beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən sirli təriqətləri

Onlar ya dünyanı idarə edir, ya da idarə edənləri təsir altında saxlayır
Deyilənə görə, əslində dünyanı idarə edənlər elə onlardır. Hamımız onların haqqında çoxsaylı miflər, əfsanələr eşitmişik. Söhbət dünyanın ən sirli və cazibədar təriqətlərindən gedir. Türkiyə mətbuatında bu təriqətlər barədə yazılanları Lent.az-ın oxucularına təqdim edirik. Beləliklə...
Dünyanı idarə etdiyi iddia olunan ən sirli örgütlər hansılardı? Onların məqsədləri nədir? Necə yaranıblar? Bu sirli təriqətlər nə qədər insanı birləşdirir?

1. Masonluq
“Mason” kəlməsi “daş ustası” mənasını verir. Başlanğıcda mason qrupları həqiqi masonlardan, yəni daş ustalarından ibarət idi. Amma sonradan hələ də məlum olmayan səbəblərdən qruplara daş ustası olmayan insanlar da daxil oldu və onlara da “Azad və qəbul edilmiş mason” (free mason) deyildi.
5 milyon üzv
Masonluğun 16-cı əsrin sonu, 17-ci əsrin əvvəlində yarandığı bildirilir. Bu, bir növ “Qardaşlıq” qruplaşmasıydı. Hazırda dünyanın bir çox ölkəsində yayılıb və 5 milyon üzvü var. Sadəcə İngiltərə, İsveçrə və İrlandiyada 480 min, ABŞ-da isə 2 milyon üzvü olduğu deyilir.

Masonların gizli sirləri
Masonların ən dəyərli simvolizmi sirr və gizlilikdir. Masonluqda simvollardan biri də rituallara dərindən yiyələnmək, onları yaymaq və uzunömürlülüyünü saxlamaqdır. Bundan başqa, xüsusi mason kəlmələri, işarələri də mövcuddur.

2. İllüminati
Bu təriqət 1776-cı ildə Almaniyanın Münhen şəhərində Adam Veişaupt adlı bir hüquq professoru və Baron fon Knigge tərəfindən yaradılıb.

Savad, savad, savad...
İllüminati, “savadlanmış, maariflənmiş, bilimli” mənasını verir. Bu qrupun məqsədi cəhalətlə, təzyiqlə və kilsə ehkamları ilə mücadilə etməkdir. Əvvəlcə əsl məqsədləri din doqmalarından uzaq olmaq, azad düşünmək, Nyutonçu pozitiv düşüncənin önünü açmaq idi. Sonralar isə gizli siyasi məqsədlər də güdülməyə başlandı. İllüminati dünya siyasət tarixində bəlkə də üzərində daha çox gizlilik nəzəriyyəsi daşıyan qrup halına gəlib.
Kilsəyə qarşı
İllüminati təriqətinin yaradılmasının əsl məqsədi barədə bunları deyirlər: “Kilsənin düşüncə tərzinə və əsl məqsədlərinə böyük antipatiyası olan Qalileo Qaliley bir qrup yaradaraq, din ehkamları ilə mübarizə aparmaq üçün parlaq və zəkalı gəncləri, həddən artıq ağıllı insanları bir yerə toplayıb, onlara azadlığın, azad düşüncənin, maariflənmənin faydasını başa salmağa çalışıb. 1774-cü ildə Mason olan Veişaupt bu əməllərin masonluq içərisində də olduğunu bilsə də masonluğun fəlsəfəsinin daha çox siyasət üzərində qurulduğunu görürdü. Bundan başqa, o, Almaniyada böyük təsirə sahib olan kilsə hegemonluğuna son vermək qərarına gəldi. Elə bu məqsədlə də 1776-cı ildə özü kimi düşünən 11 insanla bərabər “İllüminati”ni qurdu.

