beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəmağıllılığa dücar olmamaq ücün əcnəbi dilləri öyrənmək lazımdır

Kəmağıllıqla bağlı aparılan araşdırmalar alimlərin belə bir nəticəyə gəlməsin səbəb olub.Belə ki, Hindistanın Heydərabad şəhərindəki Nizam Tibb Elmləri İnstitutu və Edinburq Universitetinin birgə apardığı araşdırmaya görə, ana dilindən başqa bir xarici dil bilən insanlar təkdilli şəxslərlə müqayisədə azı 5 il daha gec kəmağıllılığa düçar olurlar.

Türkiyə məbuatına istinadən verdiyi məlumata görə, elm adamlarının 650 kəmağıllılıq xəstəsi üzərində apardığı araşdırmaya görə, birdən çox dildə danışan insanlarda Alzheimer və digər beyin xəstəliklərinə daha gec-gec rast gəlinir.
Mütəxəssislər bildirirlər ki, sözügedən tədqiqat indiyədək aparılmış ən geniş araşdırmadır.

Tədqiqat qrupunun üzvü Tomas Bax qeyd edib ki, əldə edilən məlumatlar birdən çox dil öyrənməyin kəmağıllılığın müaciləsində istifadə edilən dərmanlardan daha təsirli olduğunu göstərib.

Araşdırmanın nəticələri ABŞ Nevrologiya Akademiyasının jurnalı olan «Neurology»də nəşr edilib.


Tarix: 26.11.2014 / 13:18 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı Melumatlar