beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaz liderlər

Heyvan sürüsündə deyil, ofis kollektivində çalışmağımıza baxmayaraq, quşlardan öyrənəcək çox şeyimiz var; məsələn, bir komandada çalışmaq kimi. Təsadüfi deyil ki, özünə hörmət edən bütün liderlik kurslarında “Geese Lessons (Qazların təlimatı)”nı nümayiş etdirirlər.
Məqsədə çatmaq

Hər bir qaz qanadlarmı enli açıb yelləyərkən, ardınca uçanların yerdən qaxması üçün havalanma enerjisini artırmış olur. Bununla da bir dəstədə uçarkən quşlar mənzil başına çatma vaxtını 71% azaldırlar. Yəni komanda kimi çıxış edərək, işlərini də yoluna qoymuş olurlar.

Bəs biz? Eyni məqsəd uğrunda birləşərkən yanımızda olanların da işini asanlaşdırır və daha çox nailiyyət qazanmağa kömək etmiş oluruq.
Bir komanda olmaq

Quşlardan biri dəstədən ayrı düşərkən, hava axınının ona qarşı güclü müqavimətini və uçuşun bütün ağırlığını özü təkbaşına çəkməli olur. Ona görə də yerinə mümkün qədər tez çatmağa çalışır ki, dəstədən geri qalmasın. Necə deyərlər, qazlar da yəqin, gücün birilkdə olduğunu başa düşüdər.

Bəs Biz? Əgər biz də quşlar qədər ağıllı olsaydıq, düzgün istiqamətə yönələn komandanın tərkibində hərəkət etməyə çalışar, kömək göstərməyə və göstərilən dəstəyi minnətdarlıqla qəbul etməyi öyrənərdik.
Etibar etməyi bacarmaq

Dəstənin başında uçan qaz yorulduqda öz yerini yanındakılara verir.

Bəs Biz? Qazlardan dərs almağa başlasaq, pis olmaz. Biz insanlar əksər hallarda etdiyimiz işi başqasının öhdəsinə buraxmaqdan ehtiyatlanırıq, amma hərdən öz işimizi iş yoldaşlarımıza etibar edib, bir dəfə də bizim deyil, onların istədiyi kimi olmasına izin versəydik, daha çox enerji və gücə sahib olardıq.
Narahat olmaq və kömək etmək

Bəzən elə olur ki, uçuş zamanı dəstədə quşlardan biri yorulur və geri qalmağa başlayır. Bu zaman iki qaz onu müşayiət edib qorumaq üçün onunla birgə dəstədən ayrılıb yerə enir. Beləliklə də dəstədəki “yoldaş”ına dəstək olduğunu nümayiş etdirir.

Bəs Biz? Əgər quşlar bərkə düşəndə bir-birini qorumağa çalışırlarsa, insanlar onlardan da artıq öz dəstəklərini göstərməyi bacarmalıdırlar. Çətin anlarda bunu heç bir zaman unutmamalıyıq: bir-birimiz üçün edə biləcəyimiz ən vacib şeylərdən biri bərkə düşəndə yaxınlıqda olmaqdır.
Bir-Birini ruhlandırmaq

Niyə quşlar uçuş zamanı qaqqıldayır?

Onlar liderlərinə geri qalmayıb eyni sürətlə irəlilədiklərini bildirmək üçün bunu edirlər. Liderlər isə öz növbəsində onlara cavab verirlər ki, hammı eşitdiyini başa düşsün.

Bəs Biz? Xoş sözlər, razılıq və dəstək hamıya lazımdır, təkcə sıravi işçilər deyil, liderlər də tələbələrin dəstəyinə ehtiyac duyur. Bir-birimizi ruhlandırmağa davam etdikcə uçmağa (daha doğrusu, işləməyə nə var ki?)


Tarix: 28.12.2012 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 643 Bölmə: Maraqlı Melumatlar