub deyiblər ki, guya "Aişə )Allah ondan razı olsun) Əlinin (Allah ondan razı olsun) ölüm xəbərini eşidərkən Allaha şükr səcdəsi etmişdir". Bu, sırf yalan xəbərdir. (Ticani bu rəvayəti "Fəs'əlu Əhləz-Zikr" adlı kitabında qeyd etmişdir. Bax: Səh, 97 Amma bu rəvayəti heç kəsə nisbət etməmişdir.)
2. Hər hansı bir hadisəni təhrif etmək məqsədilə ona edilən əlavələr və ya ixtisarlar:
Məsələn, Səqifə hadisəsində olduğu kimi, hadisənin özü doğru olmasına baxmayaraq onu təhrif edirlər. Səqifə hadisəsi əslində doğru hadisədir. Həmin hadisə zamanı bir tərəfdə Əbu Bəkr, Ömər, Əbu Ubeydə, digər tərəfdə isə Hubbab İbn Əl-Munzir, Səəd ibn Ubadə və başqa ənsarlar öz aralarında birləşmişdilər. Lakin yalançı rəvayətçilər buna əlavələr etmiş və bununla baş verən həqiqəti təhrif etməyə çalışmışlar. Bu haqda irəlidə danışacağıq.
3. Hadisələrin batil yozumu:
Bu, bir rəvayətçinin hansısa hadisəni öz nəfsi istəklərinə, batil məzhəbinə və etidiyi bidətə uyğun şərh etməsidir.
4. Kimlərinsə səhvlərini və nöqsanlarını qabartmaq:
Bu, baş vermiş hadisələrdə öz əksini tapır. Lakin hadisəni nəql edən rəvayətçi öz rəvayətini yalnız orada baş verən xətalar üzərində qurar və müsbət keyfiyyətləri gizlədər.
5. Tarixi hadisələri dəstəkləmək üçün şerlər uydurmaq:
Məsələn, onlardan kimsə şeir yazaraq onu möminlərin əmiri Əli İbn Əbu Talibə (Allah ondan razı olsun), yaxud möminlərin anası Aişəyə , yaxud Zubeyrə (Allah ondan razı olsun ) , yaxud da Təlhaya (Allah ondan razı olsun ) nisbət edərlər. Məqsəd isə hansısa səhabənin başqasına tənə etməsini uydurmaqdır. Necə ki, İbn Abbasın (Allah ondan razı olsun ) Aişə )Allah ondan razı olsun )haqda belə bir şeir deməsini uydurmuşlar:
Qatır mindin, dəvə mindin nə fərqi
İstəyirsən, fil də min, fitnə sal, qan tök!

6. Uydurma kitablar və məktublar yazmaq:
Osmanın (Allah ondan razı olsun) qətli bəhsində inşallah, bu haqda söhbət açacaq, Osmanın, Aişənin, Əlinin, Talhanın, Zubeyrin (Allah onların hamısından razı olsun) və başqalarının adlarından yazılan uydurma kitabları qeyd edəcəyik.
Həzrəti Əlinin (Allah ondan razı olsun) adından uydurulmuş məşhur “Nəhcul Bəlağə”, İbn Quteybənin adından uydurulmuş "Əl-İmamə vəs siyasət" adlı kitabları da uydurma kitablar siyahısında qeyd etmək olar. (Bunun üçün İbn Quteybənin (Allah ona rəhmət etsin!) Əhməd Səqr tərəfindən tədqiq edilmiş "Təvili Muşkilil Quran" adlı kitabının ön sözünə bax. səh 32.)
7. Oxşar adlardan sui istifadə etmək: Məsələn, İbn Cərir adlı iki alim vardır.
Birinci: Məhəmməd ibn Cərir ibn Yəzid Əbu Cəfər ət-Təbəri. O, əhli sünnənin mötəbər alimlərindəndir.
İkinci: Məhəmməd ibn Cərir ibn Rustum Əbu Cəfər ət-Təbəri. Bu isə əhli sünnə alimi deyil.
Əhli sünnədən olmayan İbn Cəririn kitablarını əhli sünnə alimi İbn Cəririn adından təqdim edirlər. Misal olaraq “Dəlail əl-İmamə əl-Vadihə və Nurul Mucizət” kitabını qeyd etmək olar. Adı çəkilən hər iki şəxs eyni ildə, hicrətin 310-cu ilində vəfat ediblər.

Həmçinin İbn Həcər adında iki alim mövcuddur:
Birinci: Əhməd ibn Əli ibn Həcər əl-Əsqəlani. Məşhur hədis alimi olub.
İkinci: Əhməd ibn Həcər əl-Heytəmi. O, güclü fiqh alimidir, amma hədis elmindən anlayışı yoxdur.
Bəzən Heytəminin səhih dediyi hədisləri əl-Əsqəlaninin adından təqdim edirlər.




Əhli-sünnə hədislərin və rəvayətlərin qəbulunda nə zamandan araşdırma aparmağa başlamışdır?

Bu araşdırmalar müdrik tabein (səhabələrin tələbəsi) Məhəmməd İbn Sirinin (Allah ona rəhmət etsin!) buyurduğu kimi fitnədən sonra başladı. O buyurur: "Müsəlmanlar hədisləri danışıb dinləyərkən isnad haqqında soruşmazdılar. Fitnə baş verdikdən sonra isə onlar: "Bizə kimdən eşitdiyinizi söyləyin!" – deyərdilər. Əgər adam Əhli Sünnəyə (1) mənsubdursa, hədisi qəbul edilər, bidət əhlindən isə hədis qəbul edilməzdi" .(2)

Əsas insanlar arasında etibar qazanmaqdır. İbn Sirin görkəmli tabeinlərdən biri olmuş, səhabələri görmüş, böyük və kiçik tabeinlərlə bir dövrdə yaşamışdır. Burada qəsd edilən fitnə səhabələri söyən və onların qanını halal görən xəvariclər (3) və qədərilər (4) kimi bidət əhlinin zühurudur.

------
(1) Əhli-sünnə termini özlərini Peyğəmbərin (s.a.v) və əshabələrinin yoluna nisbət edən və dini onlardan olduğu kimi götürənlərdir.
(2) Bax: Səhih Müslimin ön sözü, "əl-İsnad minəd din" fəsli. (İsnad dindəndir)
(3) Xəvariclər – Siffin döyüşündən sonra Əliyə (Allah ondan razı olsun!) qarşı üsyan edənlərdir. Əli (Allah ondan razı olsun!) onlara qarşı Nəhravan adlı yerdə döyüşmüşdür.
(4) Qədərilər – Allahın insanların qədərini əvvəlcədən yazmadığını iddia edərək ötüb keçmiş qədəri inkar edir və hadisələrin baş verdikdən sonra qədərə aid edildiyini iddia edirlər.


Tarix: 04.05.2013 / 11:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar