beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təharət -İkinci Fəsil (Qablar)

1.Huzeyfə ibn Yəməndən rəvayət olunur ki, Allahln elçisi (sv) buyurmuşdur:
"Qızıl və gümüş qablardan içməyin və bu kimi qablardan da yeməyin.Çünki bunlar bu dünyada onlarındır, axirətdə isə sizin üçündür.
(Hədisi Bauxari və Müslim rəvayət etmişdir)

2.Ümm Sələmədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
"Gümüş qabdan içən kəsin qarnından Cəhənnəm odunun səsi gələr"
(Hədisi Bauxari və Müslim rəvayət etmişdir)

3.İbn Abbasdan rəvayət olunur ki, Alahın elçisi (sav) buyurmuşdur:
"Əgər dəri aşılanarsa, ondan təmiz olar.
(Hədisi Müslim rəvayət etmişdir).
Əbu Davud , Trimizi , Nəsai və İbn Macənin rəvayəində: "İstənilən dəri aşılanarsa, təmiz olar"-deyilir.

4.Sələmə ibn Mühəbbiqdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
"Ölmüş heyvan dərilərinin aşılanması onların təmizliyidir"
(İbn Macə rəvayət etmişdir)

5.Meynunədən rəvayət olunur ki, Peyğəmbər (sav) qoyunu yerlə sürütləyən bir dəstə camaatın yanından keçərkən dedi"Onun dərisni götürdünüzmü?" Onlar cavab verdilər:"O murdardır".O da dedi:"Su və akasiya yarpağı onu təmizləyir"
(Hədisi Əbu Davud nə Nəsai rəvayət emişdir)

6.Əbu S`laba əl-Xuşanidən rəvayət olunur ki, bir səfə soruşdum:"Ey Allahın elçisi! Biz əhli kitab xalqının torpağında yaşayırıq.Onların qablarından yeyə bilərikmi?
O dedi:"Onlardan yeməyin, başqalarını tapmadığınız halda onları yuyun , sonra yeyin."
(Hədisi Bauxari və Müslim rəvayət etmişdir)

7.İmran bin Husayindən rəvayət olunur ki, Peyğəmbər və onun əshabələri müşrik qadının tuluğundan (dəri qab) dəstamaz alıblar.
(Hədisi Bauxari və Müslim rəvayət etmişdir)

8. Ənəs bin Məlikdın rəvayət olunur ki, Peyğənbərin kəsası sınır və o sınıq yeri gümüş məftillə bağlayır.
(Hədisi Bauxari rəvayət etmişdir)


Tarix: 26.04.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar