beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALQI-SATQI FƏSLİ ( X )

QƏSBKARLIQ

Mal-dövlətini müdafiə edərkən öldürülən şəhiddir:

Torpağı qəsb etmək:

Şəriklərdən birinin haqqının qaytarılması (ƏŞ-ŞUFƏƏ)

Qonşuların müştərək haqqı olan şey, birinin razılığı olmadan satılarsa, xəbərsiz tərəf sərbəst qərar verməyə daha haqlıdır:

VƏKALƏT

QƏSBKARLIQ
Tərifi:
Qəsb etmək, haqsız yerə başqasının haqqını götürməkdir.
Hökmü:
Bu əməl zülmdür. Zülm isə qiyamət günü zülmətdir.
Uca Allah buyurur: «(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar; Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur)»[1].
Digər bir ayədə isə buyurur: «Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin...»[2].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vida xütbəsində demişdir: «Bu ayınızda və məkanınızda bu gününüz necə haramdırsa, bir-birinizin qanına, malına və namusuna təcavüz etmək də elə haramdır»[3].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Zinakar zina etdiyi zaman mömin deyildir, (sərxoşedici) şərab içən onu içdiyi zaman mömin deyildir, oğurluq edən onu etdiyi vaxt mömin deyildir, insanların gözü qarşısında kiminsə malını qəsb edən mömin deyildir»[4].
Qəsb edilmiş şeydən faydalanmağın haramlığı:
Qəsbkar insanın, qəsb etdiyi şeydən faydalanması haramdır. Onun, qəsb etdiyini öz sahibinə qaytarması vacibdir.
Abdullah ibn əs-Saib ibn Yezid atasından o da babasından rəvayət edir ki, o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişdir: «Biriniz zarafat və ya ciddi olaraq qardaşının əşyasını götürməsin. Hətta kim qardaşının əsasını (əl ağacını) götürübsə onu geri qaytarsın»[5].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim qardaşının namusuna və ya hansısa haqqına təcavüz edibsə elə bu gün, dinar və dirhəmin fayda vermədiyi gün yetişməmiş – ondan halallıq alsın. Əgər onun savab işləri olarsa, qiyamət günü etdiyi zülmün miqdarında onun savabından götürüləcəkdir. Yox əgər onun savab işləri olmazsa onda zülm etdiyi insanın günahlarından götürülüb ona veriləcəkdir»[6].

Mal-dövlətini müdafiə edərkən öldürülən şəhiddir:
Kimsə insanı öldürmək və ya onun malını qəsb etmək istəyərsə, o, öz canını və malını müdafiə edə bilər.
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, bir kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: «Ey Allahın elçisi, əgər bir nəfər mənim malımı əlimdən almaq istəsə nə edim? O dedi: «Malını ona vermə!» Kişi dedi: Birdən müqavimət göstərərsə? O dedi: «Sən də ona müqavimət göstər». Kişi dedi: Əgər o məni öldürsə? O dedi: «Belə halda sən şəhid olarsan». Kişi dedi: Əgər birdən mən onu öldürsəm? O dedi: «O, cəhənnəmlik olar»[7].

Torpağı qəsb etmək:
Səid ibn Zeyd (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Kim başqasının torpağına (hər hansı yolla) təcavüz edərsə, onun boynuna yeddi qat yer kimi halqa taxılar (və o bu yükü daşımaqda aciz olduğu üçün bununla əzab çəkər)»[8].
Səlim atasından (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim haqsız yerə başqasının torpağının bir hissəsini götürərsə, qiyamət günü yeddi qat yerin altına atılar (və o bu yükü daşımaqda aciz olduğu üçün əzab çəkər)»[9].
Kim qəsb etdiyi torpaqda ağac əkər, yaxud tikinti tikərsə əkdiyi ağacları çıxarması və tikdiyini yıxması əmr olunar[10].
Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Haqsız yerə torpağa sahib çıxanın (həmin torpaqda) heç nədə haqqı yoxdur»[11].
Əgər qəsbkar torpağı əkibsə, onda torpağın əsl sahibi onun əkinə sərf etdiyi xərci ödəyir, məhsul isə ona qalır.
Rafi ibn Xədic (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim başqasının torpağında icazəsiz əkin əkərsə, çəkdiyi xərcdən başqa, əkindən ona heç nə düşmür»[12].

