beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanın sifət quruluşuna görə xarakteri

Çinli alimlər insan xarakterlərini üz çizgilərinə görə müəyyən etməyin mümkünlüyünü bildirirlər. Çinli alimlər üz çizgilərinə görə xarakteri müəyyənləşdirərkən alın, burun, çənə, qaş, göz və dodaqların quruluşunu əsas götürürlər.

Alın insanların düşüncələrini inkişaf etdirmə üsulları haqqında məlumat verir. Geniş alına sahib olan insanlar güclü xəyal gücünə və yüksək intellektə malikdirlər. Dar alın insanların diqqətli, vaxtda önəm verən, riyazi bacarıqlarının yüksək olduğuna işarədir. Donqar alına sahib olanlar isə təşəbbüskar, yola gedən və paylaşımçı olaraq qəbul edilir.

Gözlər həyata baxış tərzini və stress vəziyyətində davranış qaydalarını ortaya qoyur. Gözləri çuxurda olan insanlar ciddi və sirli olduğu halda, gözləri sifətə yaxın olanlar vasvası, qərarlı, ən xırda detallara önəm verən insanlardır.
Böyük gözlər isə açıq sözlü, kübarlıq və sözünə inam olan insanlardan xəbər verir. Kiçik gözlər isə insanın diqqətini asan çəmləşdirməyi bacarmasından və qapalılığından xəbər verir.
Sallaq gözlü insanlar isə həyata optimist baxmağı sevmir. Dəmbə gözlərə sahib olanlarda isə yaşamaq həvəsi yüksək olur və eyni zamanda bu cəhət insanların küsəyən olmasından da xəbər verir.

Burun insanların iş həyatındakı seçimləri və madiyyata olan baxış tərzini ortaya qoyur. Enli burunlu insanlar iş həyatında özünə inamı olan insanlardır. Dar burunlu insanlar isə idarəçiliyi və zəmanətkeşliyi sevən insanlardır. Böyük burun insanın idealistliyi və lider olma istəyinindən xəbər verir. Sallaq (dimdikli) burun insanlarla yaxşı ünsiyyət qurmaq bacarığının olduğuna işarədirsə, yumru və şiş burun isə insanların qənaətcil olmasına işarədir.

Çənə insanın özünü müdafiə üsulunu və təcavüzkarlıq səviyyəsini müəyyənləşdirir.
Geniş çənə avtoritarlığı, mərhəmətsizliyi və enerjini ifadə edir. İti çənə insanların tez əsəbiləşən xarakterə malik olduğunu ifadə edir. İkiyə ayrılmış çənə qərarsızlığı bildirirsə, yumru çənə enerjililiyi və canlılığı, irəliyə doğru çıxan çənə isə insanın inadcılığı və xoş görünüşlüyüdən xəbər verir.

Dodaqlar insanların düşüncələri ifadə etmə bacarığını və seksual dünyagörüşünü ortaya qoyur. Qalın və sallaq dodaqlar insanın comərd olduğunu biruzə verirsə, incə dodaqlar az danışmağı sevən insanlardan xəbər verir. Belə dodaqlara sahib olan insanlar eyni zamanda ehtirası və mühafizəkarlığı ifadə edir. Həddindən artıq qalın alt dodaq isə insanın tənbəl və zövqə düşkün olduğunu göstərir.

Qaşlar insanların önəmli hadisələr zamanı necə qərar qəbul etdiyini bildirir. Sallaq qaşlar insanların əlaqələri ciddi qəbul etdiyini, hündür qaşlar hirsli olduğunu, tez hövsələdən çıxdığını ifadə edir.
Uzun qaşlar güclü və mübarizə aparmaği sevən insaların əsas göstəricisidir. Nazik qaşlar isə qərarından tez daşınan və elastik quruluşu ifadə edirsə, birləşmiş qaşlar macəra sevən, düz qaşlar isə insanın optimist olduğunundan xəbər tutmağa imkan yaradır.

Qulaqlar ətrafındakılara təsir və təsiri altına düşmə səviyyəsini bildirir. Böyük qulaqlar insanın musiqi sahəsində bacarıqlı olmasından xəbər verir. Normal qulaqlar ciddilikdən xəbər verirsə, başa birləşik qulaqlar cəmiyyət qaydalarına bağlılığın əsas göstəricisidir. Böyük və çömçə qulaqlı insanlar isə danışmağı çox sevirlər.

Üz quruluşu insanın romantik olub-olmamasından və ağıl səviyyəsindən xəbərdar olmağımıza kömək edir. Həddindən artıq uzun üzlü insanlar qürurlu, sifət qurluşu kök olan insanlar maddiyyatçı, əyləncəyə, istirahətə düşkün, sümüklü üzə sahib olanlar işləməyi sevən və ürkək, arıq üz qurluşlu insanlar isə dərin düşüncəli və diqqətli insanların əsas göstəricisidir.


Tarix: 26.11.2014 / 11:47 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Maraqlı Melumatlar