Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş-ayaq dünyanın şirin yalanları

İllüziya latıncadan tərcümədə yanlışlıq, yalan deməkdir. Amma biz illüzayalarda yaşamağı sevirik. Həyatımızın hansısa rəngi çatışmayanda onu parlaq rəngə elə boyayırıq ki, bunun yalan olduğunu anlamırıq. Biz özümüzü aldatmağı sevənlərdənik. Kimsə yaxşıca illüziya yapırsa ona «Əhsən, nec də bacarıqlıdı» deyirik.

Əbədi həqiqət axtarışı

İllüziya psixi cəhətdən tamamilə sağlam adamlarda əmələ gələ bilər. İnsanın dünyanı qavraması çox etibarsız və kövrəkdir. Biz inanırıq ki, şüurumuz ətraf dünyanı oldğu kimi qavrayır və təsvir etməyə qadirdir. Müasir insan isə bununla belə bilir ki, duyğu orqanlarımız da, şüurumuz da bizi vaxaşırı aldadır. Sensor reseptorları (yəni ki, gözümüz, qulağımız, dad bilmə və s. duyğu orqanlarımız) informasiyanı baş beyinin müxtəlif şöbələrinə göndərir. Beyin özü həll edir ki, bu informasiya yaddaşın arxivinə göndəriləcək, yoxsa tamamilə silinib atılacaq, a da qorxular şəklində yuxularda qalacaq.

Mahiyyətcə insana həqiqət axtarışı mütləq lazımdı. Ona görə də dünya durduqca filosoflar, bütün dövrlərin elmi cərəyanları üçün bu, ən vacib məsələlərdən biri sayılırdı. Nəzəri elmin bizə təklif etdiyi üsullar və cihazlar qeyri-kamil və aldadıcıdır. Son illər kvant fizikası hər hansı hadisənin təcrübə yoluyla aşkara çıxarılma məsələsinin də şübhəli olduğunu aşkar etdi. Əgər müşahidəçinin fikri təcrübənin gedişinə təsir etməyə qadirdisə həqiqəti harda axtarmalı? Ona görə də falçılar ona inanmayan müştərilərin falına baxmır, yaxud fokus göstərən üçün zalın ona inanması və burda nəsə sehirli bir şeyin baş verməsi fikrində olması çox vacibdir. Ona gərə də insan həqiqət axtarışında duyğu orqanlarının dediyinə yox, ürəyinni səsinə qulaq verəndə xeyir tapır.

Düşünməyin ki, düşünürsüz

Reallığı anlaya bilməmək kimi böyük bir problem qarşısında aciz olan insan onu da bilir ki, reallıq əslinin orijinal kopyasından ciddi şəkildə fərqlənir. Kamil insan onu da anlayır ki, reallğı sonacan, olduğu kimi qavramaq mümkün deyil. Görəsən insanın duyğularından kənarda olan reallıq varmı? Yəni insan qorxmasa, sevinməsə, heyrətlənməsə, sevməsə, əsəbləşməsə, birr sözlə duyğusuz qalarsa gördüyü reallıq nəyə bənzər? Onu da bilməliyik ki, şüur üzərində nəzarəti itirən kimi beyin avtomatik iş rejiminə keçərək elə nəticələr verməyə başlayır ki, bu insanı məcradan çıxarıb dəli edə bilər. Reallığı görməyin də belə qorxulu fəsadları var.
Şüur heç nə duymur, o bilir, həqiqətin düz üzünə baxır.

Yalanı artıq öz beynimiz bizə verir. Biz sözlə düşünməyin ki, düşünürsüz. Çünki bu vaxt düşünmək əvəzinə beyinin arxivində hazırlanmış informasiyanı oxuyursuz.
Hər kəs içində yaratdığı öz reallığında yaşayır. Buna ilüzor reallıq da demək olar. Absolyut reallıq bizim istək və duyğularımıızdan asılı olmayaraq var və dünyada bir canlı onu qavrayıb anlaya bilməz. Buna Allahın dərgahı da deyə bilərik. Bu dərgahın hadisələri bizə qısa fraqmentlərlə çatır, əvvəl emosiya, sonra duyğularla analiz edilir ki, beyinə ötürülsün. Duyduqlarımızın yalnız 1 faizi beyində, yaddaşda həkk olur. Bu olur reallığı ələkdən keçirən ilk filtr. Ona görə də «Mən gördüyümə və duyduğuma inanıram» demək gülməlidi.

Yolun həmişə sonu var

Müasir dizayn və incəsənətdə illuziyalar doğurmaq indi çox dəbdədir. Uzaq və soyuq Norvecdə bir körpü var ki, sanki sonsuzluğa aparır. Onun layihəsi elə verilib ki, körpünün bir başından yollanan adam qarşısında körpü əvəzinə buludlara dirənən boşluğu görür. Ola bilər bu, kimdəsə qorxu, çıxılmazlıq duyğuları yaradır. Bəlkə yolçu qarşısındakı boşluğu görüb geri dönmək qərarını verər. Amma hər bir yolun yolçusu bilir ki, qarşısındakı boşluğa baxmayaraq bütün yollar harasa aparır. Ona görə də həmin bu Norvecdəki körpünün yolçuları irəliləməkdə davam edir və nəticədə istədikləri yerə gəlib çatırlar. İlan kimi qıvrılıb insanları azdırmaq isə körpüyə qalır.

Xaricdə küçələrini təptəmiz yuyandan sonra iş görməyə əlləri gicişənlər asfaltlarını bəzəməyə girişiblər. Orda küçədə gedərkən birdən ayağının altına baxıb özünü uçurumun kənarında dayanmış kimi görə bilərsən. Rəssam elə bacarıqla rəsmi asfaltda çəkib ki, bəziləri qorxudan ya yerə çöməlir, ya da donub yerində qalırlar. Bu zaman tindən birisi çıxıb «Bu illüziyadır» deməsə qorxuları canından bir az gec çıxır. Sonra yollarını davam edib heç nə olmamış kimi ardını gedirlər.

İllüziyalara vaxtı olan insanlar bəzən qəzetləri küçədə bir başa asfaltın üstünə həkk edirlər. Məsələn, Uruqvayda bütöv bir küçəni qəzetə sərimişdilər, Odessada nisbətən kiçik miqyasla məhdudlaşaraq yalnız piyada keçidini qəzet vərəqi kimi rəngləmişdilər.

İllüziyaları sevənlər ayağına siçanı imitasiya edən başmaqlar geyəndə çimçəşmirlər. Belə başmaqlar seriyasından yalın ayaqları, ya da dişlərini qıcamış canavar ağzını imitasiya edən ayaqqabılar da var. Onları geyməyə həvəskarlar özlərinə deyil, başqalarına illüziyalar yaradır. Guya ki, şəhərdə yalın ayaqlarla gəzirmiş kimi.

Nəhəng əl səni aparır.

Aviasiyada «nəhəng əl» anlayışı var. Bu belə bir psixi vəziyyətdir ki, təyyarə sürücüsü özünü kabinədə oturmuş deyil, tamam fərqli vəziyyətlərdə hiss etməyə başlayır. Bəzilərinə elə gəlir ki, təyyarəni fölqəladə qüvvələr idarə edir. Kimsə təyyarənin havada donub qaldığını düşünür, sanki nəhəng bir əl onu havada saxlayıb. Bu fenomen aviator həkim N. Kinq tərəfindən təsvir edildiyindən onun adıyla adlandırılır. Avstriyanın nəqliyyatda təhlükəsizlik Bürosunun gəldiyi nəticələrə görə dünyada baş verən təyyarə qəzalarının 15-26 faizi sürücünün ucbatından olur.

Bu o deməkdir ki, baş verən hər 4 qəzadan biri sürücünün illüziyaya qapılmasından baş verir. Onlar havada olarkən oriyentiri itirir və qəribə görüntülərlə təkbətək qalırlar. Bəzən reallıq o qədər şəffaflaşır ki, kimsə özünü təyyarənin qanadında uçurmuş kimi görür, kimsə kabinədə baş verənləri kənardan izləyirmiş kimi özünü hiss edir. Ona görə də aviasiya həkimləri illüziaların təhlükəli olduğunu deyir. Sürücülər sürəti azaldanda hündürlüyü itirdiyini, ya da təyyarənin havada fırlandığını duya bilər, amma əslində bunlar baş vermir.

Bu yalnız illüziyadır. Bəzən illüziya sürücünü inandırır ki, təyyarə ülgücün tiyəsi üstündə oturubmuş kimi tarazlığı itirir. Nəhəng əli duyanlarsa əksinə, təyyarənin sürücüsüz də yaxşı uçduğunu zənn edir. Deyirlər ki, belə hadisələr sürücünün heç nə ilə məşğul olmadağı məqamlarda baş verir. Yəni ki, fiziki, əqli yuku az olanda insanın beyni müxtəlif illüziyalar uydurur. Belə çıxır ki, illüziya təmbəlləşmiş beyinin verdiyi məhsuldur.

