beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏR BİR ƏMƏLİN KÖKÜ VƏ QAYNAĞI MƏHƏBBƏTDİR (İSTƏR HAQQ, İSTƏR BATİL OLSUN)

Əgər hər bir əməlin kökü və qaynağı sevgidirsə, onda dini əməllərin də əsası Allah və Onun Rəsulunu (s.a.v) sevməkdir. Həmçinin də dini sözlərin də əsası Allah və Onun Rəsulunu (s.a.v) təsdiq etməkdir. İradə, istək Allah və Onun Rəsuluna olan sevginin kamilliyinə və ya insanda olan şübhələr təsdiqin kamilliyinə mane olur. Bu da insanın imanının əslinə ziddir. İmanı zəiflədir.

İmanın əslinə, təsdiqin də kamilliyinə zidd olan iradə, istək güclənərsə artıq bu küfrə çevrilir. İnsanda olan qətiyyətə yorğunluq, zəiflik gətirir. İnsanın Allah üçün sevməsi yalnız nifrətlə kamilləşir. İnsanda tək sevgi deyil, həmçinin nifrət də olmalıdır. İbarihimin Allaha Xəlil olması bu düşmənçiliyi həqiqi surətdə həyata keçirdikdən sonra ortaya çıxdı. Nə vaxt Allah üçün sevmək olur? Allahdan qeyri ibadət olunanları uzaqlaşdırmaqla, nifrət etməklə olur; "İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O, zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərimizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır". (əl-Mumtəhinə 4). "İbrahim (Lə İləhə İlləllah) kəlməsini öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə qayıdalar". (əz-Zuxruf 28).
İbrahim (aleyhissalam) Allah üçün sevməyi və Allahdan qeyri ibadət olunan hər bir şeydən uzaq olmağı özündən sonra bir kəlimə olaraq qoydu ki, özündən sonra gələn hər bir Peyğəmbər bunu götürsün və özündən sonrakılara ötürsün. Bu da Lə İlə İlləllah kəliməsidir. Bu da o kəlimədir ki, həniflərin imamı olan İbrahim  Qiyamət gününə qədər buna tabe olanlara miras qoymuşdur. Lə İlə İlləllah elə bir kəlimədir ki, göylər və yerlər onunla durur. Bunun üçün Allah bütün məxluqatı yaratdı. Bunun üçün din qurulmuş və qiblə təyin edilmişdir. Cihad qılıncları bunun üçün qaldırılmışdır. Allahın bəndəsi üzərində xalis haqqıdır. Bu elə bir kəlimədir ki, qanı, malı, zürriyəti qoruyan bir kəlimədir. Bu kəlimə qəbir və Cəhənnəm əzabından qurtaran bir kəlimədir. Yalnız Cənnətə bu kəlimə ilə daxil olmaq olar. Kim bu kəndirdən yapışmasa, Allaha çata bilməz. Salamatçılıq diyarının açarıdır. Bu kəliməyə görə insanlar bədbəxtlərə və xoşbəxtlərə bölünmüşlər. Qəbul olunana və qovulana bölünmüşlər. Bununla küfr diyarı iman diyarından ayrılmışdır. Nemət diyarı bədbəxçiliyin və alçağlığın diyarından seçilmişdir. Fərzi və sünnəni daşıyan əsas dayaq da elə budur. Kimin son kəliməsi Lə İləhə İlləllah olarsa Cənnətə daxil olar. Bu kəlimənin sirri Allahı təkləşdirməkdir: Sevgidə, qorxuda, ucaltmaqda, təzimdə, ümiddə, təvəkküldə, rəğbətdə, Allhdan qeyri sevilən hər bir şey Allahın məhəbbətinə tabe olaraq sevilir. Müstəqil olaraq sevilmir. Müstəqil olaraq yalnız Allah sevilir. Həmçinin də Allaha olan sevginin artmasında vasitə olduğuna görə sevilir. Ona yönəlmək, ondan istəmək (övlad, şəfa və s), Ona nəzir demək, Ona qurban kəsmək (filankəsin cəddi üçün, filankəsin pirinə yox), Ona tövbə etmək, Ona səcdə etmək, çətinlikdə də, sevincdə də Ondan istəmək. Yəni Lə İləhə İlləllah kəliməsini həqiqi surətdə həyata keçirmək budur. Buna görə də Allah həqiqi surətdə şəhadət gətirən insana Cəhənnəmi haram etmişdir.

