beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tornvud qəsri

Tornvud qəsri 16-cı əsrdə tikilmiş ingilis qəsridir. O Vaşinqtonda, Takoma şəhərində Amerikan çayının kənarında yerləşir.

Əvvəlcə Robinzonlar ailəsi iddia edir ki, qəsrin pəncəsərində qadın görüblər. Sonradan binanın yaxınlığından keçən çoxları həmin qadını gördüyünü deyir.

2001-ci ildə ailə Vaşinqton dövlət komissiyası təşkil edir ki, evdəki ruhları müəyənləşdirsinlər. Qrupda araşdırmaçılar, psixi cəhətdən hissiyyatlı insanlar və maraqlananlar toplaşırlar. Qrupun yaradıcısı isə Henri Bayley olur.

Henri deyir ki, binanın ətrafında heç vaxt hiss etmədiyi auranı hiss edir. Bina ona olduqca canlı görünüb.

Lakin Bayleyin qrupu heç bir ruh görə bilmirlər. Bayley qəsrə dörd dəfə gedir. Dördüncü dəfə çoxdan gözlənilən hadisə baş verir.

Bayley mətbəxdə oturaraq maqnitafona elektron səs dalğalarını yazmağa çalışır. Bu vaxt maqnitafondan eşidilir ki, bir kişi səsi mətbəxdə mahnı oxuyur. Lakin həmin vaxt Bayleydən başqa heç kim mətbəxdə yox idi. Henri ümumiyyətlə heç nə eşitmir. Yalnız evə qayıdıb, yazdığı səsi dinləyəndə açıq-aydın kişi səsini eşidir.

Bayley iddia edir ki, qəsr qədim olduğundan evdəki əşyalar hansısa enerjini özlərində saxlaya bilərlər. Bundan başqa, o evdə iki ruhun olduğunu deyir.

Evdəki ruh daha çox qəsrin əsas girişində görünür. Əgər girişdəki ağac pillələrin ən altdakında otursan və qapı tərəfə baxsan, bir çoxları kimi sən də gənc lord və xanımını görə bilərsən.

Tornvud orta əsrlər İngiltərəsi ilə Amerikanın birləşdiyi bir qəsrdir. Bayleyin sözlərinə görə, elə ona görə də bir çox ruhlar qəsri tərk edə bilmirlər. Ev sahibi deyir ki, qəsrdə ruhlar olsa da, onlar evi tərk etməyəcəklər. Çünki ruhlardan heç bir ziyan görməyiblər, həm də qəsr olduqca gözəldir.


Tarix: 26.11.2014 / 12:48 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqlı Melumatlar