beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Texnologiya milyarderləri

5. Sergey Brin – 22,8 milyard dollar
Hər gün istifadə etdiyimiz “Google” saytının yaradıcılarından biri olan Sergey Brin Rusiyada doğulub. Yəhudi əsilli atası riyaziyyatçıdır və Sergeyin komyuter proqramlaşdırmasını öyrənməyində əməyi böyük olub. 1990-cı ildə ailəsi Amerikaya köçüb. Brin riyaziyyat və kompüter proqramlaşdırması üzrə təhsilini Merilend və Stendford universitetlərində davam etdirib. Elə “Google” saytını da Stendfordda birlikdə oxuduğu Larri Peyclə qurub. Dəfələrlə “Forbes”un siyahılarına düşən 39 yaşlı biznesmen bu il 22,8 milyard dollarla beşinci yerdədir.


Larri Peyc
4. Larri Peyc – 23 milyard dollar
Həmyaşıdı Seygey Brin kimi Peyc də riyaziyyatçı və proqramçı ailəsində doğulub. Onun atası da, anası da hazırda Miçiqan Universitetinin kompüter elmləri üzrə professorudur. Özü də həmin universitetdə bakalavr təhsili alıb, Stendford Universitetində magistr dərəcəsini oxuyub. 2007-ci ildə “Forbes” onun sərvətinin 16,6 milyard dollar olduğunu açıqlamışdı. Peyc bu illər ərzində qazancının üstünə 6 milyard da əlavə edərək bu il dördüncü yerdə möhkəmlənib.

Ceff Bezos
3. Ceff Bezos – 25,2 milyard dollar
“Amazon.com” internet-mağazasının qurucusu, 49 yaşlı Bezos e-ticarətin inkişafında misilsiz xidməti olmuş insandır. Prinston Universitetində kompüter elmləri üzrə təhsil alan Bezos 1994-cü ildə Amazon.com-un əsasını qoyub. Cəmi 5 il sonra “Time” jurnalı onu ilin adamı seçib. Arvadı ilə birgə homoseksual evliliklərə icazə qanunun qəbulu üçün 2,5 milyon dollar xərcləyib.

Larri Ellison
2. Larri Ellison – 43 milyard dollar
68 yaşlı biznes maqnat Ellison “Oracle” proqram təminatı sisteminin yaradıcısıdır. Ellisonun digər həmkarı Stiv Cobs kimi bioloji valideynləri ilə arası yoxdur, əsas ailəsi kimi onu böyüdən Ellisonlara minnətdardır. Bioloji anası Larrinin 9 aylığında pnevmaniyaya yoluxmasını və ona lazımınca baxa bilmədiyini əsas gətirərək onu Ellisonlara verib. 4 dəfə evli olub. İki övladından savayı varisi olmayan biznes maqnatın evlərinin, maşınlarının sayı-hesabı yoxdur. 2012-ci ildə 41 milyard dollarla “Ən zəngin amerikanlar” siyahısında 3-cü yeri tutub və bir ilə 2 milyard qazanmaqla “Forbes”un siyahısına daxil olub.

Bill Geyts
1. Bill Geyts – 67 milyard dollar
Milyarderlər siyahısının daimi üzvü 57 yaşlı Bill Geytsi tanımayan adam tapılmaz. O, çoxlarımızın hər gün istifadə etdiyi “Microsoft” proqram təminatını hazırlayan şəxsdir. Geyts yerli hakimiyyətin sifarişi ilə küçə hərəkətinin nizamlanması üçün proqram yazanda cəmi 15 yaşı olub, bu layihədən hətta 20 min dollar da qazanıb. Atasının istəyi ilə Harvard Universitetinə daxil olaraq hüquq sahəsi üzrə təhsil almağa başlayıb. Təsadüfən aldığı 397 dollarlıq kompüterə proqram təminatı yazmaq Geytsi gündən-günə varlandıraraq 31 yaşında milyarderlər siyahısına salıb. “Time” jurnalının dəfələrlə ilin adamı seçdiyi Geyts indiyədək xeyriyyə məqsədi ilə 17 milyard dollar xərcləyib.


Tarix: 26.11.2014 / 13:01 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Maraqlı Melumatlar