3. Opus Dei
Opus Dei, 1928-ci ildə Madriddə adi bir keşiş olan Jose Maria Escriva de Balaguery Albas tərəfində qurulan 79 illik İspan əsilli bir təşkilatdır.
Katoliklərin təriqəti
Katolikliyə sadiq, inancları və iş-güc sahibi olan insanları bir yerə toplayaraq Papaya Vatikandan kənarda dəstək olacaq bir qrup yaradıldı. Bu qrupa yaxşı təlim keçmiş, elit insanlar qəbul edildi. Bu günə kimi də Opus Dei Vatikanda ən görkəmli təriqətlərdən biri hesab edilir.
Gizli bir örgüt olan Opus Deinin bütün üzvləri katolikdirlər. Bundan başqa, qrupda hər ölkəyə görə cavabdeh olan Kardinallar var. Onlara görə, Papanın şəxsi Kilsədən də üstündür. Düşüncələrinə görə, Papa Tanrı Krallığının müqəddəs öndəridir. Belə bir mərtəbəyə yüksələ bilən insan isə əlbəttə, hamıdan üstün bir insandır. Bu düşüncələrlə də təriqət üçün kilsə ikinci plana düşür.
Heyrət ediləcək sərvət
2,8 milyard dollar sərvəti, 15 universiteti, 97 təlim məktəbi, 36 ibtidai məktəbi olan Opus Dei ilə bağlı indiyə kimi bir çox mübahisələr olub. İndiyə kimi onların barəsində müxtəlif fikirlər və ittihamlar səslənsə də təriqət bunların heç birinə aydınlıq gətirməyib.

4. Quru kəllə və sümüklər təriqəti
Bu təriqət Nyu-Havendeki Yale universitetində 1832-ci ildə Vilyam H.Rasselin başçılığı ilə bir qrup tələbə tərəfindən qurulub.
Örgütə girmək asan deyil
“Quru kəllə və sümüklər” təriqəti Yalenin digər gizli örgütləri (Fərman və Açar, Kitab və İlan, Qurd Başı, Eliyahu və Berzelius) arasında ən qədimi və etibarlısıdır. Bu universitetin son kurslarındakı tələbələrindən hər il sadəcə 15 insan təşkilata daxil ola bilir.
Hədəf yeni dünya düzəni
Ən böyük hədəfləri Yeni Dünya düzənini gerçəkləşdirməkdir. Təriqətə qatılanları da bu hədəfə uyğun olaraq təlimləndirirlər. 1898-ci ilə qədər ABŞ-ın rəsmi rəhbərliyi üzərində sadəcə bir qədər təsir imkanları var idi. Təriqət dünyanın ən zəngin insanlarına yetişməyə çalışır. “Quru kəllə və sümüklər” təriqətinin digər mason örgütlərinə nisbətən Amerikada daha çox yayıldığı və təsir gücünün olduğu da bildirilir.

5. Trilateral Komissiya
Bu 1973-cü ildə Devid Rokfeller, Henri Kissencer və Zbiqnev Bzejinski tərəfindən qurulmuş gizli bir örgütdür.
Təriqətin məqsədi
Bu təriqət toxumları ABŞ-da cücərən “Yeni dünya quruluşu” fikrini dünyaya, yəni Şimali Amerika, Avropa və Yaponiyaya daha yaxşı yaya bilmək üçün yaradılıb.
Tək dünya dövləti qurulsa, piramida birləşəcək
Bzejinski 1973-1976-cı illər arasında rəhbərlikdə olub. Təriqətin simvolu su şəkilindədir. Belə ki, Yer kürəsinin üç tərəfindən su axını birləşmək üçün eyni səmtə axır, lakin hələ birləşməyiblər. Bunları birləşdirən tək və çox böyük üçbucaq meydana çıxır. Üçbucaqların hər biri trilateralın üç bölgəsini göstərir. Üçbucaqlar həm də piramidanın simvoludur. Böyük piramidanın birləşməmiş olması onu göstərir ki, hələ tək dünya dövləti qurulmayıb.

6. Bogema klubu
1872-ci ildə qurulub. Təriqətin əsas üzvləri ABŞ-ın qərbindəki elit təbəqədir. Respublikaçı prezidentlər və prezidentliyə namizədlərin hamısı bu təşkilatın üzvüdür.
Hər bölgədə izləri var
Fəaliyyətləri son dərəcə gizli olan bu təşkilatın aşkara çıxmasına ABŞ dövlət gücləri əngəl olur. Bununla yanaşı, mərkəzdəki evlərdə eyni anda yüzlərlə insanı həftə sonu bir araya gətirə bilirlər. ABŞ-ın hər əyalətində izləri var. Simvolları bayquşdur. Rituallarda bayquşa itaət edirlər və bayquş motivindən istifadə edirlər.
Əsas nöqtələrdə zəngin üzvlər var
Bogema klubu həm çox zəngin, həm də əsas nöqtələrdə elitarların olduğu daha üstün və daha çox gizli bir klubdur. 1000-ə yaxın ABŞ eltarı intensiv olaraq həftə sonu Kaliforniyada və ya digər əyalətlərdəki iri həyətyanı sahəsi olan evlərdə toplanıb, tədbirlər keçirirlər. Eyni zamanda başqa rituallara da əməl edirlər.


Tarix: 26.11.2014 / 11:34 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Maraqlı Melumatlar