Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Herostrat və Artemida məbədi

Miladdan öncə 21 iyul 356-cı ildə, Efes şəhərinin gənc sakini, Herostrat, dünyanın yeddi möcuzəsindən biri sayılan Artemida Məbədini yandırdı. Herostrat işgəncə təzyiqi altında təqsirini etiraf etdi. Səbəb kimi isə məbədi şöhrət qazanmaq üçün yandırdığını bildirir və istəyib ki, hamı onun haqqında bilsin. Herostratı edam edirlər. Məhkəmənin qərarı ilə, Herostratın adını tarixə yazmaq qadağan olunmuşdu. Məhkəmə qərarını icra edənlər, ev-ev gəzib, — «Herostratı xatırlamaq qadağandır!» — bağırırdılar. Beləliklər, hamı bildi ki, məbədi Herostrat yandırıb. Yəni, Herostratın adını unutdurmaq istəyən məhkəmə, əksinə, onu məşhurlaşdırdı. «Herostrat şöhrəti» ifadəsi idiomatik oldu. Bu gün də mənfi mənada işlədilir. Bu, hadisənin rəsmi yozumudur.


Gerçəklikdə isə belə olub: Artemida Qədim Yunan Tanrılarından biri idi (Zevsin qızı, Apollonun bacısı). Onun məbədinə çoxlu ianələr, qurbanlar verilirdi. Çox zəngin məbəd olduğundan məbədin ambarında xeyli qızıl, pul və başqa qiymətli əşyalar saxlanılırdı. Bir gün, məbədin kahinləri sövdələşib qərara gəldilər ki, qızılı və pulu məbədin ambarında boşuna saxlamaqdansa, tacirlərə borc verib, pul qazansınlar. Borcu da, təbii ki, faizlə verirdilər.

Bir müddət kahinlərin biznesi yaxşı gedirdi. Amma sonradan borcların qaytarılmasında problemlər yaranmağa başladı. Kahinlər tacirlərdən borcları tələb edəndə, tacirlər borclarını ödəməkdən imtina etməyə başladılar. Tacirlər isə yaxşı bilirdilər ki, kahinlər məhkəməyə və ya başqa yerə şikayət edə bilməzlər, çünki bu zaman məbədin toxunulmaz olan sərvətlərindən şəxsi maraqları üçün istifadə etdikləri hamıya məlum olar.

Kahinlər məbədin ambarında saxlanılan sərvətlər haqqında hər il xalq yığıncağında hesabat verməli idilər. Xalq yığıncağı da ambarda saxlanılan sərvətləri yoxlaya bilərdi. Fırıldaqlarının üstü açılacağından qorxan kahinlər, məbədi yandırdılar. Təqsiri isə atdılar Herostratın boynuna. Hamının da bunu bilməsi üçün, hər yerdə «Herostratı xatırlamaq qadağandır!» elanı verildi. Bax beləcə, təqsirsiz bir gəncin, Herostratın, adı tarixə düşdü və mənfi mənada «Herostrat şöhrəti» kimi istifadə olundu.


Tarix: 26.11.2014 / 11:52 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqlı Melumatlar
loading...