beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yad planetlilər

Bu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan 9-nun nə vaxtsa, hardasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. 2009-cu il insanını bu mövzuda təəccübləndirmək qeyri-mümkündür. Bu günə qədər sözügedən mövzuda yüzlərlə film çəkilib, kirablar yazılıb və sair. Və gün keçmir ki, bu “”bizə oxşamayanlar"la bağlı yeni hekayələr, tarixçələr, faktlar açıqlanmasın.

Son olaraq, Yaponiyanın gələcək baş nazirinin xanımı Miyuki Xatoyama 20 il əvvəl yadplanetlilərlə qarşılaşdığını və onlarla birgə Venera planetinə uçduğunu bəyan edib. Miyuki xanım deyib ki, bədəni yerdə qalsa da, ruhu kosmik gəmidə Venera planetinə gedib. O, Veneranı çox gözəl və yaşıllıqlara bürünmüş planet kimi xarakterizə edib... Bir sözlə, üzbəsurət danışıb, dərdləşməsək də bilirik ki, niyyətləri pis deyil. Belə olsaydı, yəqin ki, bu günə qədər Yer kürəsinin başına itin oyununu gətirərdilər. Bəs onlar bizdən nə istəyir? Kimdilər, ilk dəfə Yerə nə vaxt eniblər və bundan sonrakı planları nədir?

UNO-lar Amerika ilə SSRİ-nin arasını vurdu?
1947-ci il iyulun 2-də ABŞ-ın Nyu-Meksika ştatında baş vermiş məşhur “kosmik qəza” bütün dünyada təşvişə səbəb olmuşdu. Bir gün sonra ABŞ generalı R.Romey bəyan etmişdi ki, bu qəziyyə metereoloji zondun göydə partlaması ilə əlaqəlidir. Bu bəyanata, Stalin başda olmaqla SSRİ rəhbərliyi fırıldaq hesab edərək inanmadı. Tezliklə Stalin bir neçə nüfuzlu sovet alimini bu “işə” cəlb edib, bunun SSRİ üçün nə qədər təhlükəli olub-olmamasını müəyyən etməyi tapşırdıqda alimər onu inandırmağa çalışmışdır ki, “uçan boşqablar”ın SSRİ silahlı qüvvələrinə və ümumiyyətlə, ölkənin özünə heç bir təhlükəsi yoxdur. Eyni zamanda onlar Stalinə məsləhət görmüşlər ki, bu cür həddindən mürəkkəb problem üzərində xüsusi elmi müəssisələr ardıcıl tədqiqat aparmalıdır.
Beləcə, Sovet insanı UNO həqiqətinin ilk elementləri barədə az-çox məlumat əldə etdi. Amma bu, yetərli olmadı. 1967-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası kürsüsündən çıxış etmiş ABŞ astronavtı Qordon Kuper elə həmin 1951-ci ildə, Almaniyada xidmət etdiyi zaman iki gün dalbadal cürbəcür biçimli, müxtəlif ölçülü naməlum uçan obyektlərin uçuşunu müşahidə etdiyini bəyan etdi. Həmin kosmik qurğular çox-çox yüksəklikdə uçduqları üçün qırıcı təyyarələr onlara heç cür yetə bilməmişdi.

Boyları balaca, başları iri...
Yadplanetlilərlə ilk tanışlıq zamanı məlum oldu ki, onların boyu 130-150 sm-ə çatır. Boyunları üzərindəki başları olduqca iri idi və diqqətləri uzaqdan özünə cəlb edir. Yerə düşən diskin içərisindəki varlıqların göz bəbəyi yox idi, amma bu, onların ümumiyyətlə gözlərinin olmadığı demək deyil. Əksinə gözləri xeyli böyük idi. Bədənlərinin digər orqanları da fərqli görünürdü. Məsələn, əlləri dizə qədər uzanırdı, üstəlik barmaqlarının adi insan barmağından daha çox caynağa oxşadığı bildirilirdi. Elə bu caynağı xatırladan barmaqları ilə yadplanetlilərdən biri onu müayinə etmək istəyən həkimin üz-gözünü və sinəsini cırmaqlamışdı. Hadisə ilə bağlı yayılan məlumatda o da bildirilirdi ki, onları bir müddət yeraltı bazada saxladıqdan sonra kosmik gəminin qırıntıları ilə birlikdə Amerikaya aparıblar.
O zaman dərc olunan “Sovetskaya kultura” qəzeti bu barədə yazırdı ki, yadplanetlilər gümüşü kambinzon və tunc rəngli uzunboğaz çəkmə geyinibmiş. Qəzet hətta onlardan birinin digərləri kimi iki yox, üç gözünün olduğunu bildirirdi. Mətbuatın hadisə ilə bağlı məlumatında o da qeyd olunurdu ki, UNO-larda səfər edən qeyri-adi məxluqlar parkda bir qədər gəzib ətrafı seyr edib.
Əlbəttə, bütün bunlar nə qədər inanılmaz olsa da, uzun müddət müzakirələrin predmetinə çevrildi.
Bəs alimlər nə deyir? Ufoloq Fuad Qasımov sağlığında deyirdi ki, Azərbaycanda belə şəxslər var və il ərzində UNO-lar öz səfərləri boyunca dəfələrlə insanlarla təmasa cəhd ediblər. Rusiya Ufologiya Akademiyasının ilk prezidenti V.Ayaya Yer sakinlərinin ən azı 40 faizinin öz gözlərilə naməlum uçan obyektləri gördüyünü bildirib. Onun sözlərinə görə, yer üzündəki təyyarəçilərin yarısı ömürlərində bir dəfə olsa belə, “uçan boşqab” la üzləşiblər. Bu barədə fikirlərini onlar anonim saxlanılan sorğularda etiraf ediblər. Amma çoxları gördüklərini açıb danışmağa cürət etməyiblər.

UNO, yoxsa rəqib dövlətlərin kəşfiyyat təyyarələri?
Çində “uçan boşqab”ı yaratmış “Harbin Smart Special Aerocraft Co Ltd” şirkəti nümayəndələrinin dediyinə görə, aparatdan aerofotoçəkilişlər aparmaq, geoloyi kəşfiyyat və qəza zamanı işıqlandırma üçün istifadə etmək olar. Şirkət diskin hazırlanmasına 12 il vaxt və 28 milyon yuan, təxminin dörd milyon dollardan çox vəsait sərf etmişdi. «Uçan boşqab»ın hazırlanması barədə xəbər yayılan kimi buna bənzər aparatların ABŞ-da hazırlanaraq səmaya buraxıldığı barədə fikirlər yerini möhkəmlətməyə başladı. Bir halda ki, çinli alimlər məsafədən idarə olunan «uçan boşqab» yaratdıqlarını və buna cəmi 4 milyon dollar sərf etdiklərini açıqlayırdılar, onda amerikalı alimlərin bundan illər öncə belə aparatı hazırlamadıqlarına kim zəmanət verə bilərdi? Səmasında «uçan boşqablar»ın tez-tez göründüyü İranda da məsələyə məhz bu prizmadan yanaşdılar. İranın Təhlükəsizlik Nazirilyi ABŞ-ın pilotsuz kəşfiyyat təyyarələrinin ölkə səmasında uçaraq bu ölkənin hərbi-strateyi əhəmiyyətli obyektləri haqqında informasiya topladığını bildirdi.

Sizdən yaman nigaranam....
Tamam, qəbul edirik - tutaq ki, bu UNO-lar həqiqətən də Yerə tez-tez gəlib-gedir, maraqlanıb qayıdırlar, bəzən təhlükə yaradır, bəzənsə təhlükənin miqyasının azaltmağa çalışırlar. Hətta bəzi Yer kürəsi insanlarını da götürüb bir neçə günlüyünə öz məmləkətlərinə aparırlar. Bəs əsl məqsədləri nədir? Fikirlərə görə, UNO-lar Yer sivilizasiyasının inkisaf səviyyəsi ilə maraqlandığı üçün Yerə səyahət edirlər. Əsasən ABS, İran, Rusiya ve digər nüvə dövlətlərinin hərbi obyektlerinin üzərində tez-tez göründüyü iddia edilən bu obyektlər bununla Yerin taleyindən narahatlıq keçirdiklərini göstərməyə çalışırlar. Bu da ufoloqların fikridir. Onların sözlərinə görə, Yerin gələcək taleyindən narahatlıq keçirdiklərini büruzə vermək üçün UNO-ların səfərləri son zamanlar daha da intensivləşib. Yer üçün yaranan problemlərin sırası genişləndikcə - müharibələr, təbii fəlakətlər, ekoloyi böhran dərinləşdikcə UNO-ların da narahatlıqları artır-bu da ufoloqların ortaq rəyidir. UNO-lar sanki insanların Yeri məhv edəcəyindlən qorxurlar. “Bu qalaktikanın nümayəndələri Yeri müxtəlif təhlükələrdən qorumaq üçün gəlirlər. Hətta bir neçə dəfə onların bizim dünyanın insanlarına müraciəti olub. Onlar telepatik əlaqə qabiliyyətinə malikdirlər. Humanoidlərin həm də işıq sürətindən 20 milyard dəfə böyük sürətlə yayılan qravitasiya və torsion dalğalardan istifadə edərək Yerlə əlaqəyə girdikləri də ehtimal edilir. Bu üsullardan uzaq məsafələrdən əlaqəyə girdikləri zaman istifadə edirlər. Yaxin məsafələrdə və ya öz aralarında telepatiya ilə çatdırır və fikirlərimizi oxuyurlar. Yəqin onlar Yerə müraciətlərində də məhz bu vasitələrdən istifadə edirlər. Onların Yerə müraciətlərindən biri İsa peyğəmbərin vaxtına təsadüf edib. Çernobılda baş vermiş partlayıs nəticəsində minlərlə insan tələf oldu. Partlayiş zamanı orda radiasiyanın fonu 3000 rentgen olub. Uçan boşqablar gəlib həmin obyektin üzərində dayanmaqla onu 300-ə endiriblər. UNO-ların 2003-cü ildə Xəzər dənizində amerikanlarla görüşü olmalı idi. Görüş təyin edilsə də, naməlum səbəblərdən baş tutmadı. Məlumatlara görə, Amerika 120-dən çox uçan boşqab ələ keçirib.

Azərbaycan niyə UNO-ların marağına səbəb oldu?
12 iyun 1999-cu il. Səhər saat 5 radələrində Xəzər üzərində UNO peyda olur. Dəqiq konturlara malik olan UNO işığın bir neçə qatının fokusunda özünü büruzə verirmiş. Ufoloq Fuad Qasımov bəyan edir ki, Azərbaycanda elə ərazilər var ki, UNO-ların “xoşuna” gəlir. Bu ərazilər Abşeronda -Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. F.Qasımovun fikrincə, UNO-ları burada tez-tez görmək olar: “UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır”.
1999-cu ilin iyun ayı. Ufoloq F.Qasımov sensasion məlumat yayır: “UNO Bakı buxtasında qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir. F.Qasımovun açıqlamasına görə, bu hadisə UNO-ların Xəzərin akvatoriyasında müşahidə bazalarının olmasından xəbər verir: ”Unikal hadisə Xəzəryanı ölkələrin hakimiyyət strukturlarında ajiotaja səbəb olub". Ufoloq Rusiya tərəfinin Azərbaycan rəhbərliyinə ünvanladığı müraciətin mətnindən bir neçə abzası dilə gətirir: “Sizin aşkar etdiyininz naməlum uçan obyekt bir ölkənin mülkiyyəti hesab oluna bilməz. Belə ki, Aşğabad konvensiyasına əsasən, Xəzəryanı ölkələrə yalız suyun təki məxsusdur. UNO isə suyun təkindən kənardadır, ona görə də obyektdən bütün sahilyanı ölkələr birgə istifadə etməlidirlər”. F.Qasımov deyir ki, Rusiya Azərbaycandan bir neçə dəfə UNO-nu almağa cəhd göstərib: “Bu məqsədlə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər ediblər. Səfərlərin gedişində UNO-la bağlı yüksək səviyyədə danışıqlar aparılıb. Məhz bu məqsədlə Bakı aeroportuna içərisində 6 MİQ qırıcısı olan ”Ruslan" təyyarəsi göndərilib. Qırıcılar UNO ilə dəyişdirilmək üçün nəzərdə tutulubmuş". Ufoloq onu da deyir ki, 1999-cu il avqustun 16-da Bakıda 8-9 bal gücündə zəlzələlərin baş verəcəyi ilə bağlı şayiələr və onların nəticəsi olaraq 2002-ci il noyabrın 25-də baş verən zəlzələni də Rusiya təşkil edib. 1999-cu ilin avqustunda AzTV-nin əməkdaşı İsmayıllıda səmada hərəkət edən UNO-nu videolentə almağa müvəffəq olur.


Tarix: 26.11.2014 / 11:27 Müəllif: Aziza Baxılıb: 264 Bölmə: Maraqlı Melumatlar