beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ həkim xalatının tarixi

Ağ həkim xalatının demək olar ki, 150 ildən çox yaşı var. Bu xalatlar pasiyentləri infeksiyalardan və yoluxucu bakteriyalardan qorumaq məqsədilə düşünülmüşdür.

Həkim xalatı icad olunanadək, həkimlər pasiyentləri adi, gündəlik geyimlərdə qəbul edirdilər. Əməliyyat zamanı isə önlük və ya xüsusi qolluqlar taxılırdı. Həkim və pasiyentlər arasında nəsə bir “gigiyenik bufer” olması vacib idi, bu “gigiyenik bufer” elə rəngdə olmalı idi ki, onu tez-tez dəyişmək və ya yuyub-təmizləmək lazım gəlsin. Bu səbəbdən ağ rəng ən münasib rəng idi.

Müasir dövrümüzdə ağ xalatı həkimlə pasiyent arasında “gigiyenik bufer” hesab etməyənlər də az deyil. Ağ xalatın həkimlə xəstə arasında bir “gigiyenik bufer” olmasına şübhə ilə baxan Birmingen Universitetinin tıdqiqatçı alimləri olmuşdur.

20 il bundan öncə onlar müxtəlif sahələrdə çalışan həkimlərin 100 ədəd xalatlarını mikroskop altında analizdən keçirmişlər. Xalatların əksəriyyətində “qızılı stafilokok” (üzüm salxımına oxşar qruplar şəklində yerləşmiş bakteriya) aşkarlanmışdır. Merilend Universitetindən olan alimlər isə bundan bir neçə il sonra məhz elə həkim xalatları vasitəsilə xəstəliklərin bir pasiyentdən digərinə keçdiyini iddia etdilər.

İlk öncə iradlar həkim xalatlarının qollarına idi. Belə hesab edirdilər ki, xəstəliklər həkim xalatının qolları vasitəsilə ötürülür. Sonra bu iradlar xalatın düymələrinə və ciblərinə də aid edildi. Bu iradlardan sonra həkim xalatları düyməsiz, cibsiz və qolları çox qisa tikilməyə başladı. Bütün həkimlər uzun qol, düyməli və cibli xalatlardan imtina etdilər. Daha sonra ağ rəngli həkim xalatları tünd rənglə əvəz edildi. Əsas və vacib olan odur ki, həkim xalatları ( və ya geyimləri) hər gün işdən sonra və ya hər bir əməliyyatdan sonra dəyişdirilməlidir.

2008-ci ildə Şotlandiyada ağ xalatlardan istifadə tamamilə qadağa edilmiş, İngiltərədə isə ağ xalatlardan istifadə edilməməsi tövsiyyə olunmuşdur. ABŞ-da isə bu haqda hər il “Həkimlər Assosiasiyası” tərəfindən məsələ qaldırılır. Rusiyada isə artıq uzun müddətdir ki, “Təcili Yardım” şöbələrində çalışan həkimlər rəngbərəng geyim formasına keçmişlər.İlk ağ xalat:
Ağ xalatların yaranması ilə bağlı iki əsas versiya mövcuddur.
Bir versiyaya görə, ağ xalatın ilk yaradıcısı ilgilis həkimi Cozef Lister ( 1827-1912) olmuşdur.

Digər bir versiyaya görə isə, ilk dəfə həkimlərə ağ xalat geyməyi məşhur rus cərrahı Nikolay Piroqov (1810-1881) təklif etmişdir. Həmkarları öz xatirələrində Piroqov haqqında yazırdılar ki, -“o, o qədər təmizkar və təmizliyi sevən bir həkim idi ki, əməliyyatlardan əvvəl hətta sarğı materiallarını da mikroskopla yoxlayarmış”


Tarix: 26.11.2014 / 18:14 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı Melumatlar