beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı- Peyğəmbərlik və Dəvət

Peyğəmbərlik və Dəvət
Peyğəmbərliyin başlanğıcı və Səadətin müjdələri

Daha əvvəl keçdiyi kimi Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) ilə qövmü arasındakı fikri və əməli ayrılıq getdikcə genişlənir və dərinləşirdi. Qövmünün içində olduğu fəsad və pisliklər onu daha çox kədərləndirir və qorxudurdu. Tənhalığa üstünlük verir, bununla bərabər qövmünü həlakdan qurtara bilməyin yolu üzərində də düşünürdü.

Yaşı artdıqca tənhalığa daha çox üstünlük verməyə, qövmünün aqibəti haqqında hiss etdiyi narahatlıq daha çox artmağa başladı. Hira mağarasında bir guşəyə çəkilib İbrahimin (Əleyhissalam) dinindən bildiyi qədər Allaha ibadət edirdi. İldə bir dəfə Ramazan ayı boyunca burada (xəlvətə) bir guşəyə çəkilir, bu ayın sonunda da Məkkəyə yönəlir, Kəbəni təvaf edib evinə gedərdi. Üç il boyunca bu belə davam etdi. O vaxt ki, qırx yaşına çatdı – Bu kamillik və ümumilikdə peyğəmbərlərin bisət yaşıdır – artıq ona, peyğəmbərlik işarətləri və səadət müjdələri görünməyə, zühur etməyə başladı. Saleh yuxular görür və o yuxular eynilə gerçəkləşirdi. Artıq qeybdən bir sıra nidalar eşitməyə başlamışdı. (Bu barədə) Belə buyurmuşdur : «Peyğəmbər olaraq göndərilmədən əvvəl Məkkədə mənə salam verən daşı bilirəm.»


Tarix: 03.05.2013 / 18:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar