Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir insanda 24 şəxsiyyət

Uilyam (Billi) Stenli Milliqan 1955-ci ildə Mayami-Biçdə anadan olub və bir müddət sonra bütün psixiatriya haqqındakı kitablara düşmüşdür.

Billi Milliqanın daxilində kənardakı insanların fərqləndirə biləcəyi 24 şəxsiyyətin xüsusiyyətləri cəmləşmişdi. Hər bir ayrı şəxsiyyət özünün unikal həyatı ilə yaşayırdı, sanki bir bədəndə bir neçə fərqli insan vardı.

1970-ci ilin sonunda Billi Milliqan ABŞ-ın Oqayo ştatında tanınmış məhkəmə işində adı hallanmışdı, bir neçə soyğunçuluq və 3 cinsi zorakılıq hadisəsində ittiham olunmuşdu, lakin, özünün psixi pozğunluğu faktının obyektiv şəkildə sübüta yetirilməsindən sonra psixiatrik nəzarətə alınmışdı.

Billi Milliqanın 24 şəxsiyyətinin xüsusiyyətlərindən yalnız 10-u üzdə olurdu, qalanları isə müxtəlif əxlaqsız davranışlar səbəbindən qarşısı sərt şəkildə alınırdı. Həkimlər və alimlər Billi Milliqanın “aləmindəki şəxsiyyətlər” ilə çətinliklə də olsa tanış ola bilmişdilər:

* Birinci və əsas şəxsiyyət - Bu Billinin özüdür, hansı ki, daima özünə qəsd etməyə çalışır. Boyu – 183 sm., çəkisi – 86 kq., saçlarının rəngi – şabalıdı. 16 yaşında olanda o, özünü damdan atmağa çalışmışdı, lakin içindəki digər “şəxsiyyətlər” buna imkan verməmiş və onu 6 il “yuxuya” salmışlar, yalnız nadir hallarda onu “üzə çıxmağa” icazə verirdilər. Hər belə “üzə çıxış” Billi üçün əsl şok idi, çünki o, özünü ölmüş hesab edirdi; qorxudan əlinin altındakı istənilən alətlə özünə qəsd etməyə çalışırdı.

* Artur – 22 yaş. Nəfis xarakterli, təhsilli, düzgün təfəkkürlü, düşüncəli ingilis adam. İngiltərə aksenti ilə danışır. Vaxtının çox hissəsini kitabxanada keçirir. Hemotologiya yönümlü tibb və elmdə mütəxəssisdir. Ərəbcə sərbəst yazır və oxuyur. Milliqanın bədənində tək olmadığını müəyyən edə bilmişdir. Bədənin digər “üzvləri” üçün davranış qaydalarını müəyyən etmişdir. Eynək taxır.

* Reycen Vadaskovinich, 23 yaşı var. Yuqoslaviyalı olub, ingiliscə danışıqda nisbi slovyan aksenti ilə danışır. Serb-xorvat dilində yazır və oxuyur. Çəkisi — 95 kq-dir. İri və güclü əlləri, uzun qara saçları və sallanan bığları var. Daltonik olması səbəbilə ağ-qara rəsmlər çəkir. Mahir nişancıdır, karate ustasıdır və özündəki adrenalini idarə edə bilməsi səbəbilə qeyri-adi gücünü qoruyub saxlaya bilir. Reycenin zəif cəhətləri – qadınlar və uşaqlardır, yemək və əşya oğurlamaq lazım gəlsə belə onlara tərəddüd etmədən köməklik edir. Billi Milliqan həbsxanaya düşən zaman daxilindəki Reycen ona yardım edirdi.

* Allen – 18 yaş. Fırıldaqçı, manipulyator və əla danışıq qabiliyyəti vardı. Balaban çala bilir və portret çəkə bilirdi. Boyu Billinin boyu boyda olsa da, çəkisi onun çəkisindən azdır – 75 kq… Saçlarını sağdan başlayaraq darayır. Digərlərindən fərqli olaraq siqaret çəkir və sağ əl ilə iş görür. * Tommi – 16 yaş. Həbsdən qaçmaq üzrə ustaddır. Elektrik işlərini özü müstəqil olaraq öyrənmiş, elektrik və mexaniki qurğuların işləmə prinsipini mənimsəmişdir və istənilən qıfılı aça bilir. Öz əzələ və əzələ bağlarını idarəetməyi öyrənmiş və qandallardan qurtulmağın yolunu mənimsəmişdir. Saksafonda ifa edə bilir və mənzərə rəsmləri çəkir. Aqressivdir, ünsiyyətcil deyil. Açıq-qəhvəyi saç və tünd kəhrəba rəngli gözləri var.

* Denni – 14 yaş. İnsanlardan qorxur, xüsusən kişilərdən. “Atalığı bir zamanlar” yalnız nəfəs almaq üçün yer saxlayaraq, onu diri-diri torpağa basırdığı üçün, torpağın istənilən formasında qorxur. Çiyininə qədər saçları, mavi gözləri və arıq bədən quruluşu var.

* Devid – 8 yaş. Çox həssas və kövrəkdir, lakin səhlənkardır. Vaxtının çox hissəsini nə üçün cəzalandırıldığını bilmədiyi üçün çaşqınlıq içində keçirdir.
Saçları tünd qəhvəyi-qırmızı, gözləri mavi və hündür olmayan boyu vardır.

* Kristin – 3 yaş. Küncə qoyulası uşaq obrazındadır. Səbəb isə odur ki, məktəbdə və evdə küncə qoyulurdu. Danışıq qüsurunun olmasına baxmayaraq, çap hərfləri ilə yazıb-oxuya bilən təfəkkürlü balaca ingilis qızıdır. Rənglərlə və kəpənəklərlə rəsm çəkib rəngləməyi xoşlayır. Gözləri mavi rəngli, çiyninə qədər uzanan açıq rəngli saçları var. Milliqan vücudundakı şəxsiyyətlərin “sevimlisidir”.

* Kristofer – 13 yaş. Kristinin qardaşıdır. İngiltərə aksenti ilə danışır. Sözəbaxan olmağına baxmayaraq, dəcəl uşaqdır. Dodaq qarmonunda ifa edə bilir. Saçlarının rəngi Kristindəki kimi açıq palıdıdır, lakin saçın qabağı qısadır.

* Adalana – 19 yaş. Lesbiyandır. Utancaq və özünə qapanıqdır, şer yazır, Milliqanın bədənindəki digər şəxsiyyətlərin əvəzinə yemək hazırlayır və ev təsərrüfatı ilə məşğul olur. Düz, uzun qara saçları var. Xəstəliyi səbəbindən gözlərinin özündən asılı olmayaraq kənarlara qaçmasına görə Adalanaya “Oynayan gözlər” deyirlər.

Afinadakı Psixoloji sağlamlıq mərkəzində müalicə kursu alan zaman Billi Milliqanın bədəninin şəxsiyyətlərini birləşdirən 24-cü bədən “üzvü” – “Müəllim” şəxsiyyəti özünü açıq şəkildə göstərdi. 1991-ci ildə 10 illik intensiv müalicədən sonra Billi Milliqan “məqsədə istiqamətləndirilmiş” hesab edilərək azadlığa buraxılmışdır. Onu Proqramlaşdırma, Fiziki və Riyaziyyat maraqlandırırdı. 1991-cu ildə Billi “Harsesis” adlı geniş ünsiyyət imkanlarına malik olan süni intellekt proqramını yazmış və çoxlu sayda internet saytları yaratmışdır.

Hal-hazırda 58 yaşlı Billi Milliqan Uşaq Hüquqlarının Müdafiəsi birliyində çalışır, zərər çəkmiş uşaqların iddialarının sığorta şirkətlərində təmin olunması üzrə danışıqlar aparır. Həbsdə olan savadsız insanları konsultasiya edir və onların təhsil almasına köməklik göstərirdi.


Tarix: 26.11.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Maraqlı Melumatlar
loading...