beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah bəndəsini qoruyan əməllər (1 hissə)

"Ey iman gətirənlər! Allahdan lazımınca qorxun, Yalnız müsəlman olduğunuz halda ölün". (Ali İmran 102.)
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir".
(ən-Nisa 1.)
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar". (əl-Əhzab 70-71.)


Müqəddəs Quran və səhih sünnə hər növ şərdən qorunmaq üçün bir çox əməllərə işare etmişdir. Allahın izni ilə onlardan bəzilərini bu kitabçada toplamaq mümkün olmuşdur. Zikr etdiyimiz əməllərdən ən mühüm olanı duadır. Dua ən gözəl ibadət növlərindən biri olmaqla, qədəri dəyişdirə biləcək yeganə bir ibadətdir. Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: “Qədəri dua kimi dəyişdirən bir şey yoxdur”. (1)

Peyğəmbərimiz (s.a.v) həmçinin buyurmuşdur: “Dua - ən gözəl ibadətdir”. (2)


Küfür və şirkdən qorunma

- Yatmaqdan öncə əl-Kəfirun surəsinin oxunması
Bir dəfə Fərua ibn Nofəl (r.a) peyğəmbər (s.a.v) yanına gəlib dedi: “Ey Allahın rəsulu! Mənə yataqda deyilən kəlmələri öyrəd”. Peyğəmbər (s.a.v) dedi: “De ey kafirlər...” surəsini oxu, həqiqətən o şirkdən qoruyur”. (3)

- Peyğəmbər (s.a.v) buyurmuşdur: “Sizin içinizdə gizlənən şirk bir qarışqadan daha gözə görünməzdir (hissedilməzdir). Lakin mən sənə elə bir şey öyrədəcəm ki, onun vasitəsi ilə sən həm kiçik həmdə böyük şirkdən qurtula biləcəksən. De: “Ey Allahım, Sendən qeyrisinə ibadət etməkdən Sənə sığnır, və bilmədiyimə görə Səndən bağışlanma diliyirəm!” (4)
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ وَأَنَا أَعْلَمُ وَأَسْتَغْفِرُكَ لِمَالاَ أَعْلَمُ
“/Allahummə inni auzubikə ən uşrikə bikə ua ənə a‘ləm ua astağfirukə liman lə a‘ləm/”.


Allah cəzasından qorunma

- Allahı zikr etmək
Muaz ibn Cəbəl (r.a) demişdir: “Peyğəmbər (s.a.v) buyurmuşdur: “Allah zikrindən başqa Adəm övladının etdiyi əməllər arasında Allahın cəzasından qorunmaq üçün daha yaxşı əməl yoxdur”(5)

- Zina və ribadan çəkinmək
İbn Abbas (r.a) rəvayət edir ki, peyğəmbər (s.a.v) buyurmuşdur: “Hər hansı bir qövmün yaşadıqı yerdə zina və riba yayılarsa, onlar özləri üçün Allahın cəzasını vacib edərlər”. (6)


Cəhənnəmdən qorunma

- Ənəs (r.a) -dan rəvayət olunur ki peyğəmbər (s.a.v) dedi: “Bir kimsə Allahdan üç dəfə Cənnəti diləsə, Cənnət deyər: “Allahım, onu cənnətə daxil et!”. Bir kimsə üç dəfə cəhənnəm odunun əzabından Allaha sığınarsa, cəhənnəm odu deyər: “Allahım, onu cəhənnəm odundan qoru!”.(7)
Misal: “Allahım, həqiqətən mən Səndən cənnət diləyirəm və cəhənnəm odundan Sənə sığınıram!”.
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ وَ أَسْتَجِيرُبِكَ مِنَ النَّارِ
/Allahummə inni assalükal-cənnətə ua astaciru bikə minə-nnar/.

- Salman əl-Farisi (s.a.v) rəvayət edirki, peyğəmbər (s.a.v) dedi: “ Kim bir dəfə desə “Alahım! Həqiqətən mən Səni, Sənin mələklərini, və Sənin Ərşini daşıyanları, və göylərdə və yerlərdə olanları şahid olaraq çağırıram ki Sən Allahsan, və Səndən başqa ilah (ibadətə layiq) yoxdur və Sənin şərikində yoxdur. Və şəhadət edirəmki Muhəmməd sənin qulun və rəsulundur” – Allah onun üçdə birini cəhənnəm odundan azad edər. Bə kəlmələri iki dəfə təkrar edənin Allah yarısını cəhənnəm odundan azad edər. Bu kəlmələri üç dəfə təkrar edəni isə Allah tam olaraq cəhənnəm odundan azad edər”.(8)
أَللَّهُمَّ إِنِّي أُشْهِدُكَ، وَأُشْهِدُ مَلاَئِكَتَكَ وَحَمَلَةَ عَرْشِكَ وَأُشْهِدُ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الأَرْضِ، أَنَّكَ أَنْتَ اللهُ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ، وَحْدَكَ، لاَ شَرِيكَ لَكَ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُكَ وَرَسُولُكَ
/Allahummə inni uşhidukə ua uşhidu mələikətəkə, ua həmələtə ərşik, ua uşhidu mən fi ssamauati ua man fil ard, ənnəkə əntə-Llahu lə iləhə illə əntə uahdak, lə şərikə lək, ua əşhədu ənnə Muhəmmədən ‘abdukə ua rasuluk/.

- Abu Hureyra (r..a)-rəvayət olunurki, peyğəmbər (s.a.v) namazın sonunda, təslimdən öncə Allaha dörd şeydən sığınaraq deyərdi: “Allahım, Sənə cəhənnəm əzabından və qəbr əzabından, və dünya və ölüm fitnəsindən və Məsih əd-Dəccalın fitnəsindən sığınıram”.(9)
أَللَّهُمَّ إِنِّي أَعُوذُبِكَ مِنْ عَذَابِ جَهَنَّم، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ
/Allahummə inni auzubikə min azabi cəhənnəm, ua azabil-qabr, ua min fitnətil-məhyə ual-mammat, ua min şarri fitnatil-məsihi-dəccal/.


---------------

(1) (ət-Tirmizi, 2\20; Əhməd 5\277. Hədis həsəndir. Bax “əs-Silsilə əs-səhih” 154.)
(2) əl-Hakim, ibn Sa‘d. Hədis həsəndir. Bax “əs-Silsilə əs-səhih” 1579; “Səhih əl-cəmi” 1122.
(3)(ət-Tirmizi, 3403; Abu Davud, 50554; Əhməd 5\456. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir. Bax “Səhih əl-cəmi” 292. )
(4) Əhməd 4\403. Şeyx əl-Albani səhih demişdir. Bax “Səhih at-Tarğib” 1/19.
(5)Əhməd, at-Tabarani, İbn Əbu Şəyba. Hədis səhihdir. Bax “Səhih əl-cəmi” 678.
(6) At-Tabarani, əl-Hakim. Hədis səhihdir. Bax “Səhih əl-cəmi” 678.
(7)ət-Tirmizi, 2572; ən-Nəsai, 5521. Şeyx əl-Əlbani hədisin səhih olduqunu təsdiqləmişdir.
(8)əl-Hakim, 1/523. Şeyx əl-Albani hədisin səhih olduqunu təsdiqləmişdir. Bax “Silsilə əs-səhih” 267.
(9)əl-Buxari, Muslim, ən-Nəsai, Əbu ‘Auana, İbn əl-Carud və s. Bax “İrua əl-Ğalil”, 350.


Tarix: 11.04.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Maraqlı melumatlar