Virtual dünya - illüziyalar diyarı

İllüziyalara inanmaq bəlkə psixi mutasiyanın astanasıdır? İllüziyalar diyarı kompüter həyatımıza daxil olub özünə çoxdan yer eləyib. Zamanımızın ən dahi dühaları da texnikanın artan bu sürətilə gələcəyə proqnoz verməkdən çəkinirlər. Vaxtilə İngiltərənin poçt xidmətinin baş mühəndisi Uilyams Pris telefonun kəşfi barədə xəbəri eşidəndən sonra illüziyalara qapılmamağa çağırıb: «Bu yenilik heç vaxt İngiltərədə özünə yer almayacaq.

Londonda xoşbəxtlikdən təcili xəbəri bir evdən o birinə çatdırmağa hazır olan balaca oğlanlar hələ ki, var» demişdi. Enşteyn atomu enerji mənbəyi kimi istifadə etmək istəyənləri məsğərəyə qoyub gülür və onları axmaq adlandırırdı. Səhvini o, hələ sağ ikən başa düşmüşdü. 1949-cu ildə İBM firması hesablamışdı ki, əsrin sonuna kim elektron hesablayıcı maşınlara ehtiyac 10-15 maşın qədər olacaq, çox yox. 1980-ci ildə isə «Dicital ekvipment» Amerika firması analiz edərək fərdi kompüterlərin biznesdə geniş istifadə edilməyəcəyi proqnozunu vermişdi. Ola bilər ki, bizim də illüziyalara qapılmağımız və sürüşkən mövzuda araşdırmalarımız bu nüfuzlu firmaların nəticələri kimi dəqiq olmayacaq.

Texnikanın inkişafı ilə virtuallar, yəni ki, illüziyalara tez qapılanlara böyük imkanlar açılır. Onlar coğrafi sərhədləri veclərinə almayaraq bir saniyədə dünyanın hər hansı nöqtəsinə gedib informasiyanı əldə edə bilər, dünya muzeylərini otaqdan çıxmadan gəzə, evdən çıxmadan bazarlıq da edə bilərlər. Bu illüziyalar artıq bu günün reallığıdır.

Bir azdan reallar və virtulalar arasındakı uçurum daha da dərinləşəcək və bəlkə az keçmiş onlar bir-birini anlamayacaqlar. Kompüterlər o qədər kiçiləcək ki, birbaşa beyinə yeridilə biləcək. Ev avadanlığı beyində verilən siqnallara, əmrlərə tabe olub insan məişətini idarə edəcək. Əgər tüklü ev başmaqlarını çıxarmadan hər işi görmək olarsa evdən çıxıb özünü riskə atmaq nəyə lazım? Yeni informasiyanı tez qavrayıb işləmək imkanına görə virtuallar elm və biznesdə öndəgedən vəzifələri tutacaq. Ən çətin peşələr, kənd təsərrüfatı, fiziki əmək realistlərə qalacaq.

Belə çıxır ki, illüziyalara qapılmaq o qədər də pis deyil. İllüziya dünyasının həyatımızı zəbt etməsi prosesində çoxmilyonluq işsizlər ordusu və bunun sayəsində sosial problemlər də yarana bilər. Sadalanan problemlərin başında insanın yaşayacağı hələ də ən böyük problem psixoloji mutasiya məsələsidir. Bu gün virtual adlandırdığımız illüziya həvəskarları gələcəkdə də homo sapiens, yəni düşünən insan kimi qala biləcəklərmi? Görəsən insan Allaha dua etməyini davam edəcək, yoxsa maşina baş əyəcək?

Göz qarşısında yox olan dünya

Bu da bir reallıqdır ki, həyat insanları amansızcasına rellara və illüziyaçılara bölür. Realistlər öz təbii duyğularına arxalanır, virtuallarsə vaxtının çox hissəsini kompüter texnologiyalarının yaratdığı illüzor dünyada keçirir. Sağlam məntiqə arxalanan, həyat təcrübəsindən çıxış edən və ayaqda möhkəm dayanan adamın fikrinə arxayın olmaq hər şeyə tez inanan, hər yeniliyə uşaq kimi sevinən adamın dediklərinə qulaq verməkdən daha düzgün addım sayılır. Bu öyrəşdiyimiz stabil dünya üçün normadı. Amma gəlin düşünək, günəşin yer ətrafında deyil, əksinə yerin günəş ətrafında fırlandığını düşünənlər həqiqəti biləndə necə də böyük zərbə aldılar? Yalnız sağlam məntiqə arxalansaq bizim duyğu orqanlarımız bizimlə yaxşıca zarafat edə bilər.

Bunu Yaponiyada Qif prefekturasında salınmış «Baş-ayaq dünya» adlı park çox aydın göstərir. Burda obyektlər elə hiyləgərcəsinə düzülüb ki, adama elə gəlir ki, yavaş-yavaş yer sənin başının üstünə çıxır. Süni ağaclar və tikililər perspektivi elə «sındırır» ki, insan müvazinəti itirir. Bu bağda düz yerdə yıxılıb travma alanlar çox olub. Çünki insanın yaratdığı illüziyalara qapılıblar. Bizim ətrafımızdakı baş-ayaq dünyada da yalnız öz duyğularına inanan realistlər yeni mühitə qaynayıb qarışa bilmirlər.

Şahmatda da illüzor oyun qaydası var. Xaricdə piyada keçidi yerlərində adi ağ zolaqları bəzən zebra zolaqlarına bənzədirlər ki, illüziya sevənlər yol keçməkdən narazı qalmasın. Bəzi şəhərlərdə piyada keçidinin ağ zolağından barmaqlıq arasından baxan dustaq yapışıb ki, sürücülər yol qəzası edib barmaqlıq arasına düşməsinlər. Bəzən yol zolaqları meyitləri daşıan ağ polietilen paketlər şəklində olur ki, insanlar illüziya qanadlarından düşüb yola baxsınlar və yol qəzasına düşməsinlər. Kiməsə kofenin reklamı lazımdasa o, piyadaların ayaqları altında, asfaltdakı rəsmdən «buxarlana» bilər.

Biz hər səhər durub yuyunur və geyinirik. Bu prosesdə paltarın bizi qoruduğunu düşünürük, yaxud bu barədə düşünməyi artıq bilirik. Onun yuyulması və ütülənməsi də həyat qayğılarımızı artırır. Britaniya dizayneri Helen Storey suya düşən kimi əriyən paltar hazırlayıb. Bu da müasir dünyanın bir illüziyası. Səhər durub yuyunur və geyinirsən. Suda əriyən paltarını keçirib işə gedirsən. Sonra qəflətən yağışa düşürsən... İllüziyalara qapılan adamlar reallıqla üzləşəndə də belə olur.

Bir saniyə içində hər şey əriyib yox olur. Əriyən paltarın dizayneri narahatdı ki, bir təkcə Böük Britaniyada hər il 1,5 milon ton paltar zibilliyə atılır. Əslində o, əriən paltarı geymək üçün yox, insan həyatının necə də tezliklə yoxa çıxmasına bir işarə yaratmaq üçün kəşf etmişdi. İngiltərədə 5 funta bir köynək alıb bir neçə gün geyəndən sonra onu atmaq da olar. Dərindən baxsan insan öz fikirləriylə də belə rəftar edir. Bu gün ürəyini isidən fikir, xəyal, illüziya sabah lazım olmur və tullanır.

Təqvimdən itmiş 8 il

Müasir dövrün illüziyaları içində yaşayaraq bəziləri dəhşətlə 2012-ci ilin dekabrın 12-ni dünya ilə vidalaşacağı günü gözləyir. Kiməsə bu Maya qəbiləsinin illüziyası kimi görünə bilər. Bu illüziyanı reallıqdan ayıran sərhəddə də bir şey qalmayıb. Amma baxır kimin təqvimiylə. Məsələn, Rusiya saytları içində onlarla nümunə var ki, orda ikiqat tarix qeyd olunur: 2011-7519.

Tədqiqatçılar deyir ki, Rusiya çarı İvan Qroznının 40 cildlik səlnaməsində qriqorian tarixi qəbul olunana qədər tarix 2 cür - İsa peyğəmbərin mövludu və dünyanın yaranmasından bəri 5500 il fərqlə göstərlirdi. Rusiya Avropa təqviminə uyğunlaşmalı olduğu zaman təqvimlər üst-üstə düşmədiyindən 8 il arada düşüb itib. Həmin o itmiş tarixi yerinə qoysan indi guya ki, 2011 yox, 2019-cu ildir. Buna inanmaq istəyənlər 1 il sonraya «planlaşdırılmış» dünyanın sonunu gözləməkdən qurtulacaq. Əslində, bu da bir llüziyadı. İnsanın öz-özünü aldatma üsulu.. Həyata diri gözlə baxanlar soruşacaq yəqin: Bəs reallığı illüziyadan necə ayırmalı? Bəlkə heç lazım da deyil?..


Tarix: 25.11.2014 / 18:52 Müəllif: Aziza Baxılıb: 238 Bölmə: Maraqlı Melumatlar
loading...