Şəriklərdən birinin haqqının qaytarılması
(ƏŞ-ŞUFƏƏ)
Tərifi:
Ərəb dilində “əş-Şufəə” sözü qoşa, cüt mənasını verir.
Şərii mənada isə, şəriklərdən birinin payının başqa adamın səlahiyyətinə keçməsindən sonra, onun özünə qaytarılmasıdır[13].

Hansı hallarda şəriklərdən birinin haqqının qaytarılması baş verə bilər?
Cabir ibn Abdullah (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bölünməyən hər bir şeydə ikinci şərikin payının qaytarılmasına hökm verirdi. Pay bölünüb, yollar ayrıldıqdan (hər kəsin payı təyin edildikdən) sonra pay qaytarmaq yoxdur»[14].
Kimin bir torpaqda, hasarda, evdə və ya hər hansı yerdə şəriki varsa şərikindən icazə almamış onu satmasın. Əgər şərikinə deməmiş satarsa, satılan şeyin qərarı şərikdən asılıdır.
Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kimin (şərikli) xurma ağacı və ya torpağı varsa şərikindən icazə almamış onu satmasın»[15].
Əbu Rafi (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Şərik ortaq olduğu mala (ondan xəbərsiz aparılan alqı-satqını ləğv etməyə) daha haqlıdır»[16].

Qonşuların müştərək haqqı olan şey, birinin razılığı olmadan satılarsa, xəbərsiz tərəf sərbəst qərar verməyə daha haqlıdır:
Əgər iki qonşunun müştərək yolu, suyu və ya başqa şeyi olarsa onların hər birinin alqı-satqını pozmağa haqqı vardır. Belə ki, biri digərindən icazə almamış müştərək şeyi sata bilməz. Əgər biri digərindən xəbərsiz nəyisə satarsa, digəri ona daha haqlıdır.
Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qonşu qonşusunun satdığı müştərək şeyin geri qaytarılmasını tələb etməyə daha haqlıdır. Əgər onların (istifadə etdikləri) yol müştərəkdirsə, digər qonşu olmasa da onu gözləmək lazımdır»[17].
Əbu Rafi (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qonşu ortaq olduğu mala (ondan xəbərsiz aparılan alqı-satqını ləğv etməyə) daha haqlıdır»[18].

VƏKALƏT
Tərifi: Ərəb dilində vəkalət sözü tapşırmaq və qorumaq mənalarını daşıyır.
Şərii mənada, bir insanın işlərinin icrasını başqasına tam və ya qismən tapşırmasıdır.

Bu əməlin icazəli olması:
Bu əməl Quran, sünnə və İslam ümməti alimlərinin yekdil rəyinə əsasən icazəlidir:
Uca Allah buyurur: «(Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “(Mağarada) nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” – deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin!»[19]
Əbu Rafi (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məymunə ilə qeyri ehramda olarkən evlənmiş və qeyri ehramda olarkən yaxınlıq etmişdi. Onların arasında elçilik edən isə mən idim[20]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) borcları qaytarmağı[21], cəzaları tətbiq etməyi[22] və digər işlərin icrasını başqalarına tapşırardı.
Bütün müsəlmanlar vəkalətin icazəli olmasını, hətta müstəhəb olmasını yekdilliklə vurğulamışlar. Çünki bu, yaxşı işlərdə əlbir olmaqdır. Çünki hər insan təkbaşına öz işlərinin öhdəsindən gələ bilmir deyə, onun yerinə bu işləri icra edəbiləcək insana vəkalət verməyə ehtiyacı vardır.

Hansı işlərin icrasına vəkalət vermək olar:
İnsanın özünün icra edə bilməsi icazəli olan hər bir işə vəkalət verməsi, yaxud vəkalət istəməsi icazəlidir.

Vəkil etibarlı olmalıdır:
Vəkil, məsuliyyətinə götürdüyünə qarşı etibarlı olmalıdır. O etibarlı olduğu müddətdə, buna zamin deyildir. Əgər qəsdi-qərəzlilik edərsə o zaman zamin olar.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Əmanət saxlayan, əmanətə görə zəmanət daşımır»[23].

