beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə qanunlar 3

Uğursuzluq cinayət deyil, əsl cinayət məqsədinə çatmaq üçün öz imkanlarından aşağıda durmağındır - Ceyms Rassel

ABŞ-ın Mobil şəhərində canavar kimi ulamaq qadağan olunub. Bunun isə öz tarixçəsi var. Vaxtilə bu şəhərdə yerləşən hərbi hissənin əsgərlərinin geyimlərinin qollarında canavar emblemi var imiş və onlar hər axşam yerli barlara yığışaraq canavar kimi ulayırmışlar. Bu isə öz növbəsində yerli əhalini hövsələdən çıxarırdı. Hərbi hissə bağlansa da, qanun hələ də öz qüvvəsini itirməyib.

İngiltərənin paytaxtı Londonda avtobusda yatmaq qadağan olunub. Belə ki, Londonun avtobus kampaniyası bir qadına qarşı iddiaçı kimi çıxış edərək bildirib ki, qadın avtobusda yuxulayaraq öz dayanacağını ötüb keçmişdir. Bu səbəbdən də onun aldığı bilet vaxtı keçmiş hesab edilməlidir. Qeyd etmək lazımdır ki, Londonda avtobuslara biletin qiyməti gediləcək məsafədən asılıdır.

ABŞ-ın Kaliforniya ştatının qanununa görə hərəkət edən nəqliyyat vasitəsindən vəhşi heyvanlara atəş açmaq qadağandır. Lakin bu qanun okeanlarda balina ovu ilə məşğul olanlara şamil edilmir. Məsələ burasındadır ki, bu qanun qəbul edilməmişdən əvvəl (XIX əsrin ikinci yarısında) amerikalılar qatarla savannadan keçərkən pəncərədən bizon sürülərinə heç bir ehtiyac olmadan atəş açırdılar. Bizonların nəslinin kəsildiyini görən hökumət bu qanunun qəbul edilməsinə nail olur.

Braziliyanın qanunvericiliyinə görə poçt vasitəsilə binaların göndərilməsi qadağandır. Çünki 1916-cı ildə bir braziliyalı sökdüyü binanı başqa bir vilayətə köçürərkən daşınma xərclərindən qurtulmaq üçün poçt xidmətinə müraciət etmişdir. Fərasətli vətəndaş 400 000 tonluq kərpic binanı poçtla bir vilayətdən digərinə göndərəndən sonra bu qanun qəbul edilmişdir.

Yeni Zelandiyada ər öz arvadının saçlarının sahibi sayılır. Buna görə də ərinin razılığı olmadan qadın saçlarını kəsdirə bilməz.

Meksikada bir adamın digərini dişləməsi yüngül xəsarət kimi qiymətləndirilir. Əgər dişləyən adamın dişləri protezdirsə, bu ağır fiziki xəsarət sayılır.


Tarix: 25.11.2014 / 18:59 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Maraqlı Melumatlar