beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kərimin isbat və inkar etdiyi Şəfaət (II hissə)

Sual: Quranda məqbul sayılan (qəbul olunan) şəfaət hansıdır?
Cavab: Şəksiz məqbul sayılan şəfaət Tövhid və Ixlas əhlinə məxsusdur. O, kafirlərə və başqa müşriklərə aid ola bilməz. Bəndə Allahdan riza diləyir və sonra şəfaət üçün icazə istəyir. Başqası üçün şəfaət istəyən şəxs buna yalnız Allaha sübhanəhunun icazəsini diləyəndən sonra başlaya bilər. «Tövhid» kitabında deyilir: «Əbu Abbas demişdir: Peyğəmbər (S.ə.v.) deyir ki, o şəfaətdən öz Rəbbinə əvvəlcə səcdə və həmd edir. Ona deyilir ki, başını qaldır, o eşidir. Sözünü de, şəfaət et ki, şəfa tapasan. Əbu Hüreyrə demişdir: Sənin şəfaətinə layiq ən xoşbəxt adam kimdir,ey Allahın Rəsulu? O cavab verdi ki, «O kəs ki, sidq ürəkdən «la ilələ illəllah» deyir».

». Bu şəfaət Allahın izni ilə ixlas əhli üçün edilir. Allaha sübhanəhu ixlas əhlinə üstünlük verir və onları bağışlar. Ondan şəfaət etmək üçün izn verilən kəsin duası ilə kəramət göstərib layiq olduqları yeri onlara verər. Biz bunları müxtəsər şəkildə mərhum Əbu Abbasın sözlərindən sizə təqdim etdik. Müslimin Əbu Hüreyrə (Allah ondan razı olsun!) haqqında «Səhih» əsərində «Rəsulullahın (S.ə.v.): Hər bir peyğəmbərin qəbul edilən çağırışı (duası) vardır. Hər bir peyğəmbərin öz çağırışı vardır. Mən öz çağırışımı ümmətimə qiyamət günü şəfaət üçün saxladım. Inşallah ümmətimdən Allaha heç bir şərik qoşmayıb ölən üçün edilən şəfaət qəbuldur» dediyi rəvayət olunur. «Fəth əl-Məcid» əsərinin müəllifi Ibn əl-Qeyyimə istinadən (Allah onların hər ikisindən də razı olsun) yazır ki, Peyğəmbərin (S,ə.v.) şəfaətinin altı növü vardır. Biz sənə həmin kitaba əsaslanaraq onlar barədə məlumat verəcəyik:
Birinci: Ulul əzm peyğəmbərlərdən (Onlara Allahın salamı olsun) Məhəmməd peyğəmbərə (S,ə.v.) keçən böyük şəfaət.
Peyğəmbər (S.ə.v.) buyurmuşdur: «Mən onun üçünəm (onu yerinə yetirmək üçün)». Insanlar peyğəmbərlərdən Rəbbləri qarşısında şəfaətçi olmalarını dilədikləri zaman bu böyük şəfaət baş verir.
Bu şəfaət Peyğəmbərimizə xasdır və şirk etməyənlərə aiddir.
Ikinci: Peyğəmbərin (S.ə.v.) cənnət əhli üçün, onların cənnətə düşməsi üçün edəcəyi şəfaətdir. Əbu Hüreyrə özünün hamılıqla məqbul olan uzun hədisində bunu xatırlatmışdır.
Üçüncü: Peyğəmbərin öz ümmətindən asi olanlara və öz günahlarına görə Cəhənnəmə getməsi vacib olanlar üçün edəcəyi şəfaətdir.
Dördüncü: Günahlarına görə cəhənnəmə gedəcək tövhid əhlindən olan günahkarlar üçün ediləcək şəfaəti. Bu barədə Peyğəmbər (S,ə.v.) haqda səhih hədislər vardır. Səhabələr və Sünnə əhli hamısı onunla tamamilə razılaşıb, onu inkar edənləri küfrdə ittiham etmiş və yalançı adlandırmışlar.
Beşinci: Peyğəmbərin (S,ə.v.) Cənnət əhlindən olanların savabının çoxluğuna və yüksək dərəcələrinə görə Allahın hüzurunda şəfaəti. Bu şəfaətə heç bir şəkk yoxdur. Onların hamısı ixlas əhlinə məxsusdurlər və özlərinə Allahdan başqa heç bir övliya və şəfaət edən seçməmişlər. Allah-təala bu xüsusda buyurur ki: «Rəbbinin hüzuruna cəm edəcəklərindən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar pis əməllərindən çəkinsinlər» «əl-Ənam,51).
Altıncı: Peyğəmbərin (S.ə.v.) bəzi kafirlərin və odda yananların əzablarını yüngülləşdirmək üçün edəcəyi şəfaəti və bu, xüsusilə, Əbu Talibə aiddir.

