beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (CƏNAZƏNİN DAŞINMASI VƏ ONUN MÜŞAİYƏT EDİLMƏSİ)

ON BİRİNCİ: CƏNAZƏNİN DAŞINMASI VƏ ONUN MÜŞAİYƏT EDİLMƏSİ

1. Cənazəni daşımaq və onu müşaiyət etmək, vəfat etmiş müsəlmanın diri müsəlman üzərində haqqıdır.
2. Cənazə müşaiyət etməyin iki savab dərəcəsi var:
a) evdən namaz qılınan yerədək;
b) evindən dəfn edildiyi yerədək. Bu daha üstündür.
3. Cənazəni qadınlar yox, kişilər müşaiyət etməlidirlər. Qadınların cənazəni müşaiyət etməsini Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yasaq etmişdir.
4. Cənazəni şəriət qaydalarına uyğun müşaiyət etmək lazımdır. Qışqırıb ağlamaq, ətrafa ətir səpmək və s. bu kimi işlər şəriətə müxalifdir. Cənazəni müşaiyət edərkən sükut və fikirli olmaq daha məqbuldur.

5. Cənazəni daşıdıqda addımları sürətləndirmək lazımdır. Əlbəttə, qaçmaq olmaz.
6. Cənazənin qabağında, sağında və solunda və ən yaxşısı isə arxasında getmək olar. Ona yaxın olmaq lazımdır. Minikdə olan uzaq ola bilər, arxada getməlidir. Piyada getmək daha yaxşıdır.
7. Dəfndən sonra tərəddüd etmədən miniyə minmək olar.
8. Cənazəni müşaiyət edənlərin piyada olması daha məqbuldur. Bu dəfndə iştirak edənlərin sayını artırmağa imkan verir. Həm də bu şəriətə uyğundur.
Cənazənin xüsusi olaraq bu məqsədlə ayrılmış arabaya və ya avtomobilə qoyub, basdıranların özlərinin də maşına minərək onu müşaiyət etmələri şəriətə uyğun deyildir. Əlbəttə, ən zəruri hallarda buna yol vermək olar. Bu kafirlərin adətlərindən olub, insanları cənazəni basdırmaq və onu daşımaq işinin vermiş olduğu üstünlüklərdən məhrum edir. Belə ki, cənazəni piyada müşaiyət etmək bir tərəfdən onlara axirət gününü xatırladır, digər tərəfdən isə onu müşaiyət edənlərin və bununla əcr qazanmaq istəyənlərin sayını artırır.
9. Cənazə üçün ayağa durmazlar.
10. Cənazəni daşıyanın dəstəmaz alması müstəhəbdir, vacib deyildir.


Tarix: 17.04.2013 / 15:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar