beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran və Sünnədə 7 rəqəminin sirri nədir?

Şübhəsiz ki, Quran möcüzədir və dil, qanunvericilik yönündən möcüzəvi xüsusiyyətinə dair çoxsaylı aspektləri var. Qurani Kərimin insanlara və cinlərə müraciət edərək Qurandakı surəyə bənzər bir surə gətirmək ilə əlaqədar meydan oxuması hələ də hökm sürür. Allah təala buyurur: “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr də ona bənzərini gətirə bilməzlər”. (əl-İsra 17:88)

İbn əl-Qeyyim 7 rəqəmi haqqında özünün “Zad əl-Məad fi Huda Xeyr əl-İbəd (4/90)” kitabında Səhiheyndəki (Buxari və Müslimdə) hədisi müzakirə edərkən bu barədə danışmışdır:

Hədisdə deyilir: “Hər kim səhər yeməyində yeddi “əl-Aliya”xurması yesə, həmin gün ona nə zəhərlənmə, nə də sehr gəlməz”.

İbn Qeyyim demişdir: “Yeddi rəqəminin xüsusiləşdirilməsi məsələsi Allah təalanın yaradılışı, xəlqi və şəri əmrləri ilə əlaqədardır. Allah yeddi səma, yeddi yer və yeddi gün xəlq etmişdir və insanın yaradılışı yeddi mərhələdə tamamlanır.

Allah təala qullarına Kəbənin ətrafında yeddi dəfə təvaf etməyi, Səfa və Mərva arasında yeddi dəfə səy etməyi (iki hədəf arasında qaçmaq), yeddi kiçik daşı cəmərəyə atmağı buyurmuşdur. Bayram namazının birinci rəkətində təkbirlərin sayı yeddidir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Yeddi yaşına vardıqda uşaqlarınıza namaz qılmağı əmr edin”

Bir rəvayətə görə oğlan övladı yeddi yaşına çatdıqda ona valideynlərindən ikisindən birini seçməkdə seçim verilir. Digər bir rəvayətə görə atasının onun üzərində haqqı anasının haqqından irəlidir. Üçüncü rəvayətə görə isə anasının onun üzərində haqqı atasının haqqından irəlidir.

Allah təala Ad qövmünün üzərinə yeddi gün külək əsdirmişdir.

Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha dua etmişdir ki, onun camaatına Yusif əleyhissalama göndərdiyi kimi yeddi il--yeddi illik aclıq- göndərməklə ona kömək etsin.

Allah təala sədəqə verənin savabını hər birində yüz buğda olmaqla yeddi sünbül məhsul verən buğdaya bənzətmişdir.Yusifin yoldaşının yuxusunda gördüyü buğdadakı sünbüllərin sayı, buğdanın becəriləcəyi illərin sayı yeddi idi və sədəqənin savabı yeddi yüz dəfə və bundan çox artırılır. Bu ümmətdən yetmiş min hesaba çəkilmədən Cənnətə daxil olacaqdır.

Sonra İbn Qeyyim şərh edir: “Sözsüz ki, bu rəqəmin başqa rəqəmlərdən fərqli xüsusi özəllikləri var... Bu rəqəmi xüsusiləşdirərkən Allah təala Öz hikmətini, qanunlarını və hökmünü daha yaxşı bilir. Sitatın sonu.

Bunu əsas götürərək, bu məsələdə doğru rəy budur ki, açıq-aydın, səhih dəlil olmadan bu rəqəmin zikr olunmasının səbəbi haqqında əqli müzakirələrə girişməkdən çəkinmək lazımdır.

Allah daha yaxşı bilir.


Tarix: 13.04.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Maraqlı melumatlar