Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşhurlar ölüm anında 2

Henri Vord Biçer
19-cu əsrdə yaşamış kifayət qədər təzadlı və sərt amerikalı xristian təbliğatçısı olub. Nitqlərində o, kilsə camaatına ölüm haqda və ona hazırlıq haqda öyüd nəsihətlər edərdi. O, axirət dünyası haqda dəfələrlə söhbətlər edərdi. Lakin öz ölümü qabağı, həkimini çağıraraq, ona belə deyib: “Həkim, indi mən sirlər dünyasına qərq oluram”.

Kraliça Yelezaveta
Zəmanəsinin ən yaxşı həkimləri ilə əhatə olan kraliça ömrünün son anına qədər həyatı uğrunda mübarizə aparıb. Lakin hər şeyin sonunun çatdığını hiss edən Yelezaveta son qüvvəsini toplayaraq, yumruqlarını silkələyib: “Daha bir an həyat üçün bütün var-dövlətimi...”, — deyərək ölür.

Vilyam Porter
Ogenri ləqəbi ilə məşhur olan yazıçı ölümündən əvvəl uzun müddət xəstə yatır. Ölümündən əvvəl isə o, ən yaxın dostunun əlini tutaraq belə deyib: “Çarli, mən qaranlıq zülmətdə evə getməyə qorxuram”.


Tomas Mor
İngilis mütəfəkkiri, katolik kilsəsinin yazıçısı gözləri bağlı halda edam kürsüsünə gətirilərkən cəllada belə deyir: “Sən mənə yalnız lazımi yerə qədər sağ-salamat getməyə kömək et, oradan isə səyahətə kənar kömək olmadan özüm gedəcəyəm”.

Con Berrimor
Məşhur amerikalı kino və teatr aktyoru ölümündən əvvəl bir neçə saat huşsuz vəziyyətdə olub. Huşu özünə qayıdanda o, yanında duran dostu Cin Faulerə: “Cin, mənə düzünü de görüm, sən həqiqətən Buffalo Billin qanunsuz övladısan?”, — deyib.

Samuel Hart
İntibah dövrünün məşhur həkimlərindən olan Hart kral ailəsini müalicəsilə məşğul imiş. Ölümündən əvvəl o, yanında olan həmkarlarına belə müraciət edib: “Cənablar, sizdən xahiş edirəm, kənara çəkiləsiniz ki, mən öz ölümümlə ölüm”.

Qrafinya Ruanskaya
Ölüm yatağında olan qrafinyaya xidmətçiləri onu görməyə gələn bir nəfərin bayırda gözlədiyini xəbər verir. Qrafinya həmin xidmətçi ilə bu məzmunda bir kiçik məktub göndərir: “Qrafinya Rusnkaya xoş arzularını göndərərək bildirir ki, o, ölümə hazırlaşır”.

Ceyms Smitson
Məşhur Smitson İnstitutunun yaradıcısı “qara yumor”u sevərdi. Ölümündən əvvəl belə bir cümlə işlədir: “Mən istəyirəm ki, ölümümdən sonra cəsədimi yarıb, nədən öldüyümü araşdırasınız. Mən ona görə ölürəm ki, xəstəliyimi təyin edə biləsiniz”.

Tomas Edison
Tomas Edison yavaş və çox ağır ölümlə dünyadan gedib. Ölümündən bir neçə gün əvvəl o, yuxudan qəfil ayılır və heç kimin köməyi olmadan yatağında oturaraq, bir müddət donub qaldıqdan sonra həyat yoldaşına belə deyir: “Təəccüblüdür! Ora necə də gözəldir!”


Kral l Fridrix
Prussiya kralı birinci Fridrix ölüm yatağında olarkən rahib onun yatağı kənarında dua oxuyur. Duanın “mən dünyaya çılpaq gəldim, çılpaq da gedirəm” sözlərinə çatarkən Fridrix rahibin əlini itələyərək belə bağırır: “Məni çılpaq dəfn etməyə cürət etməyin, yalnız rəsmi geyimdə”.

Balzak
Ölərkən Balzak hekayələrindən birinin qəhrəmanını təcrübəli həkim Bionşonu düşünərək: “O, məni xilas edərdi...”, — deyib.


Vladimir İliç Lenin əqli pozuntulara düçar olaraq, hər bir şeydən, hətta stol və stullardan belə üzr istəyirdi.


Tarix: 26.11.2014 / 11:51 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Maraqlı Melumatlar
loading...