beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURAN MƏXLUQ DEYİLDİR, ALLAHIN KƏLAMIDIR!!!

Quran hərfləri və mənaları etibarı ilə Allahın kəlamıdır. Allah Qurani – Kərimi söz ilə söyləmiş, Cəbrail – əleyhissəlam – onu Allahdan eşitmiş və onu vəhy yolu ilə Peyğəmbəri – sallallahu aleyhi və səlləm – ə endirmiş, möminlər də ona iman gətirmişlər. Qurani-Kərim nə qədər əllərlə yazılır yazılsın, dillərlə oxunursa oxunsun, qəlblərdə əzbərlənirsə əzbərlənsin, qulaqlarda dinlənilirsə dinlənilsin, gözlər onu görsə də bu hallar onu Rahmən olan Allahın kəlamı olmasından çıxarmaz.

. Əllər, mürəkkəb, qələmlər, vərəqlər yaradılmışdır, lakin yazdıqları Quran məxluq deyildir. Dillər, səslər yaradılmışdır, lakin oxuduqları Quran məxluq deyildir. Qəlblər, hafizələr yaradılmışdır, lakin əzbərlənən, hafizələrdə olan Quran məxluq deyildir. Eşidən qulaqlar yaradılmışdır, lakin bu qulaqların duyduqları Quran məxluq deyildir. «Çox qiymətli Qurandır. O, (Allah dərgahında) qorunub-saxlanılan bir kitabdır». (əl-Vaqiə 77-78). «Xeyr, bu Quran elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir». (əl-Ənkəbut 49). «Onun sözlərini heç kəs dəyişdirə bilməz». (əl-Kəhf 27). «Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin». (ət-Tövbə 6). «Bu yalnız bəşər sözüdür. Bu onu (Cəhənnəmin təbəqələrindən biri olan) Sədəqə atacağıq». (əl-Muddəssir 25-26).
Allah – subhanəhu və təalə – Qurana bəşər sözüdür deyənləri Cəhənnəm əzabı ilə qorxutmuşdur. Möminlər, Quranın bəşər sözü kimi yaradılmamış olduğuna kəsinliklə iman edirlər. Onun sözü əlbəttə ki, insanların sözünə bənzəməz. Necə ki, Allahın zatı qulların zatlarına bənzəmədiyi kimi, sifətləri də qulların sifətlərinə bənzəməz. Məs: Bir kimsə Quran oxuyarkən ƏLHƏMDULİLLƏHİ RABBİL ALƏMİN – deyərsə, ondan eşidilən bu söz Allahın kəlamıdır. O, kimsənin sözü deyildir. Onu oxuyan şəxs isə Allahın səsi ilə deyil öz səsi ilə oxumuş olur. O, özü yaradılmış olduğu üçün, səsi də yaradılmışdır (məxluqdur).
Quran və ya Quranın bir hissəsi məxluqdur deyən bir kimsə, insanı İslamdan bütünlüklə çıxardan ən böyük küfr etməklə kafir olur. Çünki Quran Allahın kəlamıdır, ondan gəlmiş və ona da dönəcəkdir. «Siz kitabın bir hissəsinə inanır, digər hissəsini isə inkar edirsiniz». (əl-Bəqərə 85).
Allah istədiyi təqdirdə, istədiyi zaman, istədiyi şəkildə, istədiyi kimsələrlə onların başa düşdükləri şəkildə bir kəlam ilə danışır. «Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o, qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl onlar tükənərdi». (əl-Kəhf 109).
«Əgər yerdə hər bir ağac qələm olsaydı və dəryalar mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən Allah yenilməz qüvvət və hikmət sahibidir». (Loğman 27). «Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur». (əl-Ənam 115).
Bəzi İslam alimlərinin Quran haqqında sözləri.
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «Allah öz kəlamı ilə danışır. Kəlam onun əzəli sifətidir». «Quran məxluq deyildir». İbn Abdul Bər Abdullah b. Nafin rəvayət edir: «Məlik b. Ənəs – rahmətullahi aleyhi – deyirdi ki: «Kim Quran yaradılmışdır desə döyülür, tövbə edənə qədər həbs edilməlidir». Laləkai, Rəbi b. Süleymandan rəvayət edir ki, Şafi deyir: «Kim Quran yaradılmışdır deyərsə kafirdir». Laləkai, Məlik b. əl-Attardan rəvayət edir ki, Əhməd b. Hənbəl deyir: «Quran Allah kəlamıdır, məxluq deyildir. Allahın kəlamı ondandır və Ondan olan heç bir şey məxluq deyildir». Amr b. Dinar – rahmətullahi aleyhi – deyir: «Yetmiş ildən bəri yaşadığım insanlardan yalnız bunu eşidərdim: «Allah yaradandır, Ondan başqa hər şey yaradılmışdır. Bundan yalnız Quran xaricdir. Çünki Quran Allahın kəlamı olub yaradılmamışdır. Ondan başlamış və Ona da dönəcəkdir».
«O, Quran ondan başlamış və ona da dönəcəkdir» sözlərinə gəlincə, buradakı gəliş əl-Bəd – başlamaqdan törənmişdir. Ondan başlamışdır sözünün mənası isə onu ilk dəfə kəlam olaraq söyləyən Allahdır. Yəni onunla ilk və başlanğıc olaraq danışan Odur. «Ona dönəcəkdir» sözünün mənası isə: «Quranla danışmaq sifəti Allaha dönər. Çünki Quranla danışan Allahdır. Danışmaq da danışanın bir sifətidir» deməkdir. Sonda isə müshaflardan, hafizələrdən qaldırılacağı vaxt – axı r zamanda ona dönəcəkdir. Xuzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də sədəqənin nə olduğunu bilməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə iləhə illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik».

KİTABLARA İMANIN FAYDALARI

1. Bu kitabların həqiqətən Allahdan endirilmiş olduqlarına iman etmək.
2. Adlarını bildiklərimiz kitablara adla iman etmək, adlarını bilmədiyimiz kitablara da icma ilə iman etmək.
3. Bu kitabların səhih olan xəbərlərini təsdiq etmək. Quranın xəbərlərini və əvvəlki kitabların dəyişdirilməyən və ya təhrif edilməyən xəbərlərini qəbul etmək.
4. Nəsx olunmamış hökmləriylə əməl edib, hikmətini istər qavramış olsun, istər qavra-
mamış olsun bunlara təslimiyyət göstərmək.
5. Hər bir qövmə onları hidayətə yönəltmək üçün kitab endirmiş olduğu üçün Allahın
nemətini bilmək.
6. Allahın şəriətindəki hikmətləri bilmək. Çünki Allah hər bir qövmə onların durum-
larına uyğun şəriətlər göndərmişdir.
7. Buna görə Allahın bu nemətinə şükr etmək.


Tarix: 18.04.2013 / 14:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar