beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Cahiliyyə məsələləri

Burada:istər kitab əhlindən olsun,istər ərəb müşriklərindən olsun,cahiliyyə əhlininetdiyi və Rəsulullah(sav)ın qarşı çıxdığı bəzi məsələlər nəzərəçatdırılacaqdır.Bunları hər bir müsəlmanın bilməsi vacibdir.Və bunlardan əntəhlükəlisi Rəsulullah(sav)ın sünnətinə qəlbən iman etməməkdir.

1.Cahiliyyə

Cahiliyyə Əhli Dinləri və dünyaları haqqında ayrılığa düşüb parçalanmış vəziyyətdədirlər

Allah(cc)buyurur:

“O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün
bilib sevinir.”(ər-Rum:30/32)

“Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə
olana sevinir.”(əl-Muminun:23/53)

Bu ayələrdən göründüyü kimi Allah müsəlmanların birlik və bərabərlik içərisində
yaşamalarını buyurmuşdur.

Allah(cc)buyurur:

“Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya
tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: "Dinə doğru-düzgün etiqad edin və
onda bölünüb firqə-firqə olmayın!" (əş-Şura:42/13)

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur.”(
əl-Ənam:6/159)

“Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi
olmayın.”( Ali-İmran:3/105)

“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!”( Ali-İmran:3/103)


2.Cahiliyyə

Cahiliyyə cəmiyyətində başçılara qarşı çıxmaq fəzilət,onları dinləmək və onlara
itaət etmək zillətdir.Rəsulullah(sav) bu haqqda onlara muxalif çıxaraq dövlətin
məsul şəxslərinin,valilərin, başçıların zülmünə səbr etməyi,onları dinləməyi və
onlara itaəti əmr etmiş,eyni zamanda onlara nəsihət etməyi tövsiyə etmişdir.

Rəsulullah(sav)buyurur:

“Üç şey sizin üçün Allaha xoş gedər :Sadəcə Allaha ibadət edib Ona heç bir şeyi
şərik qoşmamanızdan,Allahın ipinə hamılıqla sarılıb parçalanmamanızdan və Allahın
sizi idarə etməklə vəzifələndirdiyi idarəçilərinizə nəsihət etmənizdən.”

(Müslim Akdiye: 10, 11, 13, Muvatta Kelam: 11, Ahmed: 2/327, 360, 4/246, 249)

Xalqın dini və dünyası baxımından yarana biləcək ən böyük zərər bu üç önəmli əsasın
ya da onlardan hər hansı birinin gözardı edilməsiylə meydana gəlir.

3. Cahiliyyə

Ata-babalarını kor-koranə təqlid edərlər.

Allah (cc) buyurur:

“Qövmünün kafir zadəganları dedilər: "O da sizin kimi sadəcə bir insandır. Sizə
böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi.
Biz bunu ulu babalarımızdan eşitməmişik.”(əl-Muminun:23/24)

“Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz
necə də az öyüd-nəsihət dinləyirsiniz.”(əl-Əraf:7/3)

4.Cahiliyyə

Uşaqlarıyla qürurlanır,özlərinin doğru yolda olduqlarını isbatlamaq üçün
başqalarının varlıqdan yoxsun olduqlarını irəli sürərlər.

Allah(cc)buyurur:

“Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan
azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.”(əl-Ənam:6/116)

“Bu sənin Rəbbindən gələn haqdır, lakin insanların çoxu buna inanmır.”(Hud:11/17)

“Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.”(
əs-Saffat:37/71)

“Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı.”( əz-Zuxruf:43/78)

“ Onlar: "Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab
verilməyəcəkdir"– dedilər.”( Səba:34/35)


5. Cahiliyyə

Haqqı qəbul etməmək üçün Rəsulullah(sav)a uyanların önəmsiz insanlar olduqlarını
söylər,zəif və gücsüzlərin onlardan əvvəl İslamı qəbul etmələrini qürurlarına
sığdıra bilmədikləri üçün haqqı rədd edərlər,hidayət əhlini təhqir edərlər.

Allah(cc)buyurur:

“Onlar dedilər: "Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?"(əş-Şuəra:26/111)

“Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə
sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin
verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan
olarsan.”(əl-Ənam:

6/52)

"Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?" (əl-Ənam 6 53)

Kafirlər möminlərə dedilər: "Əgər Quran xeyirli bir şey olsaydı, onlar bunda bizi
qabaqlaya bilməzdilər!"( əl-Əhqaf:46/11)

6 .Cahiliyyə

Rəsulların da onlar kimi bir insan olduğunu,buna görə də onlara inanmaq
məcburiyyətində olmadıqlarını deyərlər.

“Onun qövmünün kafir zadəganları dedilər: "Biz sənin özümüz kimi sadəcə bir insan
hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu
görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. “(Hud:11/27)

“Onlar dedilər: "Siz də bizim kimi ancaq bir insansınız. “(İbrahim:14/10)

“Onlara: "Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!"– deyildikdə təkəbbür
göstərir və deyirdilər: "Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?"(
əs-Saffat:37/35-36)

7.Cahiliyyə

Fasiq din adamlarına tabe olaraq onları Allaha şərik qoşarlar.Haramı halal,halalı
haram qəbul edərlər.

Allah(cc) buyurur:

“Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı
tanrılar qəbul etdilər.”( ət-Tovbə:9/31)

“Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız
olaraq yeyir və onları Allah yolundan döndərirlər.”( ət-Tovbə:9/34)

“Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və
doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın"..”(əl-Maidə:5/77)

8.Cahiliyyə

Allahın halal buyurduğunu özlərinə haram qılarlar.

