beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxular qoxulardan asılıdır

Yaxşı yuxu səhhət üçün çox vacibdir. Yuxu zamanı insanın bütün orqan və sistemləri dincəlir.

Bəzən insanlar tez-tez pis yuxular görürlər və bu səbəbdən də yaxşı yata bilmirlər. Nəticədə səhər insan özünü çox yorğun və əzgin hiss edir.

Amerikalı tədqiqatçılar pis yuxularla mübarizə üçün maraqlı bir üsul aşkar etdilər.

Alimlər bir qrup insanlar üçün eksperimint apardılar. Eksperimentdə iştirak edənlər sadəcə yatırdılar və bu zaman tədqiqatçılar bu qrup insanların bir hissəsinə qızılgül ətri, digərinə isə — xarab olmuş yumurta qoxusunu iylədirdilər.

Experimentin nəticəsində aydın oldu ki, yuxuda gözəl iy iyləyən insanlar yaxşı yuxuları, pis iy qoxulayan insanlar isə qorxulu və pis yuxuları görürdülər.

Beləliklə, əgər siz yaxşı yatmaq istəyirsinizsə yataq otağınızda gözəl ətir saçan aromatık bir şam qoyun.


Tarix: 26.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqlı Melumatlar