İnsanlardan elələri də vardır ki, onların şəhadəti ölüdür, elələri də vardır ki, onların şəhadəti yuxuludur. Oyadanda oyanır. Elələrinin də şəhadəti durmağa daha yaxındır. İnsanın qəlbində olan şəhadət ruhun bədəndə olması kimidir. Elə ruh vardır ki, ölüdür, eləsi də vardır ki, xəstədir ölümə yaxındır. Elə ruh da vardır ki, həyata daha yaxındır. Elə ruh da vardır ki, sağdır və bədənin bütün xeyirlərini yerinə yetirir.
Peyğəmbər (s.a.v) buyurdu: "Mən elə bir kəlimə bilirəm ki, hər hansı bir kimsə ölüm ayağında onu söyləyərsə onun ruhu üzərinə bir ruh verilər. Bu da Lə İləhə İlləllah kəliməsidir". Deməli ruhun həyatı onda olan o kəlimənin həyatına görədir. Bu kəlimə nə qədər güclü olarsa, ruh da bir qədər güclü olar. Bədənin həyatı onda olan ruha görədir. Hər kəs bu kəlimə üzrə ölərsə, o kimsə Cənnətdə gözəl nemətlər içərisində olar. İnsanın Allahı sevməsi, Ona qovuşmaq istəyi, Onunla ünsiyyətdə olmaq istəyi onun dünyadakı ruhunun Cənnətidir. Əgər bu sadalananlar bir kimsənin bu dünyada Cənnəti olarsa, şəkk yoxdur ki, Qiyamət günü də onun düşəcəyi yer Cənnətdir. Əgər bir kimsə bu kimi şeylərdən məhrum olarsa, şəkk yoxdur ki, Qiyamət günü də o, kimsə Cənnətə düşməkdən məhrum olar. Əbrarlar bu dünyada da Cənnətdədirlər, o dünyada da. Hətta bu dünya onlar üçün dar və sıxıntılı olsa da belə. Facirlər isə bu dünyada da Cəhənnəmdədirlər, o dünyada da. Bu dünya onlar üçün geniş və dəbdəbəli olsada belə. İnnəl Əbrara Ləfi Nəim Və İnnəl Fuccəra Ləfi Cəhim .

İxlaslı olan mömin bu dünyada insanlar içərisində xoş yaşayışı olan kimsədir. Ağıl tərəfdən də ən böyük nemət içində olan kimsədir. Hər tərəfdən də geniş qəlbi olan muxlis (ixlaslı) mömindir. Bu da axirət Cənnətindən əvvəl dünyada olan Cənnətdir. Çünki insan nəyi çox sevirsə onu da çox xatırlayır. Bil ki, qəlbində olan Allah sevgisi daha çox olsaydı, onu da çox xatırlayardın. Həmçinin də o ruh Allahdan qeyrisinə yönəldiyinə, qapandığına görə sərxoşluğuna qapanmış sərxoşun vəziyyətdindədir. Sərxoşun malı, uşaqları, ailəsi yansa da belə, o öz sərxoşluğuna qapandığına görə sevdiklərinin yandığını hiss etmir. Ayıldıqda, sərxoşluq pərdəsi ondan qalxdıqdan sonra o kimsə öz halını, ağrılarını bilib, dadır. İnsanın halı da belədir. Öləndə isə ayılır və halını bilir. Onda da artıq əzab qat-qat olur. Müsibətə qərq olan insan bu müsibətin nə ilə əvəz olunmasını umur. Əgər insan müsibətə düçar olursa və onun müsibətinin heç bir əvəzi yoxdursa, onda onun halı necə olacaqdır. Çünki, axirət əzabı əvəz olunmazdır. Artıq insan o vaxtı ayılır və əzabının nə qədər şiddətli olduğunu bilir.

Sələflər deyirlər: "İnsan yuxudadır, öləndə isə ayılacaqdır".

Bu dünyada olan hər bir şeyin əvəzi vardır, lakin axirətdə olanların isə əvəzi yoxdur. Allahın haqqını zay etsə, onun heç bir əvəzi yoxdur. Ey Adəm övladı! Mən səni ibadət üçün yaratdım, oynama. Mənə itaət etsən məni taparsan. Sən məni tapsan hər bir şeyi taparsan. Məni ötürsən hər bir şeyi ötürərsən. Mən sənə hər bir şeydən də sevimliyəm".


Tarix: 10.04.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Maraqlı melumatlar