Allah(cc)buyurur:

“ De: "Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram
etmişdir?"(əl-Əraf:7/32)

9. Cahiliyyə

Öz nəfslərinə uyar,Allahın onlara verdiklərini başa düşmədiklərini bəhanə edərək
Ondan üz çevirərlər.Uca Allah onların bu cür hərəkətlərinin səbəbini qəlblərinin
möhürlü olmasından qaynaqlandığını bildirir.

“Onlar qəlblərimiz qapalıdır!"– demələrinə görə lənətə düçar edildilər. Xeyr,
küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir.”(ən-Nisa:4/155)

“Onlar dedilər: "Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq.”(Hud:11/91)

10. Cahiliyyə

Allahin endirdiyi vəhyi sehirbazların kitablarıyla müqayisə etməyə çalışarlar.Və
hətta etdikləri sehirləri Süleyman(as) və s.. kimi rəsulların adı ilə bağlayarlar.

Allah (cc)buyurur:

“Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab
verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa
çevirdilər.Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər.
Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki
mələyə nazil olanı insanlara öyrədərək kafir oldular.” (Əl-Bəqərə: 2/101-102)

11. Cahiliyyə

Özlərinin uydurduqları xurafələrini rəsulların adı ilə bağlayarlar.Məsələn, İbrahim
(a.s.)in yəhudi və ya xristian olduğunu iddia edərlər.

“İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və
müşriklərdən deyildi”. (Al-i İmran: 3/67)

12. Cahiliyyə

Dinləri haqqında şübhə içərisindədirlər.Məsələn,İbrahim(a.s)ə tabe olmağı rədd
etdikləri halda İbrahim(as)in dininə mənsub olduqlarını deyərlər.

Allah(cc)buyurur:

“Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər?”(əl-Bəqərə:2/130)

13.Cahiliyyə

Saleh insanlar haqqında həddi aşaraq dua və ibadətlərində onları Allaha şərik
qoşar.Rəsulların və saleh insanların qəbirlərini,onların yaşadıqları yerləri məscid
və türbə halına gətirər,onlar üçün qurban kəsər,onlardan ümid gözləyərlər və bu şəkildə o şəxslərin onlara şəfaətçi
olacaqlarını zənn edərlər.

Allah(cc)buyurur:

“Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət
edir və: "Onlar Allah yanında bizim şəfaətçilərimizdir!"– deyirlər.”(Yunus:10/18)

“Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha
daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər.”( əz-Zumər:39/ 3)

“Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti
deyin.”(ən-Nisa:4/171)


14.Cahiliyyə

Dinlərini oyun və əyləncə halına gətirərək ibadətlərini fit çalaraq və əl çırparaq
edərlər.

“Onların müqəddəs Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey
deyildir.”( əl-Ənfal:8/35)

15.Cahiliyyə

Tək düşüncələri bu dünya həyatıdır.Onlar dünya həyatında özlərinə verilən nemətləri
Allahın onlardan razı olduğu üçün verdiyini zənn edərlər.

Allah(cc)buyurur:

“Firon dedi: "Bəs əvvəlki nəsillərin halı necə olacaq?"(Taha:20/51)

“Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlar Allahın ayələrini inkar
edirdilər. Onları ələ saldıqları əzab bürüdü.”(əl-Əhqaf:46/26)

“Onlar: "Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab
verilməyəcəkdir"– dedilər.”(Səbə:34/35)


16 .Cahiliyyə

Allahın ayələrini və İslami bilgiləri bilərəkdən təhrif edib haqqı gizlədərlər.Hətta
onlar bəzi uydurma kitablar ortaya qoyaraq bunları Allahın kitabına tay tutarlar.

Allah(cc)buyurur:

“Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah
tərəfindəndir!"– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər Öz əlləri
ilə yazdıqlarına görə vay onların halına!”(əl-Bəqərə:2/79)

“Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə
var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif
edirdilər.”(əl-Bəqərə:2/75)

“Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.”
(əl-Bəqərə:2/42)

17.Cahiliyyə

Özlərinə sərf edənləri haqq qəbul edər,onların xaricində hərşeyi rədd edərlər.

Allah(cc) buyurur:

“Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu
inkar etdilər Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər Onlara
tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər Allah kafirlərə lənət
etsin!”(əl-Bəqərə:2/89)

“Onlara: "Allahın nazil etdiyinə inanın!"– deyildikdə, onlar: "Biz özümüzə nazil
edilənə inanırıq"– deyib onun ardınca gələni inkar "(əl-Bəqərə:2/91)

18.Cahiliyyə

Gerçəkləri bilməməklərinə baxmayaraq,yenə də öz fikirlərini yeritməyə çalışarlar.

Allah(cc)buyurur:

“Halbuki Quran onların yanında olanı (Tövrat)təsdiqləyən bir həqiqətdir De: "Əgər
siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini
öldürürdünüz?"(əl-Bəqərə:2/91)

19.Cahiliyyə

Elm əhli olmadıqları halda Allah və Onun ayələri haqqında bilərəkdən yaramaz sözlər
söylərlər.

“Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da
üstün olanı məsəl çəkməkdən utanmaz İman gətirənlər bilirlər ki, bu, onların
Rəbbindən gələn haqdır Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə demək
istədi?" Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna
yönəldir Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.”(əl-Bəqərə:2/26)

20.Cahiliyyə

Allahın kitabından üz çevirərlər.

Allah(cc)buyurur:

“Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım
kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.”( əs-Səcdə:32/22)


Tarix: 13.04.2013 / 15:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Maraqlı melumatlar