***


[1] İbrahim: 42-43.
[2] əl-Bəqərə: 188.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2068.
[4] Buxari və Müslim. Səhih əl-Cami əs-Səğir: ? 7707.
[5] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: ? 7578. Əbu Davud: 13/ 346/ ? 4982. Rəvayətin mətni onundur. Tirmizi: 3/ 313/ ? 2249. Onun rəvayətində belə deyilir: «Biriniz qardaşının əsasını götürməsin».
[6] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6511. Buxari: 5/ 101/ ? 2449. Tirmizi: 4/ 36/ ? 2534. Oxşar məna ilə rəvayət etmişdir.
[7] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 1086. Müslim: 1/ 124/ ? 140. Nəsai: 7/ 114.
[8] Buxari: 5/ 103/ ? 2452. Müslim: 3/ 1230/ ? 1610.
[9] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6385. Buxari: 5/ 103/ ? 2454.
[10] Təbii ki, bu torpağın həqiqi sahibinin istəyindən asılıdır. (tər.)
[11] Hədis səhihdir. Səhih Sünən Tirmizi: ? 1113. Tirmizi: 2/ 419/ ? 1394. Beyhəqi: 6/ 142.
[12] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6272. Tirmizi: 2/ 410/ ? 1378. İbn Macə: 2/ 824/ ? 2466.
[13] Yəni, şərti olaraq deyək ki, iki nəfərin bölünməmiş ortaq torpağı vardır. Ortaqlardan biri digərindən xəbərsiz həmin torpağın bir hissəsini kiməsə min manata satır. Alqı-satqıdan xəbərsiz olan adam bu işdən agah olanda alqı-satqını pozmaq qərarına gəlir. Beləliklə birinci ortağın etdiyi alqı-satqı ləğv edilir və müştərinin pulu geri qaytarılır. Əgər müştəri torpağı alandan sonra əlavə xərc çəkibsə çəkdiyi xərci götürmək onun haqqıdır. (tər.)
[14] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2028. Buxari: 4/ 436/ ? 2257. Rəvayətin bu mətni onundur. Əbu Davud: 9/ 425/ ? 3497. İbn Macə: 2/ 835/ ? 2499. Tirmizi: 2/ 413/ ? 1382. Onun rəvayətində ilk cümlə qeyd olunmur.
[15] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2021. İbn Macə: 2/ 833/ ? 2492. Nəsai: 7/ 319.
[16] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2027. İbn Macə: 2/ 834/ ? 2498.
[17] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2023. Əbu Davud: 9/ 429/ ? 3501. Tirmizi: 2/ 412/ ? 1381. İbn Macə: 2/ 833/ ? 2494.
[18] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2027. İbn Macə: 2/ 834/ ? 2498.
[19] əl-Kəhf: 19.
[20] Hədisin sənədi səhihdir. əl-İrva: 6/ 252. Darəmi: 2/ 38. Əhməd: 6/ 392-393.
[21]"Borcu gözəl şəkildə qaytarmaq" adlı bölümdə, Əbu Hureyrənin hədisinə baxa bilərik. Hədisdə deyilir:
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, bir kişinin Peyğəmbərdə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) borc dəvəsi var idi. Kişi gəlib öz dəvəsini istəyirdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun dəvəsini qaytarmağı tapşırdı. Onlar kişinin dəvəsi ilə eyni yaşda olan dəvə axtardılar, tapa bilmədilər. Dəvlərin hamısı böyük idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Verin getsin». Kişi dedi: Sən mənim borcumu artıqlaması ilə qaytardın, Allah da səni qorusun. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Sizin ən xeyirliniz, borcunu qaytararkən gözəl şəkildə qaytaranınızdır»[21].
[22] Məsələn, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Ey Uneys, bu kişinin arvadının yanına get, əgər etiraf etsə onu daşqalaq et». Bu hədis, "Cəzalar" (əl-Hudud) fəslində qeyd olunacaqdır.
[23] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: ? 7518.


Tarix: 01.05.2013 / 16:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 415 Bölmə: Maraqlı melumatlar