beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (On doqquzuncu misal)

Bir hökmdar havası saf, suyu bol olan bir yerdə gözəl bir şəhər saldırır. Bu şəhərə su kanalları çəkdirir, ağaclar əkdirir. Əlaltılarına: «Şəhərdəki ən gözəl yerlər uğrunda qaçaraq yarışın. Tez çatanlara ən yaxşı yerlər veriləcəkdir. Geridə qalanları isə camaat köçərək şəhərə girəcək və onların mənzillərini götürüb orada yerləşəcəklər. Beləliklə, arxada qalanlar həsrət çəkənlərdən olacaqdır» – deyir.

Sonra hökmdar onlara yarış meydanı tikdirir. Meydanda uzun gölgəsi olan böyük bir ağac əkdirir. Ağacın altından isə arx çəkdirir. Bu ağacın üzərində hər növ meyvə və gözəl nəğməli quşlar olur. Hökmdar insanlara belə deyir: «Bu ağaca və onun kölgəsinə aldanmayın. Tezliklə bu ağac kökündən qopardılacaq, kölgəsi yox olacaq, meyvələri tükənəcək və quşları öləcəkdir. Lakin hökmdarın şəhərinə gəldikdə, ağacları, meyvələri əbədi, kölgələri uzun, nemətləri isə daimidir. O şəhərdə görülməyən, eşidilməyən, heç kəsin ağlına gəlməyən şeylər vardır». İnsanlar bu şəhərin adını eşidən kimi onu axtarmaq məqsədilə yola düşərlər. Bədənlərinə yorğunluq çökdüyü, susuzluq onları bürüdüyü zaman tezliklə kökündən kəsiləcəyi gözlənilən ağacın yanından ötdülər və onun altında əyləşib kölgəsi ilə kölgələnməyə, şirin meyvələrindən dadmağa və quşların gözəl nəğmələrini dinləməyə başladılar. Onlara: «Siz özünüzü qorumaq və yarışa görə atlarınıza təlim keçmək üçün onun altında yığışdınız. Atlara minmək üçün hazırlanın və hazır vəziyyətdə dayanın. Boru çalındığı zaman yarış üçün cıdır meydanına çatın» – deyildi. Onların əksəriyyəti bu çağırışa narazlıq edərək: «Biz bu cür gölgəlikləri, su bulaqlarını, yetişmiş meyvələri, belə bir rahatlığı necə qoyub gedə bilərik. Bu istidə, bu yorğunluqla və bu toz-torpaqda bağırsaqların parçalandığı susuz çöllərdə bu uzaq səfəri necə qət edib yarış meydanına atıla bilərik. Axı biz nəqdi necə uzaq müddətə təyin olunmuş bir nisyəyə sata bilərik. Gördüklərimizi qoyub görmədiklərimizə necə qaça bilərik. Əldəki nəqd bir şey birisi gün vəd olunan bir şeydən daha xeyirlidir. Gördüyünü götür, eşitdiyni burax, biz bu günün övladlarıyıq. Bu hal-hazırda olan yaşayışın nə zaman çatacağımızı bilmədiyimiz uzaq ölkədə olan yaşayış üçün niyə tərk edək» – dedilər. Hər min nəfərdən bir nəfər ayağa qalxaraq belə dedi: «And olsun Allaha ki, bizim bu dayandığımız yer kəsilməsi, meyvələrinin tükənməsi, quşlarının ölməsi yaxın olan ağacın tükənən kölgəsidir. Davamlı kölgə, əbədi xoşbəxt həyat uğrunda olan bir yarışı əldən buraxmarıq. Onu tərk edənlər yalnız acizlərin acizidir. Kölgəliyin altında istirahət edən bir yolçuya orada çadırını qurub isti və soyuğun əziyyətinə məruz qalmasından qorxaraq oranı özünə məskən etməsi yaraşmaz. Bunu ancaq ən səfeh insan edər. Elə isə yarışa tələsin, yarışa tələsin!»
Yarışa qatılanlar: «Ölümün hökmü dünyada keçərlidir. Bu dünya daim qərar tutulası bir diyar deyildir. Tədarükünüzü tez edin. Çünki ömrünüz də səfərlərdən bir səfərdir. Yarış atlarını qaçırdın və tələsin ki, onlar geri alınacaqlar. Axı onlar əmanətdir. Özünüz bu dünyada səfərdə ola-ola müvəqqəti kölgəliyin altında qərar tutmayın. Kim bu dünyada yaxşı yaşamaq istərsə, ümidini sonu olan bir yerə bağlamış olur. Həyatların ən yaxşısı bu dünyadan ayrıldıqdan sonra yarış əhlinin yurdundakı ən yaxşı diyardır»– deyib yarış meydanına atılarlar. Yoldaşlarının azlığından qorxmaz və niyyətlərin belində gedərlər. Gedərkən onları heç kəs qınamaz. Geridə qalanlar ağacın kölgəsində yatırlar. Allaha and olsun ki, çox keçmədən ağacın budaqları solmağa, yarpaqları tökülməyə meyvələri kəsilməyə, bulaqları çəkilməyə başlayır, sonra ağac kökündən kəsilir. Ağacın altında qalanlar isə səmum küləyinin istisindən çevrilirlər. Kölgəsində yaşadıqları həyatın arxada qalmasının həsrətini çəkirlər. Ağacı yandırılar, onun ətrafındakılar isə od tutub alışar. Atəş onun altında oturanları bürüyər, heç kəs də atəşdən qaça bilməz. Onlar: «Bizimlə birlikdə ağacın altında kölgələnib sonra isə çıxıb gedən atlılar hanı» – deyə fəryad edərlər. Onlara: «Başınızı qaldırın, onların yerini görərsiniz» – deyilir. Başlarını qaldırıb baxarkən uzaqdan onların hökmdarın şəhərindəki saraylarda olduqlarını, sarayın otaqlarında müxtəlif növ ləzzətlərdən həzz aldıqlarını gördükləri zaman onlarla birlikdə ola bilmədikləri üçün peşmançılıqları iki qat artır və elə bu zaman özləri ilə istədiklərinin arası kəsilir. Onlara: «Arxada qalanların cəzası budur» – deyilir. Bu barədə Allah-taala belə buyurur: «Biz [bunları haram buyurmaqla] onlara zülm etmədik. Onlar [günah işlər görməklə] özləri özlərinə zülm edirdilər. [Buna görə də Allah bir çox ne’mətləri onlara haram buyurdu]» (ən-Nəhl, 118).


Tarix: 15.04.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Maraqlı melumatlar