Müşrikin «La iləhə illəllah» deməsindən ona heç bir faydası yoxdur

Sual: Müşriklərin «La iləhə illəllah» deməsinin faydası varmı?
Cavab: Müşriklərin «Lə ilələ illəllah» deməsi onları Islama daxil etmir, çünki onlar Allahla yanaşı başqa tanrıya və ya Allahdan başqa tanrıya dua edirlər və əgər belə etməkdə onların məqsədi Allaha yaxın olmaqdırsa, bu heç nəyi dəyişdirmir. Bu, Allah-təalaya deyil, başqasına edilən ibadətdir.
Bu barədə Allah-təala buyurur: «Onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik» (əz-Zumər, 3).
Müşriklər başqa tanrıları Allahla yanaşı və ya Allahı deyil, onları özlərinə ilahi etmiş, sonra hər bir məbuda ilahinin adını vermişlər. Alimlərdən bəziləri demişlər ki, Tanrı (ilah) varlıqlara hər bir məbudu nəzərdə tutan haqq və ya batil olaraq verilən addır. Sonradan bu ad haqq olaraq ibadət sahibinə, yəni məbuda verildi.
Kim ki, Allahla yanaşı başqasına və ya Allahdan qeyrisinə dua edir, tağuta (şeytana) inanır və Allaha küfr edir, və onun «Urvatul Vusqa» (islama möhkəm bağlılıq-tərc.) olan «La iləhə illəllah» deməsinin ona heç bir faydası yoxdur. «Urvatul Vusqa» həmçinin tağuta inanmamaq və Allaha iman deməkdir. Buna dəlil Allah-təalanın nazil etdiyi: «… hər kəs şeytanı (və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidən və biləndir» (əl-Bəqərə,256). Müşriklər Allahın yaranma, ruzi ölüm və dirilmə kimi sifətləri Rübubiyyət tövhidini etiraf etməklə, bütünlüklə onun təkiliyini də qəbul etmiş olurlar. Allah Sübhanəhu Qurani Kərimin bir çox ayələrində buna dəlillər gətirmişdir və onları ilahiyə şirk etdiklərinə görə Islama daxil etməmişdir. Bu, Peyğəmbərlə ümmətləri arasında münaqişə mövzusudur. Allah Üluhiyyə tövhidi naminə peyğəmbərləri göndərmiş və Qurani Kərimi nazil etmiş və onun yolunda cihadı buyurmuşdur.

aLLAhdan qeyrisinə və ya Allahla yanaşı başqasından şəfaət diləmə, yaxud başqa ehtiyaclara görə dua edənlər və müşriklərin dediklərinə inananlar haqqında hökm

Sual: Allahın hüzurunda Allahdan qeyrisinə və ya Allah sübhanəhu ilə yanaşı başqa tanrıdan şəfaət diləmə, yaxud başqa ehtiyaclara görə dua etmənin və müşrikələrin dedikləri haram duanın xarakteri necədir?
Cavab: Allahdan başqa qeyrisinə dua etmək haramdır və ən böyük şirkdir. Bunu edən öldükdən sonra odda əbədi yanmalıdır. Buna dəlil aşağıda veriləcək misallarla aydınlaşacaqdır. Onlardan biri dua edənin dediyi: Ey Allahın rəsulu, mənim üçün Allahın hüzurunda şəfaət et!, yaxud o deyir: «Ya Əli, mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Hüseyn, mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Həsən, mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Əhməd əl-Bədəvi, mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Əhməd ibn Əlvan mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Əbdül qadir, mənə görə Allahın hüzurunda şəfaət et!» və ya: «Ya Zeynəb! Mənim üçün Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Fatimə, mənə görə Allahın hüzurunda şəfaət et!» - bu və digər misallar. Belə deyən, bu inamla ölərsə əbədi olaraq Cəhənnəmə gedəcəklər. Belə ki, o ən böyük şirk etmiş olur. Sənə məlum oldu ki, dua ibadətdir və müşriklər bunu qəbul edirlər. Allah təbarəkə və təala onlar haqda mübarək Quranın «əz-Zumər» surəsində belə buyurur: «Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik» (əz-Zumər,3). Doğrudan da Allahdan başqa tanrıya dua etmək ən böyük şirkdir və Allah onu bağışlamaz. Təala «ən-Nisa» surəsində bu xüsusda belə buyurmuşdur: «Allah Ona şərik qoşmağı əsla bağışlamaz, bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır» (ən-Nisa,116). Allah-təala həmçinin buyurur ki: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olur!» (ən-Nisa,48). «Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun sığınacağı Cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur» (əl-Maidə,72).

Sual: Allaha deyil, başqa tanrıya müraciət etməyin böyük şirk olduğuna nə dəlalət edir?
Cavab: Qurani Kərim buna dəlil və sübutdur. «Əl-Əhqaf» surəsində bu xüsusda Allah –təala buyurur ki: «Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?! Halbuki bu bütlər onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər. Insanlar məhşərə toplanacaqları zaman bu bütlər onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər!» (əl-Əhqaf,5,6).
«Əl-Həcc» surəsində Allah-təala buyurmuşdur: «O, Allahı buraxıb özünə nə xeyir, nə də zərər verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!» (əl-Həcc,12). «ƏL-Furqan» surəsində Allah Təala bu xüsusda buyuyrur ki: (Belə olduğu təqdirdə müşriklər) Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilən bütlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı Şeytana kömək edər» (Əl-Furqan,55).
Allah-təala öz peyğəmbəri Məhəmmədə (S,ə.v.) «Yunus» surəsində belə buyurur: «Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan» (Yunus,106). «Fatir» surəsində Təala buyurur ki: «Allah gecəni gündüzə, gündüzü gecəyə qatar. O, günəşi və ayı da (öz əmrilə sizin mənafeyinizə) tabe etmişdir. Onların hər biri (Öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm onundur. Sizin ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (Çünki Allah onlara danışıq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz» (Fatir,13,14).
Təala «əl-Əraf» surəsində buyurur ki: «Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılan bütlərimi Allaha şərik qoşarlar? Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə kömək edə bilər» (Əl-Əraf,191,192). «Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) haqlısınızsa, haydı, çağırın onları, sizə cavab versinlər» (əl-Əraf,194). «Sizin Allahdan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!» (əl-Əraf,197).

Möhtərəm oxucu! Göstərdiyimiz bu ayələrdən bildin ki, Allah sübhanəhu və təala öz bütün məxluqlarına, o cümlədən peyğəmbərlərə də Allahdan qeyrisinə, yaxud Allahla yanaşı başqasına müraciət etmək və şirkin bu kimi başqa növlərini qadağan etmişdir. O, həmçinin öz peyğəmbəri Məhəmmədə (S,ə.v.) də bunu qadağan etmişdir. Başqa ayələrdə əgər o, şirk edərsə, onu ciddi şəkildə xəbərdar edərək Cəhənnəmə atacağı ilə hədələmişdir. Bu, ümumiyyətlə, Allahın yanında yüksək mövqelərinə baxmayaraq, bütün peyğəmbərlərə aiddir. Təala «əl-Ənam» surəsində peyğəmbərlərdən bir neçəsini xatırladaraq buyurmuşdur ki: «Biz onların atalarından, nəsillərindən və qardaşlarından (bir qismini də) hidayətə çatdırdıq, onları seçdik və düz yola yönəltdik. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı» (əl-Ənam, 87-88). «Əz-Zumər» surəsində Təala belə buyurmuşdur: «(Ya Məhəmməd!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: «Əgər (Allaha) şərik qoşsan, bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!» (əz-Zumər,65).

Hörmətli oxucu! Sənə aydın oldu ki, Allahdan qeyrisinə şəfaət, yaxud başqa ehtiyaca görə dua etmə ən böyük şirkdir. Belə işlər puça çıxacaq və bunu edənlər Cəhənnəmə gedəcəklər. Allah sübhanəhu və təala «Loğman» surəsində buna dəlil olaraq belə buyurur: «Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!» (Loğman,13).

Allah sübhanəhu ilə yanaşı qeyrisinə müraciət:

Sual: Allah sübhanəhu ilə yanaşı qeyrisinə hər hansı bir ehtiyaca görə dua etmənin hökmü nədir?
Cavab: Allahla yanaşı qeyrisinə dua etmə haramdır və bu ən böyük şirkdir. Belə edənlər öləndən sonra Cəhənnəmə gedəcəklər. Müşriklərin iddialarına dair bəzi misallardan bu fikir sübuta yetəcəkdir. Onlardan: Dua edənin «Ya Allah! Və Ya Əbdül Qadir əl-Ceyləni» və ya «Ya Allah və Əhməd əl-Bədəvi» və ya «Ya Allah və Ya Əhməd bin Əlvan!» və ya «Ya Allah və Ya Zeynəb» və ya «Ya Allah və ya Fatimə!» və ya «Ya Allah və Ya Uzza!» və ya «Ya Allah və Ya Mənat!» və ya «Ya Allah və Ya əl-Lat!» və ya «Ya Allah və Ya Şəms! (günəş)» və ya «Ya Allah və Ya Qəmər və Ya Allah və Ya Şəcər! (ağac) və ya «Ya Allah və ya Ya Hacər (daş)» və ya «Ya Allah və Kəbə» və s… Əgər insan bu sözlərdən hər hansı birini deyib ölərsə, o, Cəhənnəmə gedəcəkdir. Belə ki, bu ən böyük şirkdir. Allah-təala «ən-Nisa» surəsində buna dəlil olaraq belə buyurmuşdur: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük bir günah etmiş olur» (ən-Nisa,48). Həmin surədə «Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yolda) çox azmışdır» (ən-Nisa,116). «əl-Maidə» surəsində Allah-təala belə buyurmuşdur: «Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir! Zalimlərin heç bir köməkçisi yoxdur» (əl-Maidə,72).

Sual: Allahla yanaşı qeyrisinə müracəitin böyük şirk olmasına dəlil nədir?
Cavab: Ona Qurani-kərimdə çoxlu ayələr dəlalət edir. Onlardan «əş-Şüəra» surəsində Allah-təala belə buyurur: «Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!» (əş-Şüəra»,213). Allah-təala «əl-Qəsəs» surəsində buna dəlil olaraq belə buyurmuşdur: «Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Ondan başqa ibadətə layiq yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız!» (əl-Qəsəs,88). «Furqan» surəsində Allah-təala buna dəlil olaraq buyurur ki: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz. Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər» (əl-Furqan,68). «Isra» surəsində Allah-təala buyurur ki: «Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən» (əl-Isra,22). Həmin surədə Allah-təala buyurur ki: ««… Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan! (əl-Isra,39).
Allah-təala peyğəmbərlər ağasına Allahla yanaşı başqa bir tanrıya və ya Allahdan başqa bir tanrıya müraciəti – şirki haram etmişdir. Şirk etmiş olanlardan isə şiddətli məzəmmət edərək Cəhənnəmə atacağı ilə hədələmişdir. Belə ki, şirk, bildirdiyimiz kimi, çox böyük günahdır və Allah-təalaya itaətsizlikdir. Hər kəs ki, Allaha şirk qoşar, Qurani-kərimin «əl-Ənam» surəsində Allah-təalanın buyurduğu kimi, bütün işləri puça çıxar. Allah-təala peyğəmbərlərin bir neçəsini xatırladaraq buyurur ki: «Biz onların atalarından, nəsillərindən və qardaşlarından (bir qismini də) hidayətə çatdırdıq, onları seçdik və düz yola yönəltdik. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı» (əl-Ənam,88).
Allah təala öz peyğəmbərinə buyurmuşdur ki: «(Ya Məhəmməd!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: «Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!» (əz-Zumər,65).
Allah sübhanəhu və təala «əl Muminun» surəsində buyurur ki: «Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə- bunun üçün isə onun heç bir əsası yoxdur- (qiyamət günü) onun cəzasını Allah özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar» (əl-Muminun,117).
Hörmətli oxucu! Sənə aydın oldu ki, Allahla yanaşı başqa bir tanrıya dua etmək ən böyık şirkdir. Bunu edənin əməlləri puça çıxacaq, əbədi Cəhənnəmə məhkum ediləcəkdir. Belə adam ən pis dinsizdir, zalımdır. Allah-təala mübarək kitabında buyurmuşdur: «Doğrudanda, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)» (Loğman,13).


Tarix: 18.04.2013 / 14:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Maraqlı melumatlar