beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qureyşin Darun-Nədvədə yığışaraq Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı öldürməyə qərar vermələr

Qureyşin Darun-Nədvədə yığışaraq Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı öldürməyə qərar vermələri

Müsəlmanların rahatlıq və hüzur içində yaşaya biləcəkləri bir yurd tapmaları Qureyşi yaxşıca əziyyətdən çıxardı. Müsəlmanların Mədinəyə hicrət edib orada yığışmalarını öz batil dinləri, rejimləri və ticarətləri üçün son dərəcə təhlükəli bir inkişaf olaraq dəyərləndirdilər. Müşriklər Peyğəmbərliyin 14-cü ili Səfər ayının 26-sında Çərşəmbə səhəri Darun-Nədvədə bir yığıncaq təşkil edərək özlərini gözləyən bu təhlükələrdən qurtulma planını müzakirə etdilər. Allahın elçisi hələ də onların arasında, Məkkədə yaşayırdı. Müşriklər bir gün onun əllərindən qaçıb getməyindən qorxurdular. Darun-Nədvə (Qureyşin idarə yeri)`də təşkil edilən bu yığıncaqda Qureyşin bütün fəalları iştirak etdiyi kimi, İblis də Nəcd əhlindən bir şəxs surətində gələrək icazə istəmiş və bu əhəmiyyətli yığıncaqda iştirak etmişdir.

Mövzu müzakirəyə qoyulanda Əbul-Əsvəd bunu təklif edir :

"Məhəmmədi yurdumuzdan çıxaraq. Beləcə işlərimizi düzəldərik. Hara getdiyi ilə də maraqlanmarıq."

Bunun üzərinə Nəcdli bir qoca cildindəki İblis belə dedi :

Xeyr, Vallahi bu rəy sizə fayda verməz. Onun sözünün gözəlliyini, nitqinin şirinliyini və gətirdiyi din ilə insanların könüllərini qazandığını görmürsünüzmü? Vallahi, əgər bunu etsəniz, onun ərəblərdən bir oymağın arxasına girib onları özünə tabe etməyindən, sonra onlarla sizin üzərinizə yeriyib ölkənizə döyüş elan etməyindən və işlərinizi əlinizdən almağından, sonra sizə etmək istədiyindən əmin olmazsınız. Onun haqqında bundan başqa bir rəy gətirin.

Sonra, Əbul-Bəhtar belə dedi :

Onu dəmirdən bir otağa həbs edib, qapısını üstünə kilidləyin. Beləcə özündən əvvəlki şairlərin başına gələn ölümün onun başına gəlməyini gözləyin. Bunun üzərinə Nəcdli qoca :

"Əgər onu həbs etsəniz, üstünə kilidlədiyiniz qapının arxasından xəbər Məhəmmədin dostlarına çatar, onlar da sizə hücum edib, onu əlinizdən çəkib alarlar. Sonra sizi məğlub edənə qədər döyüşərlər. Bu rəy sizə fayda verməz. Başqa bir şey fikirləşin." dedi.

Tağut Əbu Cəhl çıxış edərək :

"Vallahi, sizin hələ təkilf etmədiyiniz bir fikrim var. Hər qəbilədən güclü, soylu, aramızda şərəfli olan bir gənc alaq. Sonra o hər gəncə bir qılınc verərək Məhəmmədin yanına göndərək. Gənclər ona təkcə bir adamın vuruşu kimi yekdən vyryb öldürsünlər. Beləcə ondan son olaraq xilas olmuş olarıq. Qan davası da bütün qəbilələr arasında paylanmış olar. Abdul-Mənaf oğulları bütün qəbilələrlə döyüşə bilməyəcəyindən qanbahası almağa razı olacaqlar. Biz də qanbahasını onlara verərik." dedi. Bunun üzərinə Nəcdli şeyx :

Ən uyğun rəy bu adamın dediyidir. Mən də bu rəydən başqasını uyğun görmürəm. dedi. Qureyşli müşriklər buna qərar verərək dağılışdılar. Qərarı tətbiq etməkçün hazırlıqlara başladılar.

Qureyşin tələsi və Allahın onlara qarşı tələsi

Bu yığıncaq son dərəcə gizli bir mühitdə edilmiş və verilən qərarın ətrafa sızmamağı üçün bir çox tədbirlər görülmüşdü. Görünüşdə hər şey öz axarına görə gedirdi. Qureyşin gəldiyi bu qərar Allah (Cəllə Cəlaluhu)`a tələ qurmaq mənasına gəlirdi. Allah (Cəllə Cəlaluhu)`ın onları öz hazırladıqları tələyə düşürərək, heç başa düşmədikləri bir şəkildə cəzalarını verdi. Cəbrayıl enərək Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm)`na Qureyşin planlarını, hicrət icazəsini və çıxış vaxtını bildirdi. Qureyşin tələsinə bu şəkildə cavab verməyini öyrətdi.

"Əvvəlcə üstündə yatdığın yatağında bu gecə yatma."

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) insanların evlərinə istirahətə çəkildikləri günorta vaxtında Əbu Bəkrin evinə gedərək onunla hicrət hazırlıqlarını etdi. İki minik hazırladılar və Abdullah bin Ureyqıt əl-Leysi ödəniş qarşılığında rəbər olaraq kirayəyə götürdülər. Bu şəxs hələ Qureyş kafirlərinin dini üzərində olan bir müşrik idi. Ancaq son dərəcə mahir bir rəhbər idi və yolları çox yaxşı tanıyırdı. Onunla üç gecədən sonra Sevr mağarası qarşısında görüşmək barədə razılaşdılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha sonra adi gündəlik işlərinə davam edərək, Qureyşi şübhələndirəcək bir hərəkət etmədi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) işa namazından dərhal sonra yatıb, gecənin qalan digər yarısında qalxaraq Məscidi-Haramda gecə namazı qılmağı adət etmişdi. O, gecə öz yatağına Əli (radiyəllahu anhu)`ni yatıraraq, müşriklərin ona zərər verməyəcəklərini bildirdi. Gecənin qaranlığı çökəndə suiqəsdçilər gizlicə gəlib Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın evini dövrəyə aldılar. Əli (radiyəllahu anhu) Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in yaşıl yorğanına bürünərək onun yerində yatırdı. Müşriklər yataqda yatanın Məhəmməd olduğunu zənn edib sevindilər. Oyanıb çölə çıxar-çıxmaz onu öldürməkçün güdməyə başladılar. Allahu Təala onların tələlərinə bu cavabı vermişdir :

«Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.» (Ənfal / 30)


Tarix: 02.05.2013 / 21:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqlı melumatlar