beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-Müşriklərin Allahın əzabını istəməkdə tələskənlikləri

Müşriklərin Allahın əzabını istəməkdə tələskənlikləri

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) müşrikləri, şirklərindən qayıdıb ona tabe olmadıqları müddətcə Allahın əzabına gəlməklə qorxudurdu. İstehza və qürur məqsədiylə bu əzabın hələ gəlməməyi müşrikləri cəsarətləndirirdi. Əzab vədlərinin onları qorxutmayacağını, onsuz da belə bir əzabın da əsla gercəkləşməyəcəyini iddia etməyə başladılar. Onların bu mövqeləri üzərinə Allah bu məsələylə əlaqəli bir çox kərim ayə nazil etdi. Bəziləri belədir :

«Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!» (Həcc / 47)

«Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.» (Ənkəbut / 54)

«Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi? Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxalamayacağınımı düşünürlər? Axı onlar Allahdan yaxa qurtara bilməyəcəklər. Yaxud vahimə içində olduqları halda Allahın onları yaxalamayacağınımı düşünürlər? Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.» (Nəhl / 45-47)

Müşriklər inad və zorakılıqlarından dolayı, Allahın elçisindən möcüzələr və fövqəladə şeylər gətirməyini istəyirdilər. Allah, kərim ayələr nazil edərək bu məsələdəki adətini (sünnəsini) bəyan edərək, onların bu barədəki hüccətlərini kəsmişdir. Bu mövzu üzərində qarşıdakı bölümlərdə təkrar dayanacağıq, inşəallah!

Müşriklər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə mübarizələrində bütün bu yolları sırayla və ya hamısı birdən sınamışdılar. Şiddət, yumşaqlıq, bərabərlik, mübahisə, tərğib,(sevdirmə) tərhib (qorxudma) kimi mübarizə üsullarının birindən digərinə keçirlər, bəzən qorxutma, bəzən də sevdirmə yolunu sınayırdılar. Qərarsızlıq içindəydilər. İrəliləyirdilər, geri çəkilirdilər. Bir məqsədləri vardı, şirkin mühafizəsi və İslam dəvətinin qarşısının alınmağı. Ancaq, Allahın lütfüylə onların bütün səyləri boş çıxmış, müvəffəq olmamışdılar. Bundan sonra qarşılarında bircə variant vardı.Qılınc! Ancaq, qılınc ayrılığı daha da qızışdırıb, hər sahədə tənəzzülə yol açmaqdan başqa bir işə yaramazdı. Müşriklər nə edəcəklərinə çaşıb qalmış haldaydılar.

Əbu Talib isə, müşriklərin Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı öldürmək üçün ondan istəmələri və Əbu Cəhl, Ukbə bin Muayt, Ömər bin Xəttabın suiqəsd təşəbbüslərindən qureyşlilərin onu öldürməyə qərar verdiklərini başa düşdü. Haşim və Muttalib oğullarını toplayaraq onların müsəlman, kafir- hamısından Məhəmməd (Səllallahu Aleyhi və Səlləm)`i qorumalarını istədi. Onlar da Əbu Ləhəb istisna, onu qoruyacaqlarına dair Kəbədə söz verdilər. Əbu Ləhəb onlardan ayrılıb müşrik qureyşlilərin səflərinə qatıldı.


Tarix: 03.05.2013 / 18:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar