beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bermud üçbucağı: Həqiqət, yoxsa əfsanə?

Xəritələrə baxsanız, Atlantik ökeanında bir tərəfi Mayami, bir tərəfi Puerto Rikoya digər tərəfi Bermud adalarına baxan yanlış formalı üçbucaq görünür. Əfsanələrə görə, bir çox adamlar, gəmilər, təyyarələr sirli şəkildə bu rayonda itkin düşürlər. İtkin düşənlərin sayı əsasən kimin üçbucağın yerini nə qədər bilməsindən və hesabatları necə aparmasından asılı olur. Üçbucağın ölçüləri 0.93-dən 2.79 mln.kv.metrə qədər dəyişir. Hər şey müəllifin təsəvvüründən asılıdır ( bəziləri Bermud üçbucağını Azor adalarına, bəziləri Meksika körfəzinə, bəziləri isə Vest-Hind adalarına aid edir). Bəzi tədqiqatçılar hesab edirlər ki, bu ərazinin sirri gedib Kolumba çıxır. Hesabı məhz həmin dövrdən aparsaq Bermud üçbucağında son 500 ildə 200-dən 1000-ə qədər hadisə baş verib. Hərbi- Dəniz, tarixi mərkəzinin əməkdaşı Hovard Rozenberq iddia edir ki, 1973-cü ildən bəri ABŞ-ın sahil mühafizəsi 8000-dən artıq fəlakət siqnalına cavab verib. Sonuncu yüz illikdə isə Bermud üçbucağında təxminən 50 gəmi, 20 təyyarə itib. Sirli itkinlərlə bağlı yadplanetlilərdən tutmuş Atlantidanın qalıqlarında yaşayan antiqravitasiya alətləri və ya digər hələ bizə məlum olmayan texnologiyalara sahib pis niyyətli insanla qədər çoxsaylı fərziyyələr irəli sürüldü. Bəziləri deyir ki, hər şeyin səbəbkarı qanlı axıntılardır, digərləri deyir əsas səbəb ərazidəki maqnitdir. Əlbəttə ki, biz bu rayonda baş verən bədbəxt hadisələri inkar edə bilmərik. Tədqiqatçı-skeptiklər isə daha çox real səbəblərə üstünlük verirlər. Onlar məsələn, təbiət, uğursuzluq, dəniz quldurları, partlayıcı yüklü gəmilər, savadsız dənizçilər və digər təbii və insan faktorlarına inanırlar. Skeptiklər güman edirlər ki, burada tapılması vacib heç bir sirr və ya izahata ehtiyacı olan heç bir qeyri-adi hadisə yoxdur. Bu rayondan keçən nəqliyyatın həcmini, yerini və sayını nəzərə alsaq fəlakətlərin baş verməsi heç də qeyri-adi deyil. İndiyə qədər heç bir tədqiqat ortaya itkin düşmələrlə bağlı hər hansı qeyri-adi hadisə barədə inandırıcı sübut qoymayıb. Sirli şəraitdə itkin düşmüş gəmilərin və təyyarələrin əksəriyyəti əslində heç də üçbucağa düşmürlər. Əsl sirr Bermud üçbucağının necə əfsanəyə çevrilməsidir. Bermud üçbucağı haqqında müasir əfsanə 1945-ci ildə məşq uçuşlaırnı həyata keçirən ABŞ- a aid, zəncirvari uçan, 5 borbardmançı, torpeda daşıyan təyyarənin itməsi ilə yarandı. Təyyarələrin itməsi ilə bağlı ən məntiqli fərziyyə ondan ibarətdir ki, Çarlz Teylorun idarə etdiyi əsas, öndə gedən təyyarənin kompası sıradan çıxır, digər onu izləyən təyyarələrdə isə heç bir naviqasiya aləti yox imiş. Beləcə qrup orientasiyasını itirir və benzinləri bitir. Benzinsiz təyyarələrə təsir edən ağırlıq qüvvəsindən başqa heç bir sirli qüvvədən söz gedə bilməz. Və ya digər hadisə, xilasedici təyyarələrdən biri uçuşdan dərhal sonra partlayır, amma bu ona görə baş verir ki, benzin bakı problemli olur. Son illərdə Bermud üçbucağının ətrafında daha qalın sirr pərdəsi yaradan çoxsaylı məqalə, kitab verilişlər hazırlanıb. Bütün materialları öyrənən skeptik-realist Lourens Kuşe aşkarlayır ki, əslində bu problemə yalnız bir neçə alim həqiqi məsuliyyətlə yanaşıb. Çox vaxt tədqiqatçılar sadəcə öz fikirlərini irəli sürüblər. Bermud üçbucağı barədə çoxsaylı fanatik fərziyyələrin içində ən uğurlu tapmacanın müəllifi isə Çarlz Berlişdir. 1974-cü ildə onun bu sirrə ithaf edilmiş kitabı ən çox oxunanlar arasına düşür. Lourens Kuşe həmçinin 1945-ci ildə itən gəmilərin tədqiqatları üzrə Hərbi-Dəniz rəhbərliyinin 400 səhifəlik rəsmi hesabatlarını da öyrənir. Məlum olur ki, Rəhbərlik bu insidentlərlə bağlı ümumiyyətlə narahat deyil. Bundan əlavə onlar Berliçin kitabında yazdığı radioqrammalar haqqında ümumiyyətlə heç nə yazmayıblar. Kuşenin fikrincə yazıçı sadəcə olaraq uydurub. Kuşe yazır: “ Əgər Berliç desə ki məsələn gəmi qırmızıdır, tam əmin olmaq olar ki, o başqa rəngdədir”. Yeri gəlmişkən, heç də “Bermud üçbucağı” adını ilk dəfə Berliç yaratmayıb. Jurnalist Vinsent Heddis ilk dəfə olaraq bu rayonu “öldürücü Bermud üçbucağı” adlandırıb. Bu addan isə ilk dəfə olaraq Argosy (orada fərqli hekayələr çap edilirdi), jurnalının 1964-cü il fevral buraxılışında istifadə edir. Qısacası, Bermud üçbucağının sirri, əslində bu mövzuda düşünülmüş spekulyasiyalar aparmağa meylli jurnalistlər və müəlliflər sayəsində əfsanəyə çevrilib.


Tarix: 26.11.2014 / 13:11 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Maraqlı Melumatlar