beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı- Xədicə Allahın rəhmətinə qovuşur

Xədicə Allahın rəhmətinə qovuşur



Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Əbu Talibin vəfatıyla açılan yarası qurumadan möminlərin anası Xədicə vəfat etmişdir. Əbu Talibin vəfatından üç gün və ya iki ay sonra, peyğəmbərliyin 10-cu ili Ramazan ayında. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın sevgili həyat yoldaşı artıq yox idi. İslam dəvətində Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a xeyirli bir vəzir oldu. Risalətin təbliğində ona kömək etdi. Canı və malıyla onu dəstəklədi. Acı və işkəncələrə birlikdə sinə gərdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onun haqqında belə buyurmuşdur : İnsanlar məni inkar etdikdə, o mənə iman etdi. İnsanlar məni yalanlayarkən, o məni təsdiq etdi. Insanlar mənə maneə törədərkən, o məni malına ortaq etdi. Allah başqasının deyil, onun uşağıyla məni ruziləndirmişdir.

Fəzilətləri haqqında bir çox rəvayətdən birinə görə, Cəbrayıl, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a gələrək belə demişdir : "Ey Allahın elçisi! Bu gələn Xədicədir. Yanındakı qabda yemək və içmək var. O gələndə ona Rəbbinin salamını oxu və ona, cənnətdə onun üçün hazırlanmış, içində nə bir səs-küyün, nə də yorğunluğun olmadığı köşk ilə müjdələ."

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onun əziz xatirəsini unutmamış, daima xatırlamışdır. Allahın Rəsulu onu hər dəfə xatırlayanda ciddi şəkildə kövrəlir, mərhəmət və sevgi hisləriylə dolardı. Qoyun kəsib Xədicə (radiyəllahu anhə)`nin dostlarına göndərərdi. Xədicənin bir çox hekayələri və fəzilətləri vardır.

Kədərlərin bir-birini izləməsi

Əmisi Əbu Talib və yoldaşı Xədicənin vəfatından sonra, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qövmündən daha şiddətli bəla çəkməyə başladı. Qureyşin əziyyətləri artıq Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a daha çox toxunur və baş verənlər onu son dərəcə kədərləndirirdi. Artıq, ən kiçik şey belə onu təsirləndirirdi. Bir gün küçədən keçərkən, xəbisin biri onun başına torpaq atmışdı. Peyğəmbərimiz (Səllallahu Aleyhi və Səlləm) o halda evinə gedərək qızlarından birinə başını təmizlətdirdi. Qızı onu bu halda görəndə içi sızlamış və ağlamışdı.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qızının ağlamasından təsirlənib :

"Ağlama balam", dedi. "Allah atanı qoruyacaq." O anda hamisi Əbu Talibi xatırladı : "Əbu Talib ölənə qədər Qureyş mənə çox toxuna bilmədi." dedi.


Tarix: 02.05.2013 / 21:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqlı melumatlar